Məhkəmə qərarları › İş №3(076)-539/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-539/2024

13.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-539/2024 13.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1956-cı ildə Şəmkir rayonu, Qılıncbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Şəmkir rayonu, Qılıncbəyli kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)-2688/2019 saylı icra sənədi üzrə tələbləri yerinə yetirməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh Şəxs 225.064 (iki yüz iyirmi beş min altmış dörd) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək borclu borcunu ödəməmişdir. Hazırda Şəxs icra sənədi üzrə cəmi 225.094 manat borcu vardır. Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək borcun ödənilməsindən boyun qaçırır. Həmçinin, qeyd edir ki, borcluya məxsus olan və Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən torpaq sahələrinin üzərinə həbs qoyularaq, tələb həmin sahələrə yönəldilmiş, habelə torpaq sahələri açıq hərracda satılması üçün "xxxx" MMC-yə göndərilmişdir. Lakin torpaq sahələrinin alıcısı olmadığından hərrac baş tutmamışdır. Bundan sonra həmin torpaq sahələri borcun əvəzi kimi tələbkara təklif edilmiş, lakin tələbkar təklifə cavab verməmişdir. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, həqiqətən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ondan 225.064 (iki yüz iyirmi beş min altmış dörd) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Lakin, maddi imkanı olmadığından borcunu bir dəfəyə ödəyə bilməmişdir. Belə ki, özü heç bir yerdə işləmir və maddi cəhətdən çətinlik çəkir. Həmçinin, qeyd edir ki, ona məxsus olan və Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən 0.73 ha kənd təsərrüfat təyinatlı və 0.16 ha həyətyanı torpaq sahələri müvafiq olaraq 5.000 manat və 16.000 manat məbləğində qiymətləndirilərək üzərinə həbs qoyulmuş, habelə həmin torpaq sahələri açıq hərracda satılması üçün "xxxx" MMC-yə göndərilmişdir. Lakin hərracın nəticələri barədə məlumatı olmamışdır. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Tələbkar Zərərçəkmiş şəxs icra məmuru tərəfindən zəng edilərək məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş, bununla belə Şəxs borcunu tam şəkildə ödəməyəcəyi təqdirdə inzibati məsuliyyətə cəlb edilməsini və inzibati xəta haqqında protokola onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə, Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)- 2688/2019 saylı icra vərəqəsindən görünür ki, Şəxs 225.064 (iki yüz iyirmi beş min altmış dörd) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan bildirişdən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)-2688/2019 saylı icra vərəqəsinə əsasən, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli sifarişi üzrə Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən 0.73 ha kənd təsərrüfat təyinatlı və 0.16 ha həyətyanı torpaq sahələrinin açıq hərracda satışının keçirilməsi üçün ilkin hərrac xx.xx.2023-cü il tarixə təyin edilmiş, lakin hərracın iştirakçısı olmadığından hərrac baş tutumamışdır. Bundan sonra təkrar hərrac xx.xx.2023-cü il tarixə təyin edilmiş, yenə də hərracın iştirakçısı olmadığından hərrac baş tutumamışdır. Növbəti təkrar hərrac xx.xx.2023-cü il tarixə təyin edilmiş, lakin hərracın iştirakçısı olmadığından hərrac baş tutumamışdır. Sonuncu təkrar hərrac xx.xx.2023-cü il tarixə təyin edilmiş, lakin hərracın iştirakçısı olmadığından hərrac baş tutumamışdır. İş materiallarında olan və tələbkar Zərərçəkmiş şəxs ünvanlanmış xx.xx.2024-cü il tarixli təklifdən görünür ki, Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən 0.73 ha kənd təsərrüfat təyinatlı və 0.16 ha həyətyanı torpaq sahələri müvafiq olaraq 5.000 manat və 16.000 manat məbləğində qiymətləndirilmiş və torpaq sahələri açıq hərracda satılması üçün "xxxx" MMC-yə göndərilmişdir. Lakin torpaq sahələrinin alıcısı olmadığından hərrac baş tutmamışdır. Bu səbəbdən həmin torpaq sahələri tələbkar Zərərçəkmiş şəxs təklif edilmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan Şəxs, həmçinin Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun izahatlarını, tədqiq edilmiş digər sübutları ayrıayrılıqda və məcmu halında təhlil edərək inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilmiş izahat olması qənaətinə gəlir və inzibati xəta haqqında işin materialları Şəxs məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədini icra etməməsinin həqiqətən də heç bir üzürlü səbəblərlə əlaqədar olmadığını və qərəzli olduğunu bir daha təsdiq edir. Həmçinin, işin araşdırlmış halları ilə müəyyə edilir ki, borcluya məxsus olan və Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən 0.73 ha kənd təsərrüfat təyinatlı və 0.16 ha həyətyanı torpaq sahələri müvafiq olaraq 5.000 manat və 16.000 manat məbləğində qiymətləndirilərək üzərinə həbs qoyulmuş, habelə həmin torpaq sahələri açıq hərracda satılması üçün "xxxx" MMC-yə göndərilmişdir. Lakin torpaq sahələrinin alıcısı olmadığından hərrac baş tutmamışdır. Bundan sonra həmin torpaq sahələri borcun əvəzi kimi tələbkara təklif edilmiş, lakin tələbkar təklifə cavab verməmişdir. Bu hal isə ona dəlalət edir ki, tələbkar torpaq sahələrini qəbul etməkdən imtina etmiş və borcun ödənilməsini tələb edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İş materiallarından görünür ki, Şəxs xx.xx.1956-cı il təvəllüdlü olmaqla, 68 yaşındadır. Belə olan halda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati həbs tətbiq edilə bilməz. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, tələbkarın şikayətçi olmasını və Şəxs şəxsiyyətini xarakterizə edərək hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar