Məhkəmə qərarları › İş №3(076)-54/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-54/2025

22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-54/2025 22.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədirliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi: X1 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1963-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Şəmkir rayonu Abbaslı kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs, 16 dekabr 2024-cü il tarixdə Şəmkir rayonu Abbaslı kəndində yaşayan Zərərçəkmiş şəxs vuraraq onların sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin izahatları və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi, X2 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu, Abbaslı kəndində yaşayan Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə müraciət edərək həmin tarixdə Şəxs onu döyməsini bildirmişdir. Daha sonra müraciət ilə əlaqədar Şəmkir RPŞ-də araşdırma aparılmış, aidiyyəti şəxslərin izahatları alınmış və nəticədə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Bundan sonra həmin qərar Şəmkir RPŞ-in İTB-yə göndərilmiş və qərara əsasən vətəndaş Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində toplanmış material baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Odur ki məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun gəlnidir. xx.xx.2024-cü il tarixdə Aygün onların evlərinə gəlib onun və arvadının ünvanına nalayiq söyüşlər söymüş, onları təhqir etmişdir. xx.xx.2024-cü il tarixdə yenidən onlarla aralarında yenidən mübahisə baş vermişdir. Aygün və Nofəl hər ikisi gəlib onların evdə qalacaqlarını bildirmişlər. Onlar isə Aygüngilə öz evlərində qalmalarını bildirməklə, onların evdə yer olmadıqlarını qeyd etmişlər. Bununla bağlı onların arasında mübahisə yaranmışdır. Müvahisə zamanı əsəbləşərək gəlini Zərərçəkmiş şəxs bir yumruq zərbəsi vurmuşdur. Bununla belə, hazırda əməlindən peşmandır. Hadisədən sonra zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışmışdır. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs onun qaynatasıdır. xx.xx.2024-cü il tarixdə axşam saatlarında onlar evdə olan zaman qaynatası onların evlərinə gəlmiş və otaqlarına qızdırıcını qoşduqlarına görə ünvanlarına nalayiq söyüşlər söymüşdür. Daha sonra evlərinə gedib onların evinə gələn işıq xəttini kəsmişdir. Bundan sonra onların arasında mübahisə yaranmışdır. O və həyat yoldaşı Nofəl qaynatasına istifadə etdikləri işığın pulunu ödəmələrini bildirdikdə o buna razılıq verməmişdir. Həmin vaxt aralarında mübahisə yaranmış və mübahisə zamanı qaynatası onun üzərinə gələrək ünvanına nalayiq söyüşlər söyməyə başlamış, eyni zamanda onun bel və kürək nahiyyələrinə bir neçə yumruq zərbəsi vurmuşdur. Şəxs ona dəymiş ziyanı ödəmiş və onlar barışmışlar. Hazırda Şəxs qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Şəmkir rayon MTE və PA şöbəsinin 17 dekabr 2024-cü il tarixli, N-1255 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət- başın tüklü hissəsində sağ gicgah nahiyəsinin sıyrığı KÜT əşyaların təsirindən törənmişdir, törənmə müddəti 16 dekabr 2024-cü il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədə o, Şəxs ona dəymiş ziyanı tam şəkildə ödədiyini və onunla barışdığı üçün, şikayət və tələbinin olmadığını bildirmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, hazırkı inzibati xəta haqqında işin icraatına tərəflərin barışması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsində göstərilmişdir ki, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərər çəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəmiş və onlar barışmışlar. Zərər çəkmiş şəxsin hazırda Şəxs heç bir şikayəti və tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata, tərəflərin barışması əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar