Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-540/2024 06.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Barəsində qərar çıxarılmış şəxs: X2 Qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsi: X3 iştirakı ilə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsinin Şəmkir Rayon Polis X9 Polisi Bölməsinin vəzifəli şəxsinin, fiziki şəxs X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2–ci maddəsi əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli EQ 20930583 saylı inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsinin Şəmkir Rayon Polis X9 Polisi Bölməsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli EQ 20930583 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə fiziki şəxs X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X4 Azərbaycan Respublikası DİN– nin Şəmkir RPŞ–nin DYPB–nın vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli EQ 20930583 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış X4 şikayətin dəlillərini müdafiə edərək göstərdi ki, xx.xx.2024–cü il tarixdə Asanpay mərkəzindən ona sms bildirişi gəlmiş, bildirişə baxanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2–ci maddəsi əsasında ona 40 manat inzibati cərimə tətbiq edilməsini bilmişdir. Guya onun ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda dayanması və ya durması göstərilmişdir. Lakin o, inzibati xəta haqqında protokolu və onun əsasında tərtib edilmiş inzibati xəta haqqında iş üzrə qərarı tam əsassız hesab edir. Belə ki, onun avtomobillə dayandığı yerdə heç bir yol nişanı olmamış, həmçinin o, protokolda və qərarda qeyd edildiyi kimi Şəmkir şəhəri, H.Əliyev prospektində deyil, Ş.Qurbanov küçəsində hərəkətdə olmuş, avtomobili də həmin küçədə dayandırmışdır. Bundan da görünür ki, barəsində yazılan protokol heç bir sübuta əsaslanmadan formal şəkildə tərtib edilmiş, nəticədə isə o, qanunsuz olaraq inzibati cərimə edilmişdir. Hazırda həmin qərarın dəlillərini qəbul etmir. Hesab edir ki, barəsində tərtib edilmiş protokol və qərar qərəzli şəkildə tərtib edilmişdir. Ona görə də həmin qərarı əsassız və qanunsuz hesab edir. Odur ki, məhkəmədən Azərbaycan Respublikası DİN–nin Şəmkir RPŞ–nin DYPB–nın vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli EQ 20930583 nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN–nin Şəmkir RPŞ–nin DYPB–nın YPX–nin baş inspektoru X5 məhkəmə iclası zamanı göstərdi ki, xx.xx.2024–cü il tarixdə saat 12:17 X10 markalı ** BG *** qeydiyyat nömrəli avtomobilin sürücüsü X1 şəhəri, H.Əliyev prospekti ilə Ş.Qurbanov küçəsinin kəsişməsində avtomobili ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında saxlamış, bu səbəbdən onun həmin vaxt inzibati xəta törətməsi faktı qeydə alınmışdır. Bundan sonra X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2–ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin protokol əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli EQ 20930583 nömrəli inzibati xəta haqqında iş üzrə qərarla X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat inzibati cərimə edilmişdir. Hazırda şikayətin dəlillərini qəbul etmir. Belə ki, inzibati xəta hadisəsi Şəmkir şəhəri, H.Əliyev prospekti ilə Ş.Qurbanov küçəsinin kəsişməsində baş vermişdir. Ola bilsin ki, hadisə elektron sistemdə qeydə alınan zaman sürüşmə olmuş və GPRS ərazi olaraq Şəmkir şəhəri, H.Əliyev prospektini qeydə almışdır. Əlavə olaraq qeyd edir ki, elektron sistemə əl ilə hər hansı müdaxilənin olunması qeyri-mümkündür. Bu səbəbdən qeydə alınmış qayda pozutusu düzgün müəyyən edilmişdir. Hesab edir ki, tam qanuni əsaslarla inzibati xəta haqqında qərar tərtib edilmişdir. Bu səbəbdən Şəmkir RPŞ–nin DYPB–nin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli EQ 20930583 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslıdır. Odur ki, məhkəmədən şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, işdə olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsinin Şəmkir Rayon Polis X9 Polisi Bölməsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli EQ 20930583 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2–ci maddəsinin tələblərini pozmaqla inzibati xəta törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs X2 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Belə ki, məhkəmə iclası zamanı X2 avtomobili Şəmkir şəhəri, H.Əliyev prospekti ilə Ş.Qurbanov küçəsinin kəsişməsində ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında saxlaması öz təsdiqini tapmışdır. Məhkəmə həmçinin, qeyd edir ki, X4 avtomobili Şəmkir şəhəri, H.Əliyev prospektində deyil, Ş.Qurbanov küçəsində hərəkətdə olmaqla, həmin küçədə dayandırmasını, bununla da hər hansı inzibati xəta hadisəsi törətməməsini bildirsə də, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, hadisə həqiqətən H.Əliyev prospekti ilə Ş.Qurbanov küçəsinin kəsişməsində baş vermiş, yalnız GPRS tərəfindən hadisə qeydə alınan zaman elektron sistemdə Şəmkir şəhəri, H.Əliyev prospekti göstərilmişdir. Bu hal isə ona dəlalət edir ki, X2 izahatı özünü müdafiə xarakteri, dolayısı ilə inzibati məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Məhkəmə, həmçinin müəyyən etdi ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi inzibati xəta haqqında işə baxarkən, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 124.2–ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4–cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort–kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1–ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3–cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2–ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə, şikayətin dəlillərini araşdırarkən, həmçinin müəyyən etdi ki, vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Eləcə də, inzibati xəta haqqında protokol tərtib edilərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Odur ki, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2–ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024–cü il tarixli EQ 20930583 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Bu səbəbdən X2 şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133–136–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: X2, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsinin Şəmkir Rayon Polis X9 Polisi Bölməsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli EQ 20930583 nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsinin Şəmkir Rayon Polis X9 Polisi Bölməsinin vəzifəli şəxsinin, fiziki şəxs X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2–ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024–cü il tarixli EQ 20930583 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-540/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-540/2024
06.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver