Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-543/2023 03.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, DİN-nin BDYPİ-nin Yol-Patrul Xidməti Alayının İX Tağım YPX inspektoru, polis serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 333.1-ci maddəsi ilə DİNnin BDYPİ-nin Yol-Patrul Xidməti Alayının İX Tağımdan daxil olmuş inzibati xəta haqqında iş materialına baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında DİN-nin BDYPİ-nin Yol- Patrul Xidməti Alayının İX Tağım YPX inspektoru, polis serjantı X2 tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Həmin xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokolun tərtib edilməsinə əsas kimi Şəxs xx.xx.2023-cü il tarixdə saat 13:00-da VAZ 21074 Minik markalı 99ZP109 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən xx.xx.1987-ci il tarixdə Gəncə şəhərində anadan olmuş Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsindən nəzərdə tutulmuş inzibati xətanın törədilməsi göstərilmişdir. Məhkəmə iclasında DİN-nin BDYPİ-nin Yol-Patrul Xidməti Alayın İX Tağım YPX inspektoru, polis serjantı X2 verdiyi izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 13:00-da xidmətdə olan zaman VAZ 21074 Minik markalı 99ZP109 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki baxışdan keçmədiyi üçün saxlamış, bu zaman həmin avtomobilin sürücüsü Şəxs özünü şübhəli apardığna görə sərxoşluq müayinəsindən keçirilmiş, həkim müayinəsində onda narkotik vasitə aşkar edilmişdir. Qeyd edilənləri nəzərə alınaraq Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Şəxs tərəfindən başqa inzibati xəta törədilməmiş, intizamlı sürücü kimi tanımışdır. Məhkəmə iclasında Şəxs Azərbaycan Respublikasının İXM-in 333.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrindən idarə etdiyi VAZ 21074 Minik markalı 99ZP109 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki baxışdan keçmədiyi üçün Yol-Patrul Xidmətinin polis əməkdaşı onu saxlamışdır. Polis əməkdaşı ilə söhbət edən zaman ona sərxoşluqla bağlı müayinədən keçməli olmasını bildirmişdir. O test vermiş, sidiyində narkotik vasitə marixuana açkar edilmişdir. O testin nəticəsi ilə razılaşmadığı üçün onu narkoloji dispanserə aparmışlar. Həkimlər onun narkotik vasitə marixuana istifadə etməsini müəyyən etmişlər. Lakin o narkotik vasitə marixuananı həmin gün yox 12 gün əvvəl istifadə etmişdir. Onun himayəsində 3 azyaşlı uşağı var, taksi fəaliyyəti ilə məşğul olub ailəsini dolandırır. Hazırda əməlindən peşiman olmasını və ailəsinin yeganə qazanc gətirəni olmasını nəzərə alınaraq barəsində cərimə növündə yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, sürücülüq vəsiqəsini itirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli 773/2023 nömrəli sərxoşluq vəziyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs müayinədən keçirilmiş və onda sidikdə narkotik vasitəsinin birmomentli immunoxromosrofik test xətti üsulu ilə müayinə zamanı THC marixuana aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 333.1.-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi onun inzibati xəta ilə bağlı təqsirini etiraf etməsi ilə yanaşı iş materialları ilə tam sübuta yetir. Şəxs əməli DİN-nin BDYPİ-nin Yol-Patrul Xidməti Alayının İX Tağım YPX inspektoru, polis serjantı X2 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və tətbiq ediləcək tənbehin onun ailəsinə təsirini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izah edilməlidir ki, Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati tənbeh növündə cərimə edilsin. Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimə məbləğinin 10 faizi miqdarında ödənişindən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən. Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(076)-543/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-543/2023
03.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver