Məhkəmə qərarları › İş №3(076)-543/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-543/2024

15.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-543/2024 15.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin, fiziki şəxs X2 barəsində tərtib edilmiş xx.xx.2024–cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolundan və xx.xx.2024–cü il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasına baxaraq MÜƏYYƏNETDİ: Barəsində qərar çıxarılmış X5, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolundan və xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin protokolun və qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər baxılmadan X3 qaytarılmalıdır. Belə ki, şikayət ərizəsi X5 tərəfindən deyil, X4 tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Şikayət ərizəsindən görünür ki, X5 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolundan və xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət versə də, şikayət onun tərəfindən imzalanmamışdır. Bundan başqa yuxarıda qeyd olunan qanun normalarında inzibati xətalar haqqında işlər üzrə qərarlardan, barəsində qərar çıxarılmış şəxs tərəfindən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 134.1.5-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərar qəbul edilir. Qanunun qeyd olunan tələbinə baxmayaraq, X1 orqanın “inzibati xəta haqında protokol”undan da şikayət vermişdir ki, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, ərizəçinin həmin müraciəti ilə prosessual qaydalara əməl edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, ərizə onu vermiş şəxsə qaytarılmalı və ərizəçiyə qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra şikayət ərizəsi ilə yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İnzibati xəta haqqında protokolun və inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv olunması barədə X5 tərəfindən verilmiş şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin, ərizə və ona əlavə olunmuş sənədlər X3 geri qaytarılsın. X3 qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra şikayət ərizəsi ilə yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar