Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-544/2024 15.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi: X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs Müdafiəçi: Vəkil iştirakı ilə xx.xx.1989-cu ildə Şəmkir rayonu, Atabəy kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Şəmkir rayonu, Atabəy kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokola əsasən Şəxs 14 may 2024-cü il tarixdə Şəmkir rayonu, Atabəy kəndində küçədə ucadan ünvansız nalayiq söyüşlər söyərək xırda xuliqanlıq etmiş, həmin vaxt onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilməyərək məhkəmə iclası zamanı izahatında göstərdi ki, 14 may 2024-cü il tarixdə arvadı Samirə Abbasova DİN-in 102 xidmətinə zəng edərək onun barəsində şikayət etmişdir. Həmçinin, o, özü də həmin tarixdə DİN-in 102 xidmətinə zəng edərək arvadının onu və azyaşlı uşağını döyməsi barədə məlumat vermişdir. Bundan bir müddət sonra polis əməkdaşları onun yaşadığı Şəmkir rayonu, Atabəy kəndinə gəlmiş, ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu polis şöbəsinə dəvət etmişlər. O isə polisə tabesizlik göstərməmiş və onlarla birlikdə şöbəyə getmişdir. Həmçinin, o, həmin vaxt nalayiq söyüşlər söyməmişdir. Hazırda protokolun dəlillərini qəbul etmir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Şəmkir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 14 may 2024-cü il tarixdə saat 15:40 radələrində Şəmkir rayonu, Atabəy kənd sakini Şəxs DİN-in 102 xidmətinə zəng edərək arvadı Samirə Abbasovanın onu və azyaşlı uşağını döyməsi barədə məlumat vermişdir. Həmçinin, həmin tarixdə Samirə Abbasova DİN-in 102 xidmətinə zəng edərək əri Şəxs əlində bıçaqla onu evdən qovması barədə məlumat vermişdir. Həmin müraciətlərlə əlaqədar saat 17 radələrində Şəxs yaşadığı ünvana getmişlər. Orada Şəxs yaşadığı evin qarşısına-küçəyə çıxaraq ucadan nalayiq söyüşlər söymüş, nalayiq ifadələr işlətmişdir. Şəxs nizam-intizama dəvət etsələr də, o, sakitləşməmiş və polisə tabe olmamışdır. Bu səbəbdən Şəxs Şəmkir RPŞ-yə gətirərək növbətçi hissəyə təhvil vermişlər, daha sonra isə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X2 və Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi X7 da şahid X1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmə, Şəxs hər hansı inzibati xəta hadisəsi törətməməsi ilə bağlı bildirdiklərinə tənqidi yanaşır, onun izahatını özünü müdafiə və məsuliyyətdən yayınmaq kimi qiymətləndirir. Bununla belə məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin tərkibi vardır. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, həmin maddənin sanksiyası daxilində inzibati qaydada tənbeh edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Şəxs Şəmkir rayonu, Atabəy kəndində küçədə səs-küy salaraq ucadan ifadə olunmuş söyüşlər etməklə cəmiyyətdə bərqərar olunmuş ictimai və əxlaq qaydalarını pozan, ictimai münasibətlərə xələl gətirən hərəkətlərə yol vermişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin dispozisiyasında göstərilir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətləri özündə ehtiva edir. Beləliklə, məhkəmə iclasında Şəxs 14 may 2024-cü il tarixdə Şəmkir rayonu, Atabəy kəndində küçədə ucadan səs-küy salaraq nalayiq söyüşlər söyməsi tam sübuta yetirilir. Qeyd olunanlarla yanaşı məhkəmə iclasında Şəxs polis əməkdaşlarına tabesizlik göstərməsi iş materialları ilə sübut olunmur. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında işin icraatına xitam verilməli və Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati qaydada tənbeh verilməlidir. Azərbaycan Respublikası İXM–in 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində protokol tərtib edilmiş şəxsin Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə təqsirli olunması sübut olunmamışdır. Ona görə də onun əməlində həmin inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM–in 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə– əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Həmçinin, məhkəmə bu cür tənbeh tədbirinin tətbiq edilməsini inzibati xəta törətmiş şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınmasında yetərli hesab edir. Bundan başqa məhkəmə qeyd edir ki, Şəxs 14 may 2024-cü il tarixdə inzibati qaydada tutulduğundan, həbsə almanın əvvəli 14 may 2024-cü il tarixdən saat 21:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası DİN-in Şəmkir RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1–ci maddəsinə münasibətdə xitam verilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 14 may 2024-cü il tarixdən saat 21:00-dan hesablansın. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-544/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-544/2024
15.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver