Məhkəmə qərarları › İş №3(076)-549/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-549/2025

27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-549/2025 27.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Şəmkir rayon Vəkillər bürosunun vəkili X2 və Zərərçəkmiş şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəmkir Rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün 27 may 2025-ci il tarixdə Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 27 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəmkir rayon Məhkəməsinin 16(076)-43/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Şəxs xx.xx.2018-ci il təvəllüdlü Dilək, 20 aprel 2019-cu il təvəllüdlü Duyğu, 27 iyun 2020-ci il təvəllüdlü Səriyyə və 21 iyul 2022-ci il təvəllüdlü Hakim adlı uşaqları ilə ünsiyyətdə olma hüququ hər həftənin şənbə günü saat 11:00-dan bazar günü saat 18:00-dək uşaqların olduğu yerdən alınmaqla Zərərçəkmiş şəxs təhvil verilməsi müəyyən edilmişdir. Tələbkar Şəxs xx.xx.2025-ci il tarixdə 27 iyun 2020-ci il təvvəlüdlü Səriyyə adlı uşağı görüş üçün aparsa da, xx.xx.2025-ci il tarixdə qaytarmalı olduğu təqdirdə qaytarmamışdır. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da tələbkar icra etməkdən boyun qaçırmaqla təqsirlidir. Məhkəmə iclasında Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahatında bildirdi ki, Şəmkir Rayon Məhkəməsinin 16(076)-43/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən tam təmin edilməmişdir. Şəxs icra vərəqəsinin tələblərini yerinə yetirməmişdir. Şəxs bir neçə dəfə icra şöbəsinə dəvət edilərək icra sənədinin tələblərinin yerinə yetirməsi tələb olunmuş, lakin Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, Şəxs məhkəmənin sözügedən qətnaməsini icra etmir və bu səbəbdən də o, borclu Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə xx.xx.2018-ci il təvəllüdlü Dilək, 20 aprel 2019-cu il təvəllüdlü Duyğu, 27 iyun 2020-ci il təvəllüdlü Səriyyə və 21 iyul 2022-ci il təvəllüdlü Hakim adlı uşaqları ilə hər həftənin şənbə günü saat 11:00-dan bazar günü saat 18:00-dək ünsiyyətdə olma maşı müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixdə Səriyyə adlı uşaqla görüşmək üçün Zərərçəkmiş şəxs yaşadağı evdən götürmüşdür. xx.xx.2025-ci il tarixdə Səriyyə adlı uşağı qaytarmaq istədikdə uşağın qayıtmaq istəmədiyini və atasının onu vurduğu üçün anasının yanında qalmaq istəmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 16(076)-43/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şəxs xx.xx.2018-ci il təvəllüdlü Dilək, 20 aprel 2019-cu il təvəllüdlü Duyğu, 27 iyun 2020-ci il təvəllüdlü Səriyyə və 21 iyul 2022-ci il təvəllüdlü Hakim adlı uşaqları ilə ünsiyyətdə olma hüququ hər həftənin şənbə günü saat 11:00-dan bazar günü saat 18:00-dək uşaqların olduğu yerdən alınmaqla Zərərçəkmiş şəxs təhvil verilməsi müəyyən edilmişdir. İş materiallarında olan bildirişdən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. İş materialında olan xx.xx.2025-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə icraata daxil olmuş Şəmkir Rayon Məhkəməsinin 16(076)-43/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədini icraata başlanılması qərara alınmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs Şəmkir Rayon Məhkəməsinin 16(076)-43/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədini icra etməmişdir. Məhkəmə hesab edir ki, Şəxs hərəkətləri Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Araşdırma zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, himayəsində azyaşlı uşaq olmasını, inzibati xətanın törədilməsi səbəblərini və törədilmiş inzibati xətaya münasibətini nəzərə alaraq hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti verildiyi gündən 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar