Məhkəmə qərarları › İş №3(076)-556/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-556/2023

25.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-556/2023 25.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ İNZİBATİ XƏTA HAQQİNDA İŞƏ BAXİLMASİNİN TƏYİN EDİLMƏSİ HAQQİNDA QƏRARDAD 19 aprel 2023-cü il Şəmkir şəhəri Şəmkir rayon Məhkəməsinin hakimi Məmmədova Şəfəq Ənvər qızının X3 işə baxılmasını kifayət qədər hazırlanmış hesab edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutub QƏRARA ALDİM: Şəxs barəsində MN ******* saylı protokol üzrə 3(076)-556/2023 saylı və MN ******* saylı protokol üzrə 3(076)-557/2023 saylı inzibati işlərə baxılması, Şəxs tərəfindən törədildiyindən və eyni orqanın səlahiyyətinə aid olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda 3(076)-557/2023 sayla birləşdirilsin və baxışa təyin edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN ******* saylı və MN ******* saylı protokollar üzrə işin məhkəmə iclasında baxılması 19 aprel 2023-cü il tarixə saat 16:45-ə təyin edilsin.

1. Məhkəmə iclasına:

a) İnzibati Xəta törədən şəxs: Şəxs,

b) Zərərçəkmiş şəxslər (tələbkarlar) X1 və “Azəriqaz” X2 X5 İdarəsinin nümayəndəsinin,

b) Protokol tərtib etmiş şəxs: Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun v) Şahidlər:______________________________________________iştirakları ilə baxılsın.

Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar