Məhkəmə qərarları › İş №3(076)-557/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-557/2024

20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-557/2024 20.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Barəsində qərar çıxarılmış şəxs: X4 Şəmkir Rayon Polis X10 Polisi Bölməsinin inspektoru: X3 iştirakı ilə Azərbaycan Respublikası DİN Baş X13 idarəsinin Şəmkir Rayon Polis X10 Polisi Bölməsinin vəzifəli şəxsinin, fiziki şəxs X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1–ci maddələri əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan və xx.xx.2024–cü il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası DİN Baş X13 idarəsinin Şəmkir Rayon Polis X10 Polisi Bölməsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə fiziki şəxs X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1–ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X2 RPŞ–nin DYPB–nın vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan və xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin protokolun və qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X8 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024–cü il tarixdə idarə etdiyi VAZ–21074 markalı 16–BB–422 dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir şəhəri, H.Aslanov küçəsində hərəkətdə olarkən yol patrul xidməti onu saxlayıb içkili olub–olmamasını yoxlamışdır. O, içkili olmadığı halda ona içkili diaqnozu verib 400 manat inzibati cərimə etmişlər. O, həkimə getməyi təklif etsə də, onu aparmamışlar. Bundan sonra o, özü dərhal həkim müayinəsinə getmiş, həkim rəyinə əsasən onda heç bir narkotik vasitə və ya spirtli içki aşkar edilməmişdir. Ona görə də barəsində tərtib edilmiş protokolun və qərarın ləğv edilməsini istəyir. Odur ki, Şəmkir RPŞ–nin DYPB–nın vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolunun və həmin protokol əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış X8 şikayətin dəlillərini müdafiə edərək göstərdi ki, xx.xx.2024–cü il tarixdə idarə etdiyi VAZ–21074 markalı 16–BB–422 dövlət qeydiyyat nişanlı avtomaşınla Şəmkir şəhəri, H.Aslanov küçəsində hərəkətdə olarkən Şəmkir RPŞ–nin DYPB–nın əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt polis əməkdaşları onun sənədlərini yoxlamış və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1–ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib etmişlər. Bu zaman o, barəsində tərtib edilmiş protokola öz etirazını bildirmiş, çünki o, içkili olmadığı halda ona içkili diaqnozu verilmişdir. Onun etirazlarına və içki içməməsini bildirməsinə baxmayaraq, polis əməkdaşları ona məhəl qoymamış və barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Bundan sonra özü həmin gün Gəncə Şəhər Narkoloji Dispanserinə müraciət etmiş və xx.xx.2024–cü il tarixdə saat 14:42 radələrində tibbi müayinədən keçmişdir. Müayinənin nəticəsində onun sərxoş vəziyyətdə olmaması müəyyən edilmişdir. Göründüyü kimi o, hadisə baş verən gün sərxoş vəziyyətdə olmamış, Şəmkir Rayon Polis X10 Polisi Bölməsinin əməkdaşı isə üzərinə düşən vəzifələri yerinə yetirməmiş və qərəzli şəkildə onun barəsində protokol tərtib etmişdir. Həmçinin, qeyd olunan protokol əsasında barəsində xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar qəbul etmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1–ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat inzibati cərimə edilmişdir. Hazırda barəsində tərtib edilmiş protokolla və qərarla razı deyildir. Hesab edir ki, barəsində tərtib edilmiş protokol və qərar qərəzli şəkildə tərtib edilmişdir. Ona görə də həmin protokolu və qərarı əsassız, qanunsuz hesab edir. Odur ki, Şəmkir RPŞ–nin DYPB–nın vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolunun və həmin protokol əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Şəmkir RPŞ–nin DYPB–nin YPX–nin baş inspektoru X6 izahatında göstərdi ki, 29 aprel 2024–cü il tarixdə saat 12:20 radələrində xidməti vəzifələrini yerinə yetirərkən Şəmkir şəhəri, S.Vurğun küçəsində hərəkətdə olan VAZ–21074 markalı 16–BB–422 dövlət nömrə nişanlı minik avtomobilinin sürücüsünü saxlatmış, ona, hüquq və vəzifələrini izah etmiş, lakin həmin vaxt sürücüdən spirt qoxusu gəlmiş və onun avtomaşını sərxoş halda idarə etdiyini görmüşdür. Bundan sonra adı ona məlum olan X8 alkotestr yoxlamasından keçirilməsi üçün dəvət edilmiş, sürücü alkotestr yoxlamasından keçirilikdən sonra onun sərxoşluq dərəcəsinin 0,479 promil olduğu müəyyən olunmuşdur. Həmin vaxt X8 alkotestr yoxlamasının nəticəsinə etiraz etməmiş, bu səbəbdən də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1–ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan sonra Şəmkir RPŞ–nin DYPB–nin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə X8 400 manat məbləğində inzibati cərimə edilmişdir. Baş vermiş hadisənin əks olunduğu videogörüntülərə baxış keçirəndə də, şəxsin sərxoş olması və alkotestr yoxlamasından keçdikdən sonra sərxoşluğunun müəyyən edilməsi aydın şəkildə müəyyən edilir. Bu səbəbdən hazırda şikayətin dəlillərini qəbul etmir və Şəmkir RPŞ–nin DYPB–nin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolunu və xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarını qanuni və əsaslı hesab edir. Odur ki, məhkəmədən şikayətin təmin edilməməsini xahiş edir. Həmçinin, Şəmkir RPŞ–nin DYPB–nin YPX–nin baş inspektoru X6 məhkəmə iclası zamanı sualları cavablandırarkən bildirmişdir ki, istifadə etdikləri alkotestr cihazı nazirlik tərəfindən təqdim edilir və həmin cihaza hər hansı müdaxilənin edilməsi qeyri–mümkündür. Eləcə də, X8 alkotestr yoxlamasından 29 aprel 2024–cü il tarixdə saat 12 radələrində keçirilmiş, özü Gəncə Şəhər Narkoloji Dispanserinə isə 2 saatdan çox sonra, yəni həmin gün saat 14:42 radələrində müraciət etmişdir ki, müddət keçdikcə alkoqolun təsiri təbii olaraq azalır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, işdə olan Yol polisi əməkdaşında olan sərxoşluq vəziyyətinin ölçü cihazı kimi istifadə edilən xüsusi texniki vasitə ilə ölçülmüş və iş materiallarına əlavə edilmiş sərxoşluq qəbzindən görünür ki, X8 29 aprel 2024–cü il tarixdə 0,479 % sərxoşluq vəziyyətində olmuşdur. İşdə olan xx.xx.2024–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X8 29 aprel 2024–cü il tarixdə saat 12:20 radələrində Şəmkir şəhəri, S.Vurğun küçəsində VAZ–21074 markalı 16–BB–422 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1–ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1–ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İşdə olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinənin nəticəsinə dair xx.xx.2024–cü il tarixli 1390 saylı protokoldan görünür ki, X8 xx.xx.2024–cü il tarixdə saat 14:42 radələrində həkim müayinəsindən keçirilmiş və sərxoş vəziyyətdə olmaması müəyyən edilmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, X8 29 aprel 2024–cü il tarixdə saat 12:20 radələrində VAZ–21074 markalı 16–BB–422 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Şəmkir şəhəri, S.Vurğun küçəsində hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1–ci maddələrinin tələblərini pozmaqla inzibati xəta törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs X4 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, Şəmkir RPŞ–nin X13 Bölməsi inzibati xəta haqqında işə baxarkən, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 124.2–ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmn Məcəllənin 124.4–cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort–kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1–ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3–cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2–ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə, şikayətin dəlilərini araşdırarkən, həmçinin müəyyən etdi ki, vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Eləcə də, inzibati xəta haqqında protokol tərtib edilərkən və protokola baxılarkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmiş, barəsində protokol tərtib edilmiş şəxsə hüquq və vəzifələri izah edilmiş, habelə ona iş üzrə icraat zamanı təsbit edilmiş hüquqlarının həyata keçirilməsinə kifayət qədər imkan yaradılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X8 şikayət ərizəsində sərxoş olmamasını, eləcə də, polis əməkdaşlarının onu heç bir tibbi müayinədən keçirmədiyini göstərsə də, polis əməkdaşı tərəfindən alkotestr cihazından yoxlamadan keçməklə 0,479 pr. sərxoş olması öz təsdiqini tapmışdır. Həmin vaxt X8 alkotestr yoxlamasının nəticəsinə etiraz etməmiş və tibbi müayinədən keçirilməsini tələb etməmişdir. Bu hal polis əməkdaşı tərəfindən məhkəməyə təqdim edilmiş CD diskdəki videogörüntülərdə də öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclası zamanı Şəmkir RPŞ–nin DYPB–nin inspektoru tərəfindən məhkəməyə təqdim edilmiş CD diskə baxış keçirilmiş və videogörüntüdən müəyyən edilmişdir ki, polis əməkdaşı saxlanıldığı zaman X7 tibbi müayinədən keçməyi təklif etmiş, lakin sürücü həkim müayinəsinə getməmiş, habelə alkotestrin nəticəsinə etiraz etməmişdir. Azərbaycan Respublikası İXM-nin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olubolmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Odur ki, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN Baş X13 idarəsinin Şəmkir Rayon Polis X10 Polisi X1 barəsində Azərbaycan Respublikası İXM–nin 329.1 və 333.1–ci maddələri əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu və xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Bu səbəbdən X4 şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120–126 və 133–136–cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X4 Azərbaycan Respublikası DİN Baş X13 idarəsinin Şəmkir Rayon Polis X10 Polisi Bölməsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolunun və xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN Baş X13 idarəsinin Şəmkir Rayon Polis X10 Polisi Bölməsinin vəzifəli şəxsinin, fiziki şəxs X4 inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1–ci maddələri əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu və xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar