Məhkəmə qərarları › İş №3(076)-564/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-564/2024

20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-564/2024 20.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X1, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs və onun nümayəndəsi (vəkili) X2 iştirakları ilə xx.xx.1970-ci ildə Şəmkir rayonu, Sabirkənd kəndində anadan olmuş, Аzərbaycan Respublikası vətəndaşı, evli, Şəmkir rayonu, Sabirkənd kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Аzərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(076)-55/2023 saylı icra sənədi üzrə tələbi yerinə yetirməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(076)-55/2023 saylı icra sənədinə əsasən, Zərərçəkmiş şəxs, 12 dekabr 2014-cü il təvəllüdlü X4 adlı övladı ilə məhkəmənin icraatında olan “Uşaq tələbinə dair” 2(076)-2725/2023 saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, uşağı götürdüyü yerə qaytarmaq şərti ilə hər həftənin şənbə-bazar günləri, saat 10:00-dan, saat 17:00-a kimi sərbəst qaydada görüşüb ünsiyyətdə olmasının təmin edilməsi qət edilmişdir. Lakin Şəxs icra sənədində müəyyən edilmiş günlərdə uşaqları icra şöbəsinə gətirməmişdir. Bununla da Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədinin icrasından boyun qaçırmışdır. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə tərəfindən vaxt verildikdən sonra isə Şəxs icra sənədi üzrə tələbin həyata keçirilməsinə maneçilik törətməmiş və bu barədə akt tərtib edilmişdir. Buna görə də borclu haqqında qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu, Şəxs izahatında göstərdi ki, həqiqətən, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(076)-55/2023 saylı icra sənədinə əsasən, Zərərçəkmiş şəxs, 12 dekabr 2014-cü il təvəllüdlü X4 adlı övladı ilə məhkəmənin icraatında olan “Uşaq tələbinə dair” 2(076)-2725/2023 saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, uşağı götürdüyü yerə qaytarmaq şərti ilə hər həftənin şənbə-bazar günləri, saat 10:00-dan, saat 17:00-a kimi sərbəst qaydada görüşüb ünsiyyətdə olmasının təmin edilməsi qət edilmişdir. Hazırda tələbkarın uşaqları ilə görüşməsinə etiraz etmir. Belə olan halda hesab edir ki, qərəzli şəkildə icra sənədinin icrasından boyun qaçırmır. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu, Şəxs nümayəndəsi (vəkili) X5, Şəxs məhkəmə iclasında qeyd etdiyi xüsusatlara əsasən onun əməlində inzibati xəta tərkibinin əlamətlərinin olmamasını bildirərək barəsində tərtib edilmiş protokola xitam verilməsini xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs iştirak etdiyi məhkəmə iclası zamanı göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(076)-55/2023 saylı icra sənədinə əsasən, Zərərçəkmiş şəxs, 12 dekabr 2014-cü il təvəllüdlü X4 adlı övladı ilə məhkəmənin icraatında olan “Uşaq tələbinə dair” 2(076)-2725/2023 saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, uşağı götürdüyü yerə qaytarmaq şərti ilə hər həftənin şənbə-bazar günləri, saat 10:00-dan, saat 17:00-a kimi sərbəst qaydada görüşüb ünsiyyətdə olmasının təmin edilməsi qət edilmişdir. Lakin borclu onun uşaqları ilə görüşməsinə maneçilik yaratmışdır. Belə ki, qətnamədə müəyyən edilmiş günlərdə borclu uşaqları görüş üçün icra şöbəsinə gətirməkdən boyun qaçırmışdır. Hesab edir ki, borclu icra sənədi ilə müəyyən edilmiş tələbləri qərəzli şəkildə yerinə yetirməkdən yayınır. Borclunun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(076)-55/2023 saylı icra sənədinə əsasən, Zərərçəkmiş şəxs, 12 dekabr 2014cü il təvəllüdlü X4 adlı övladı ilə məhkəmənin icraatında olan “Uşaq tələbinə dair” 2(076)- 2725/2023 saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, uşağı götürdüyü yerə qaytarmaq şərti ilə hər həftənin şənbə-bazar günləri, saat 10:00-dan, saat 17:00-a kimi sərbəst qaydada görüşüb ünsiyyətdə olmasının təmin edilməsi qət edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(076)-55/2023 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi könüllü icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. İşdə olan Şəmkir rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş, xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, azyaşlı uşaq X4, tələbkar Zərərçəkmiş şəxs sərbəst qaydada ünsiyyətdə olması üçün təhvil verilmiş, lakin Nurlan atası ilə görüşdən imtina etmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər, Şəmkir rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş akt və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Məhkəmə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(076)-55/2023 saylı icra sənədinə əsasən, Zərərçəkmiş şəxs, 12 dekabr 2014-cü il təvəllüdlü X4 adlı övladı ilə məhkəmənin icraatında olan “Uşaq tələbinə dair” 2(076)-2725/2023 saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, uşağı götürdüyü yerə qaytarmaq şərti ilə hər həftənin şənbə-bazar günləri, saat 10:00-dan, saat 17:00-a kimi sərbəst qaydada görüşüb ünsiyyətdə olmasının təmin edilməsini, eləcə də, borclunun həmin icra sənədinin icrasına maneçilik yaratmamasını nəzərə alaraq qeyd edir ki, hazırkı vəziyyətdə Şəxs icra sənədi üzrə tələbləri, o cümlədən, icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən qərəzli şəkildə boyun qaçırması halı müəyyən edilmir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, icra sənədinin icrası ilə bağlı X4 borclu tərəfindən Şəmkir rayon İcra və Probasiya şöbəsinin inzibati binasında tələbkarla ünsiyyət hüququnun təmin edilməsi üçün təqdim edilmiş, lakin Nurlan atası ilə görüşdən imtina etmişdir. Göründüyü kimi icra sənədinin icrası borcludan asılı olmayan səbəblərdən mümkün olmamışdır. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, borclunun icra sənədində göstərilən tələbləri qəsdən yerinə yetirməməsi halı müəyyən edilmir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Şəmkir Rayon Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar