Məhkəmə qərarları › İş №3(076)-565/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-565/2023

03.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-565/2023 03.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayоn Məhkəməsinin hakimi Məhəmmədi Həvayət Kəmaləddin qızı, Şəxs оğlunun Şəmkir Rayon Məhkəməsinin 3 may 2023-cü il tarixli 3(076)-565/2023 nömrəli qərarlarına xitam verilməsi ilə bağlı ərizəsinə baxaraq müəyyənetdi: Şəmkir Rayon Məhkəməsinin 3 may 2023-cü il tarixli 3(076)-565/2023 nömrəli qərarları ilə Şəxs оğlu EQ 11694067 nömrəli inzibati xəta haqqında qərarna əsasən ona təyin edilmiş inzibati cəriməni qərarın qüvvəyə mindiyi tarixdən 3 ay müddətində icra etmədiyinə görə hazırda qüvvədən düşmüş Аzərbaycan Rеspublikası İnzibаti Хətаlаr Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətə məhdudlaşdırılmışdır. Şəxs 14 noyabr 2023-cü il tarixdə ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, cərimələri ödəmişdir. Buna görə də Şəmkir Rayon Məhkəməsinin 3 may 2023-cü il tarixli 3(076)-565/2023 nömrəli qərarına xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilən AsanPay ödəniş qəbzindən görünür ki, borclu İbrahimov Şəxs EQ 11694067 nömrəli protokola əsasən ödəniş etmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə qərara xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Şəmkir Rayon Məhkəməsinin 3 may 2023cü il tarixli 3(076)-565/2023 nömrəli qərarına xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar