Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-565/2024 24.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Zərərçəkmiş şəxs: X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1983-cü ildə Şəmkir rayonu, Könüllü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, rayonu, Könüllü kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokola görə, Şəxs 25 noyabr 2023-cü il tarixdə saat 21:04 radələrində Bakı-Qazax yolunun 399-cu km-də sərxoş vəziyyətdə idarə etdiyi VAZ 21214 markalı **-CF-*** nömrəli avtomaşınla hərəkətdə olarkən manevr etmə qaydasını pozaraq Ford Transit markalı **-CG-*** nömrəli avtomaşınla toqquşmuş, nəticədə sonuncu avtomaşının sahibi X2 maddi zərər dəymişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi işdə olan sənədlərlə, özünün qismən etirafı və zərərçəkmiş şəxsin izahatı ilə təsdiq olunmuşdur. Məhkəmə iclası zamanı Şəxs ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında qismən təqsirli bilərək izahatında göstərdi ki, 25 noyabr 2023-cü il tarixdə saat 21:04 radələrində Bakı-Qazax yolunun 399-cu km-də idarə etdiyi VAZ 21214 markalı **-CF-*** nömrəli avtomaşınla Bakı istiqamətində hərəkətdə olarkən qarşısı ilə eyni istiqamətdə Ford Transit markalı **-CG-*** nömrəli avtomaşın hərəkətdə olmuşdur. Həmin avtomaşını ötmək üçün işıq siqnalı ilə xəbərdarlıq işarəsi vermiş, bu zaman həmin avtomaşın nisbətən sağa yönəlmiş, buna görə də o, ötmə əməliyyatı etməyə başlamışdır. Həmin vaxt istiqamətdə Ford Transit markalı **-CG-*** nömrəli avtomaşının sürücüsü anidən sola doğru manevr edib onun qarşısına çıxmış, toqquşmadan yayınmaq üçün tormozu basmış, lakin onun idarə etdiyi avtomaşının ön sağ hissəsi ilə Ford Transit markalı avtomaşının sol ön yan hissəsi toqquşmuşdur. Hazırda özünü qismən təqsirli hesab edir. Belə ki, həmin gün sərxoş vəziyyətdə avtomaşın idarə etsə də, hesab edir ki, avtomaşınların toqquşması həm onun, həm də Ford Transit markalı avtomaşının sürücüsünün təqsiri ucbatından baş vermişdir. Ona görə də qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X3 məhkəmə iclası zamanı izahatında göstərdi ki, 25 noyabr 2023-cü il tarixdə saat 21:04 radələrində idarə etdiyi Ford Transit markalı **-CG-*** nömrəli avtomaşınla Bakı-Qazax yolunun 399-cu km-də Bakı istiqamətində hərəkətdə olarkən sola doğru manevr etmək istəmiş, həmin vaxt arxadan səs siqnalı eşitmiş və arxadan gələn VAZ 21214 markalı **-CF-*** nömrəli avtomaşının əks hərəkət zolağına daxil olmasını görmüşdür. Nəticədə VAZ 21214 markalı avtomaşının ön hissəsi ilə onnu idarə etdiyi avtomaşının sol ön yan hissəsi yolun kənarında toqquşmuşdur. Toqquşma nəticəsində onun avtomaşınına maddi zərər dəymişdir. Hazırda ona dəymiş ziyan Şəxs tərəfindən ödənilməmişdir və tələbi dəymiş ziyanın ödənilməsindən ibarətdir. Şəxs inzibati tənbeh tətbiq edilməsi məsələsini isə məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə, tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir və belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Belə ki işdə olan xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs həmin tarixdə 0,747 pr. sərxoşluq vəziyyətində olmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli ziyan aktından görünür ki, Ford Transit markalı **- CG-*** nömrəli avtomaşına 12.755 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə, Şəxs özünü qismən təqsirli hesab etməsi ilə bağlı bildirdiklərinə tənqidi yanaşır, onun izahatını özünü müdafiə və məsuliyyətdən yayınmaq kimi qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs inzibati xətanı sərxoş halda törətməsi onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə, inzibati xəta törətmiş şəxsin izahatını, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla, barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs tətbiq edilmiş inzibati cəriməni dərhal və ya bu qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunmuş cərimənin məbləğinin 10 faizi miqdarından azad edilsin. Təyin edilmiş inzibati cərimə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin 1 saylı Xəzinədarlıq İdarəsində olan hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-565/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-565/2024
24.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver