Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-569/2023 24.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Щаким Məmmədova Şəfəq Ənvər qızının сядрлийи, Мящкямя иъласынын катиби X4, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iштиракlarы иля xx.xx.1983-cü ildə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Şəmkir rayonu, Çinarlı qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Азярбайъан Республикасынын Инзибати Хяталар Мяъяллясинин 206-cı маддяsиндя нязярдя тутулмуш инзибати хятаны тюрятмясиня даир инзибати хята щаггында ишя Шямкир Район Мящкямясинин бинасында, мящкямя иълас залында ачыг мящкямя иъласында бахараг, Мцяййян етди: Şəmkir Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs 22 aprel 2023-cü il tarixdə saat 21:00 radələrində Şəmkir rayonu Seyfəli kəndində saxlanılaraq Şəmkir rayon Polis Şöbəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən qırmızı rəngli kağıza bükülmüş narkotik vasitə aşkar edilmişdir. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şəmkir rayon X8 təhlükəsizlik bölməsinin polis sahə rəisi X2 məhkəmə iclasında inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, Şəxs 22 aprel 2023-cü il tarixdə Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şöbəyə gətirilərək üzərinə baxış keçirilərkən, sonuncu könüllü olaraq əynində olan qara rəngli cins şalvarın sağ cibindən qırmızı kağıza bükülmüş vəziyyətdə narkotik vasitə olan marixuananı təqdim etmiş, həmin narkotik vasitə olan marixuananın təmiz çəkisinin 1,37 qram olduğu müəyyən edilmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin törədilmiş əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 206-cı maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilərək məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, o, Şəmkir rayonu Çinarlı qəsəbəsində yaşayır. 22 aprel 2023-cü il tarixdə səhər saatlarında Şəmkir rayonu 20 Yanvar küçəsində yerləşən bazar yolu adlanan ərazidə səkinin üzərində hərəkətdə olan zaman yerdə qırmızı rəngdə bükülü kağız tapmış, həmin kağızın içərisinə baxan zaman narkotik vasitə olan marixuana olduğunu anlamış və istifadə etmək üçün əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoymuşdur. Daha sonra Şəmkir rayonu Seyfəli kəndində getmiş və həmin kənddə olan zaman Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları onu şöbəyə gətirmişlər. Şöbədə vəkilin iştirakı ilə onun üzərinə baxış keçirilərkən polis əməkdaşları tərəfindən ona üzərində narkotik vasitə, psixotrop maddə, onların perkursorları, eləcə də dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya varsa könüllü təqdim etməsi təkil olunmuş, bu zaman o, əynində olan qara rəngli cins şalvarın sağ cibindəki qırmızı kağıza bükülmüş narkotik vasitə olan marixuananı təqdim etmişdir. Qeyd edir ki, 5 ildir ki, narkotik vasitə olan marixuana istifadə edir. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən ona daha yüngül inzibati tənbeh təyin edilməsini xahiş etmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. İş materiallarında olan 22 aprel 2023-cü il tarixli şəxsi axtarış aparılması barədə protokoldan və foto cədvəllərdən görünür ki, 22 aprel 2023-cü il tarixdə Şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncuya üzərində olan narkotik vasitə, psixotrop maddə, onların prekurorsorları, eləcə də dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığı, varsa könüllü təqdim etməsi təkil olunmuş, bu zaman o, üzərində olan qara rəngli cins şalvarın sağ yan cibindən qırmızı rəngli kağıza bükülmüş bükümü təqdim etmiş, həmin büküm açılan zaman içərisində yaşıl rəngli narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmiş, aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş və daha sonra zərfə qoyularaq ekspertiza üçün qablaşdırılmışdır. İş materiallarında olan AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin X6 23 aprel 2023cü il tarixli, 16/442 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şəxs üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd qırmızı rəngli kağız bükümdə təmiz çəkisi 1,37 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Şəmkir RPŞ-nin X3 göndərilmiş, toplanmış materal üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş 23 aprel 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 23 aprel 2023-cü il tarixdə, saat 21:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını, tədqiq edilmiş sənədləri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatı, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Həmçinin, məhkəmə Şəxs inzibati tənbeh tədbiri təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əməlindən peşman olmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədinə uyğundur. Azərbaycan Respublikasının İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №3(076)-569/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-569/2023
24.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver