Məhkəmə qərarları › İş №3(076)-57/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-57/2025

23.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-57/2025 23.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Heydərova Nazlı Azər qızının sədirliyi Katib: Heydarov Cəmil Elxan oğlunun katibliyi Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi: X1 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs Tapdıq qızının iştirakları ilə xx.xx.1966-cı il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Tapdıq qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Şəxs Tapdıq qızı xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yaşayan Zərərçəkmiş şəxs vuraraq sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirib sonuncunu döymüşdür. Bu hərəkətləri ilə Şəxs Tapdıq qızı Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Şəxs Tapdıq qızının həmin inzibati xətanı törətməsi özünün, zərər çəkmiş şəxsin izahatı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi, X2 izahatında göstərdi ki, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Şəmkir RPŞ-yə müraciət edərək qayını arvadı Şəxs Tapdıq qızı tərəfindən döyülməsi barədə məlumat vermişdir. Daha sonra müraciət ilə əlaqədar Şəmkir RPŞ-də araşdırma aparılmış, aidiyyəti şəxslərin izahatları alınmış və nəticədə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Bundan sonra həmin qərar Şəmkir RPŞ-in İTB-yə göndərilmiş və qərara əsasən vətəndaş Şəxs Tapdıq qızının Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 157ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Şəxs Tapdıq qızının barəsində toplanmış material baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Odur ki məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir və əkinçiliklə məşğul olub ailəsini dolandırır. Şəxs onun eltisidir. Onlar bir kənddə qonşu kimi birlikdə yaşayırlar. Aralarında heç bir ədavəti, düşmənçilikləri olmamışdır, münasibətləri normal olmuşdur. Onların münasibətləri sonradan pisləşməyə başladı. Aralarında olan dava-dalaşın əsas səbəbi onun Məleykənin oğlu Eminə bir-neçə gündür ki, 5 manat borc pul verməsi olmuşdur. Həmin pulu almaq üçün bu gün xx.xx.2024-cü il tarixdə, saat təxminən 12 radələrində onların yaşadığı evə getmişdir. Onların yaşadığı evdə olan zaman borc verdiyi pulu geri istədikdə Məleykə ona pula ehtiyacının olmadığını və onun pozğunluq etdiyini ona demişdir. Bu zaman Məleykə ilə onun arasında mübahisə baş vermişdir. Baş vermiş mübahisə zamanı Məleykə əlində soğan soyduğu bıçaqla onun üstünə gəlmişdir. Həmin vaxt aralarında yaranmış mübahisə zamanı səsə gəlin Aysun çölə yəni həyətə çıxmışdı. Məleykənin dediklərini Aysun da təsdiq etmişdir. Həmin vaxt Məleykə əlində ki, bıçağı ona tərəf tutub gələndə onun əlini saxlayan zaman Məleykənin əlində olan bıçaq sağ əlinin çəçələ barmağını kəsmişdir. Daha sonra qayını Salman həyətə çıxmış və Məleykə və Aysunu çağırmış və sakitləşdirdikdən sonra dava sakitləşmiş və o da çıxıb getmişdir. Eltisi Məleykə ona xəsarət yetirdiyinə görə DiN-nin 102 xidmətinə və Şəmkir RPŞ-yə ərizə ilə müraciət etmişdir. Hazırda da Şəxs şikayətçidir, aralarında barışıq yoxdur, barəsində ciddi intizam tənbehinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Tapdıq qızı özünü inzibati iş üzrə təqsirli bilməyərək izahatında göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir və evdar qadındır. Şəmkir rayonu, Yuxarı Seyfəli kənd sakini Zərərçəkmiş şəxs qohumudur və qonşu kimi yan-yana olurlar. Aralarında heç bir ədavəti, düşmənçiliyi olmamışdır, münasibətləri normal olmuşdur. Aralarında son zamanlar davadalaşın yaranma səbəbi bir neçə gün olar ki, Nəhayətə nisyə qatıq, süd satmışdır, həmin qatıq, süd 15 manat dəyərindədir. O, həmin pulu bir neçə dəfə isdəsə də, nisyəsini vermir və pulunun olduğunu lakin verməyəcəyini bildirirdi. xx.xx.2024-cü il tarixdə saat təxminən 11 radələrində o, yaşadığı evdə olan zaman qonşu kimi yaşadığı Nəhayətlə aralarında hasar olduğundan Nəhayət onun ünvanına nalayiq ifadələr işlətdiyini eşitmişdir. Bundan sonra Nəhayət onun yaşadığı evə gələrək həyətə daxil olmuşdur. Həyətə daxil olan zaman Nəhayət gəlini Aysunun saçından tutub dartmışdır. Həmin vaxt o, Nəhayətin əlindən gəlini Aysunu alarkən Nəhayət onu həyətdə olan taxta yenşiklə başından vurmuşdur. Daha sonra o, zorla Nəhayəti həyətdən çıxarıb yola salmışdır. Bundan əlavə o və gəlini Aysun Nəhayəti vurmamışlar və Nəhayətə heç bir xəsarət yetirməmişlər. Qohumu və qonşusu olan Nəhayətin dedikləri yalan şər və böhtandır. Odur ki qeyd etdiklərinə əsasən, onun əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs Tapdıq qızının əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş və onun zərər çəkmiş Zərərçəkmiş şəxs döyərək inzibati xəta törətməsi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Şəmkir rayon MTE və PA şöbəsinin 19 noyabr 2024-cü il tarixli, 1165 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-sağ əlin 5-ci barmağının dırnaq falnaqsının arxa səthinin yarası, İTİ kənarlı əşya ilə ola bilsin ki, bıçaqla yetirilmişdir, yetirilmə müddəti 18 noyabr 2024-cü il tarixə uyğun glir. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Məhkəmə, inzibati xəta törətmiş Şəxs Tapdıq qızının məhkəmə iclasında verdiyi izahatını, həmçinin, zərər çəkmiş şəxsin izahatını, 19 noyabr 2024-cü il tarixli, 1165 saylı rəyi, tədqiq edilmiş sənədləri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatları, habelə tədqiq edilmiş digər sübutları Şəxs Tapdıq qızının qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Həmçinin, Şəxs Tapdıq qızının məhkəmə iclasında özünü təqsirli bilməməsi ilə əlaqədar izahatında göstərdiyi xüsusatlar, özünü müdafiə xarakteri daşıyır, heç bir əsaslı və mötəbər dəlillərə əsaslanmır, Şəxs yalnız formal mülahizələrlə çıxış edərək tətbiq ediləcək inzibati məsuliyyətdən yayınmaq məqsədini ehtiva edir, lakin, işdə olan sənədlər və digər sübutlar onun inzibati xəta hadisəsində təqsirli hesab edilməsi üçün kifayət edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Tapdıq qızının törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə- üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs Tapdıq qızının məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs Tapdıq qızının məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və zərər çəkmiş şəxslə barışmamasını, həmçinin, nəzərə alaraq hesab edir ki, Şəxs Tapdıq qızına cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Həmçinin, məhkəmə bu cür tənbeh tədbirinin tətbiq edilməsini inzibati xəta törətmiş şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınmasında yetərli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R A A L D İ: Şəxs Tapdıq qızı Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar