Məhkəmə qərarları › İş №3(076)-571/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-571/2024

28.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-571/2024 28.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi Məhəmmədi Həvayət Kəmaləddin qızı X6 işə baxılmasını kifayət qədər hazırlanmış hesab edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutub QƏRARA ALDİM: Şəxs barəsində MN ******* saylı protokol üzrə 3(076)-571/2024 saylı inzibati iş və MN ******* saylı protokol üzrə 3(076)-572/2024 saylı inzibati işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda 3(076)-572/2024 sayla birləşdirilsin və baxışa təyin edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə işin məhkəmə iclasında baxılması 28 may 2024-cü il tarixə saat 13:00-a təyin edilsin. Məhkəmə iclasına: a) İnzibati Xəta törədən şəxs Şəxs, b) onun müdafiəçisi X4, c) Şəmkir rayon Polis Şöbəsinin nümayəndəsinin Şəmkir Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsi polis sahə rəisi X3, d) X1 iştirakı ilə baxılsın. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar