Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-58/2025 23.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir RPŞ-nin sahə rəisi polis kapitanı: X2 Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.2004-cü илдя Şəmkir rayonu, Aşağı Seyfəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vəyəndaşı, orta təhsilli, subay, işsiz, Şəmkir rayonu, Yeni-Həyat kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Şəmkir Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM–nin 157–ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə, Şəxs xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində münaqişə zamanı qohumu Zərərçəkmiş şəxs vuraraq onun sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən zərər yetirmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilməyərək izahatında göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir və evdar qadındır. 3 ildən artıqdır ki, ailə qurub Şəmkir rayonu, Yuxarı Seyfəli kəndinə gəlin köçmüşdür. Şəmkir rayonu, Yuxarı Seyfəli kənd sakini Nəhayət onun qohumudur və qonşuluqda yaşayırlar. Aralarında heç bir ədavəti, düşmənçiliyi olmamışdır, münasibətləri normal olmuşdur. Aralarında mübahisənin yaranmasına səbəb, qaynanası Məleykənin qonşusu Nəhayətə nisyə qatıq-süd satması olmuşdur. Həmin qatıq-süd 15 manat dəyərində olmuş, həmin pulu bir neçə dəfə qaynanası Məleykə istəsə də pulu verməmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 11 radələrində o, yaşadığı evdə olan zaman həyətdə qabları yuyarkən qonşu kimi yaşadığı Nəhayətlə aralarında hasar olduğundan Nəhayət onun ünvanına nalayiq ifadələr işlətdiyini eşitmişdir. Bundan sonra Nəhayət onun yaşadığı evə gələrək həyətə daxil omuşdur. Həyətə daxil olan zaman Nəhayət onun saçından tutaraq dartmış və əli ilə sifət nahiyəsinə vurmuşdur. Həmin vaxt qaynanası Məleykə soğan yığarkən Nəhayətin əlindən onu almaq üçün yaxınlaşmışdır. Qaynanası Məleykə onlara yaxınlaşarkən Nəhayət qaynanası Məleykəni həyətdə olan taxta ilə başına vurmuşdur. Daha sonra qaynanası zorla Nəhayəti həyətdən çıxarıb yola salmışdı. O, qonşusu Nəhayəti vurmamışdır və ona heç bir xəsarət yetirməmişdir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir və əkinçiliklə məşğul olub ailəsini dolandırır. Aysun onun qaynının arvadıdır və Məleykə isə Aysunun qaynanasıdır. Onlar bir kənddə qonşuluqda yaşayırlar. Aralarında heç bir ədavəti, düşmənçiliyi olmamışdır, münasibətləri normal olmuşdur. Onlar arasında mübahisənin baş verməsinin səbəbi o, Məleykənin oğlu Eminə hadisədən bir neçə gün əvvəl 5 manat borc pul vermişdir. Həmin pulu almaq üçün xx.xx.2024-cü il tarixdə saat təxminən 12 radələrində onların yaşadığı evə getmişdir. O, Məleykənin yaşadığı evdə olan zaman borc verdiyi pulu geri istədikdə Məleykə ona pula ehtiyacının olmadığını və onun pozğunluq etdiyini ona demişdir. Bu zaman Məleykə ilə onun arasında mübahisə baş vermişdir. Baş vermiş mübahisə zamanı Məleykə əlində soğan soyduğu bıçaqla onun üstünə gəlmişdir. Məleykə əlindəki bıçağı ona tərəf tutub gələndə o, Məleykənin əlini saxlayan zaman Məleykənin əlində olan bıçaq sağ əlinin çəçələ barmağını kəsmişdir. Daha sonra qaynı Salman həyətə çıxaraq Məleykəni və Aysunu çağırmışdır. Hadisə vaxtı Şəxs ona qarşı zor tətbiq etməmiş və onu döyməmişdir. Məleykə tərəfindən ona qarşı zor tətbiq olunmuş və xəsarət yetirilmişdir. Odur ki, məhkəmədən izahatında göstərilənlərin nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Şəmkir rayonu, Yuxarı Seyfəli kənd sakini Nəhayət onun qohumudur və qonşuluqda yaşayırlar. Aralarında heç bir ədavət və düşmənçilik olmamış, münasibətləri normal olmuşdur. xx.xx.2024-cü il tarixdə saat təxminən 11 radələrində o, yaşadığı evdə olan zaman qonşusu Nəhayət onun yaşadığı evin hasarının digər tərəfindən onun ünvanına nalayiq ifadələr işlətdiyini eşitmişdir. Bundan sonra Nəhayət onun yaşadığı evə gələrək həyətə daxil olmuş və həyətdə gəlini Aysunun saçından tutub dartmışdır. Həmin vaxt o, Nəhayətin əlindən gəlini Aysunu alarkən sonuncu onu həyətdə olan taxta yeşiklə baş nahiyəsinə vurmuşdur. Həmin vaxt nə o, nədəki gəlini Aysun Nəhayəti vurmamışlar və ona heç bir xəsarət yetirməmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli 1165 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- sağ əlin 5-ci barmağının dırnaq falanqasının arxa səthinin kəsilmiş səthi yarası iti kənarlı əşya ilə ola bilsin ki, bıçaqla yetirilmişdir, yetirilmə müddətləri 18 noyabr 2024-cü il tarixə uyğun gəlir. Sağlamlığa zərəı vurmayan xəsarətlər olduğu üçün ağırlıq dərəcələri təyin edilmir. Beləliklə, barəsində inzibati protokol tərtib edilmiş Şəxs Zərərçəkmiş şəxs qəsdən vurması, döyməsi və ya ona hər hansı xəsarət yetirməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, ekspert rəyində zərərçəkmiş şəxsin bədən səthində sağ əlin 5-ci barmağının dırnaq falanqasının arxa səthinin kəsilmiş səthi yarası xəsarətlərinin olması göstərilsə də, həmin xəsarətlərin məhz barəsində protokol tərtib edilmiş şəxs tərəfindən yetirilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, zərərçəkmiş şəxsin özü belə izahatında onda yaranmış xəsarətlərin Şəxs tərəfindən deyil, X1 tərəfindən yetirildiyini bildirmişdir. Bütün bu hallar isə onu deməyə əsas verir ki, Şəxs Zərərçəkmiş şəxs döyərək xəsarət yetirməsi halı istisna edilir. Azərbaycan Respublikası İXM–nin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində protokol tərtib edilmiş şəxsin təqsirli olunması sübut olunmamışdır. Ona görə də onun əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM–nin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Məhkəmə hesab edir ki, Şəxs Zərərçəkmiş şəxs qəsdən döyməsi və ya ona qəsdən fiziki ağrı yetirməsi iş materialları ilə istisna olunur, bu səbəbdən onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM–nin 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-58/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-58/2025
23.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver