Məhkəmə qərarları › İş №3(076)-582/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-582/2023

16.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-582/2023 16.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Şərifova Səbinə Səvayuş qızının katibliyi, Barəsində qərar çıxarılmış X4 iştirakı ilə X4 barəsində Azərbaycan Respublikası DİN-in BDYPB-nin xx.xx.2023-cü il tarixli, EQ 13942929 saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 13942929 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X7 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2023cü il tarixli, EQ 13942929 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Mercedes Benz 320 Minik markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur və istifadəsindədir. 19 aprel 2023-cü il tarixdə istifadəsində olan mobil nömrəyə Mercedes Benz 320 Minik markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobilin 13 aprel 2023-cü il tarixdə sürət həddini aşmasına görə Azərbaycan Respublikasının İXM-nin 328.2-ci maddəsi ilə 50 manat məbləğində inzibati cərimə edilməsi barədə sms gəlmişdir. O, Azərbaycan Respublikası DİN-in BDYPB-nin İX Tağım YPX-na həmin gün müraciət edərək qərarı və avtomobilin SmartRadar sistemi vasitəsilə qeydə alınması barədə görüntüləri götürmüşdür. Həmçinin, bu barədə videogörüntü də vardır. Həmin sübutlardan xx.xx.2023cü il tarixdə 08:54 dəqiqədə sürət həddini aşan avtomobil kimi qeyd edilmiş avtomobillərin marka və modellərinin başqa avtomobillər olduğu müəyyən edilir. Hətta avtomobillərin hərəkətdə olduğu yolun görüntülərindən də onun avtomobilinin qeydə alındığı yolun həmin yol olmadığı müəyyən edilir. Göründüyü kimi, o, Mercedes Benz 320 Minik markalı, **-HX- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2023-cü il tarixdə 08:54 dəqiqədə Bakı- Qazax yolunun 0.4-cü kilometrliyində heç bir pozuntuya yol verməmiş və ümumiyyətlə həmin yolda olmamışdır. Lakin, buna baxmayaraq xx.xx.2023-cü il tarixli, EQ 13942929 saylı qərarla o, Azərbaycan Respublikasının İXM-nin 328.2-ci maddəsi ilə 50 manat məbləğində inzibati cərimə edilmişdir. Odur ki, qeyd olunan xüsusatlara əsasən barəsində olan xx.xx.2023-cü il tarixli, EQ 13942929 saylı qərarın qanunsuz və əsassız olmasına görə ləğv edilməsini ədalətli nəticə hesab edir. Ona görə də, Azərbaycan Respublikası DİN-in BDYPB-nin xx.xx.2023-cü il tarixli, EQ 13942929 saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini xahiş etmişdir. Barəsində qərar çıxarılmış X7 məhkəmə iclasında şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində qərar çıxarılmış şəxsi dinləyib, şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 13942929 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, EQ 13942929 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan X7 Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan videogörüntüdən və DİN-nin DYP Web Portalından çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli, EQ 13942929 saylı inzibati tənbeh vermə haqqında qərarda göstərilən Mercedes Benz 320 Minik markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə, saat 08:54 dəqiqədə qeydə alınmış videogörüntüdə olan avtomaşınlarla eyni avtomaşın olduğu müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə şikayət və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, X7 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 13942929 saylı qərarı ilə Azərbaycan Respublikasının İXM-nin 328.2-ci maddəsi ilə 50 manat məbləğində inzibati cərimə edilmiş olsa da, onun həmin tarixdə “Mercedes Benz 320” Minik markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 13942929 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq Qərara aldı: Şikayət təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati cərimə edilməsi barədə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 13942929 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Şəfəq Məmmədova Şikayət vermiş şəxs Nəriman Əsgərov sədrlik edən hakimə və məhkəmə iclas katibinə etirazı olmadığını bildirir. Сядрлик едян şikayət vermiş şəxs X3 izahat verməyi təklif edir. Şikayət vermiş şəxs X2 izahatı: Gюстярир: xx.xx.2021-ci il tarixdə saat 12-04 radələrində istifadəmdə olan «BMW 528» markalı ** EX *** dövlət qeydiyyat nişanlı avtomaşınla Şəmkir rayonu Kür qəsəbəsinə gedərkən heç bir əsas olmadan yolda xidmət aparan X12 Vüsal adlı əməkdaşı məni saxlamış və barəmdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyimə dair protokol tərtib etmişdir. Guya ki, mən əks istiqamət zolağına çıxmışam. Qeyd edilənlərin nəzərə alınaraq barəmdə olan qərarın ləğv edilməsini xahiş edirəm. Sədrlik edən şikayət vermiş şəxsə suallar olub-olmamasını soruşur. Şikayət vermiş şəxs Nəriman Əsgərova sual olmadı. Sədrlik edən şikayət vermiş şəxsdən əlavə vəsatətinin və sübutlarının olubolmamasını soruşur. Şikayət vermiş şəxs X5 şifahi vəsatət verərək, göstərir: inzibati pozuntunun fiti və video görüntülərinin məhkəməyə təqdim edilməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş edirəm. Sədrlik edən yerində qısa müşavirə edərək Qərara alır: İnzibati pozuntunun fiti və video görüntülərin məhkəməyə təqdim edilməsi üçün məhkəmə iclası təxirə salınsın. İşin məhkəmə iclasında baxılması 03 avqust 2021-ci il tarixə, saat 14:30-a təyin edilsin. Sədrlik edən məhkəmə iclasını bağlı elan edir. Sədrlik edən: Məhkəmə iclas katibi: İş № 3(076)-564/2021 BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ MƏHKƏMƏ BAXİŞİ İCLASİNİN PROTOKOLU Шяmkir Rayon Mяhkяmяsi 03 avqust 2021-ci ил Şəmkir шящяри X9 Əli oğlunun sədrliyi X13 оьлунун katibliyi ilə Şikayət vermiş şəxs X8 оьлунун iştirakı ilə X2 barəsində Azərbaycan Respublikası DİN Şəmkir YPX-nin polis mayoru X6 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclası saat 15:30-da açılır. Sədrlik edən məhkəmə iclasını açaraq hansı işə baxılacağını elan edir. Sədrlik edən iş üzrə tərəflərin gəlib-gəlməməsi barədə məruzə etmək üçün məhkəmə iclas katibinə söz verir. Məhkəmə iclas katibi məruzə edərək, bildirir ki, məhkəmə iclasına şikayət vermiş şəxs X5 gəlmiş, lakin qərarından şikayət verilmiş şəxs məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə onun tərəfindən məhkəməyə hər hansı vəsatət daxil olmamışdır. Sədrlik edən məhkəmə iclasının qərarından şikayət verilmiş şəxsin iştirakı olmadan keçirilib-keçirilməməsi barədə şikayət vermiş şəxs Nəriman Əsgərovun fikrini soruşur. Şikayət vermiş şəxs Nəriman Əsgərov məhkəmə iclasının qərarından şikayət verilmiş şəxsin iştirakı olmadan davam etdirilməsini xahiş edir. Məhkəmə yerində qısa müşavirə edərək Qərara alır: Məhkəmə iclası qərarından şikayət verilmiş şəxsin iştirakı olmadan davam etdirilsin. Sədrlik edən Şəmkir RPŞ-nin DYPB-dən arayış daxil olduğunu bildirir və arayışı elan edir. Sdərlik edən məhkəməyə təqdim edilmiş sübutları nəzərdən keçirir və şikayət vermiş şəxsin fikrini soruşur. Şikayət vermiş şəxs Nəriman Əsgərov sübutlarla bağlı əlavə vəsatəti və etirazı olmadığını bildirir. Sədrlik edən işdə olan digər yazılı sübutları, sübutların araşdırılması qaydasında şikayət vermiş şəxsin iştirakı ilə tədqiq edir. Həmin sübutlarla bağlı hər hansı etiraz, vəsatət və ya təklif daxil olmadı. Sədrlik edən şikayət vermiş şəxsdən məhkəmə tədqiqatının materiallarını daha nə ilə tamamlamağı arzu etdiyini, əlavələri və vəsatəti olub-olmamasını soruşur. Şikayət vermiş şəxs Nəriman Əsgərov məhkəmə tədqiqatının tamamlanmasına dair əlavəsi və vəsatəti olmadığını bildirir. Sədrlik edən məhkəmə tədqiqinin tamamlandığını bildirir və bu barədə şikayət vermiş şəxsin fikrini soruşur. Şikayət vermiş şəxs X5: etirazım yoxdur. Məhkəmə yerində qısa müşavirə edərək qərara alır: Məhkəmə tədqiqi tamamlansın və çıxışa başlansın. Sədrlik edən çıxış üçün şikayət vermiş şəxs X1 verir. Şikayət vermiş şəxs X5: Barəmdə olan qərarın ləğv edilməsini xahiş edirəm. Sədrlik edən şikayət vermiş şəxsdən replika hüququndan istifadə edib-etməməsini soruşur. Şikayət vermiş şəxs Nəriman Əsgərov replika hüququndan istifadə etmək istəmədiyini bildirir. Sədrlik edən müşavirə otağına gedir və qayıdaraq qərarı elan edir. Sədrlik edən qərardan Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək qaydasını və müddətini izah edir. Sədrlik edən 03 avqust 2021-ci il tarixdə məhkəmə iclasını bağlı elan edir. Sədrlik edən: Məhkəmə iclas katibi:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar