Məhkəmə qərarları › İş №3(076)-582/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-582/2024

13.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-582/2024 13.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsi: X3 iştirakı ilə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin, fiziki şəxs X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4–cü maddəsi əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli TP 20871831 saylı inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli TP 20871831 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə fiziki şəxs X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 manat inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X4 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli TP 20871831 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024–cü il tarixdə özünə məxsus Chevrolet Cruze markalı, 20–EK–362 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı–Qazax yolu istiqamətində hərəkətdə olarkən özünü narahat hiss etmiş və polis əməkdaşlarından kömək istəmək məqsədilə Şəmkir rayonu ərazisində yerləşən BDYPİ–nin stasionar postuna daxil olmuşdur. Həmin vaxt idarə etdiyi avtomobil postun müşahidə kamerasına düşmüş, bu səbəbdən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4–cü maddəsi ilə xx.xx.2024–cü il tarixli TP 20871831 nömrəli inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmişdir. Həmin qərar əsasında 150 manat inzibati cərimə edilmişdir. Hesab edir ki, həmin qərar qanunsuz olmuşdur. Belə ki, onun əməlində hər hansı inzibati xəta tərkibi olmamış və o, inzibati xəta hadisəsi törətməmişdir. Odur ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli TP 20871831 nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN–nin Baş DYP İdarəsinin YPXA–nın yol patrul inspektoru X5 məhkəmə iclası zamanı göstərdi ki, xx.xx.2024–cü il tarixdə saat 14:32 radələrində Chevrolet Cruze markalı, 20–EK–362 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Bakı– Qazax yolunun 380–ci km–də birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmiş və o, stasionar postun müşahidə kamerasına düşmüşdür. Həmin vaxt müəyyən edilmişdir ki, avtomobil X1 adına olsa da, avtomobili etibarnaməsi olmayan başqa şəxs idarə edir. Bundan sonra X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4–cü maddəsi ilə xx.xx.2024–cü il tarixli TP 20871831 nömrəli inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş və o, həmin qərar əsasında 150 manat inzibati cərimə edilmişdir. Hazırda şikayətin dəlillərini qəbul etmir. Hesab edir ki, inzibati xəta hadisəsi tam obyektiv, hərtərəfli araşdırılmış və qanuni əsaslarla qərar tərtib edilmişdir. Bu səbəbdən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli TP 20871831 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslıdır. Odur ki, məhkəmədən şikayətin təmin edilməməsini xahiş edir. X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını və iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İşdə olan xx.xx.2024–cü il tarixli TP 20871831 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İşdə olan CD diskə məhkəmə iclası zamanı baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Chevrolet Cruze markalı, 20–EK–362 dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olduğu yol magistral yoldur və orada əks hərəkət zolağına keçid üçün hər hansı yol nişanı və ya yol örtüyü yoxdur. Buna baxmayaraq, X4 nəqliyyat vasitəsi ilə əks hərəkət zolağına keçirərək hərəkət etmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, X4 xx.xx.2024–cü il tarixdə saat 14:32 radələrində Bakı–Qazax yolunun 380–ci km–də Chevrolet Cruze markalı, 20– EK–362 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmiş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4–cü maddəsinin tələblərini pozmaqla inzibati xəta törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs X1 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, X1 xx.xx.2024–cü il tarixdə Chevrolet Cruze markalı, 20–EK–362 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət etdiyi yol birtərəfli magistral yoldur və orada əks hərəkət zolağına keçid üçün hər hansı yol nişanı quraşdırılmamışdır. Buna baxmayaraq, X4 idarə etdiyi nəqliyyat vasitəsi ilə əks hərəkət zolağı istiqamətində hərəkət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4–cü maddəsinin tələblərini pozmaqla inzibati xəta törətmiş, yəni birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməklə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmişdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, Azərbaycan Respublikası DİN–nin Baş DYP İdarəsi inzibati xəta haqqında işə baxarkən, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 124.2–ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4–cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort–kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1–ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3–cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2–ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə, şikayətin dəlilərini araşdırarkən müəyyən etdi ki, vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Eləcə də, inzibati xəta haqqında qərar tərtib edilərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Odur ki, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin X1 barəsində Azərbaycan Respublikası İXM–nin 327.4–cü maddəsi əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli TP 20871831 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Bu səbəbdən X1 şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120–126 və 133–136–cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli TP 20871831 nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsinin, fiziki şəxs X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4–cü maddəsi əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli TP 20871831 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar