Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-587/2025 02.06.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Heydərova Nazlı Azər qızının sədirliyi Katib: İsmayılova Sənubər Nəcəf qızının katibliyi Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi: X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1983-cü il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, İİ qrup əlili, Şəmkir rayonu, Dəllər-Cəyir kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs qanunsuz olaraq narkotik vasitə istehlak etmişdir. Belə ki, Gəncə şəhər Narkoloji Dispanser tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 1988/2025 saylı protokola əsasən Şəxs götürülmüş sidik nümunəsinin tərkibində T. H .C ( narkotik vasitə olan marixuana ) aşkar edilmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi, X6 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Şəmkir rayonu, Dəllər- Cəyir kəndində yaşayan, Şəxs qanunsuz olaraq narkotik vasitələri istifadə etməsi barədə Şəmkir RPŞ-nin rəisinə rəsmi məlumat verilmişdir və keçirilmiş tədbirlər nəticəsində eləcə də, aparılmış yoxlama zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə sərxoşluq hallarının bütün növlərinin təyin edilməsi məqsədi ilə Gəncə şəhər narkoloji dispanserdə aparılan tibbi müayinə zamanı, onun sidik nümunəsinin tərkibində narkotik vasitə olan, THC (marixuana) aşkar olunmuşdur. Buna görə də, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, lakin, onun əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün, qəbul edilmiş qərarın surəti Şəmkir rayon polis şöbəsinin İTB-nin sahə rəisinə göndərilmişdir. Odur ki, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, hazırda heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Barəsində şikayət edən X2 tanıyır, onun həmkəndlisidir. Aralarında normal münasibətlər yoxdur. Belə ki, xx.xx.2022-ci il tarixdə Anar bacısının əri X3 ilə aralarında mübahisə zamanı həmkəndlisi X5 döyərək və bıçaqla vuraraq xəsarət yetirmişdi. Faktla bağlı Şəmkir RPŞ-nin İstintaq bölməsində araşdırma aparılmışdı və Rusif şikayətçi olmadığı üçün işə xitam verilmişdi. O vaxtdan etibarən də Anarla danışmırlar. xx.xx.2025-ci il tarixdə saat 20 radələrində yaşadığı kənddə çayxanada olarkən Anar ona məxsus telefona zəng edərək onunla işinin olduğunu və görüşmək istədiyini dedi. O da onu çayxanaya çağırdı. O da onu bir qədər aralıya çağırdı və çayxanadan çıxıb onun idarə etdiyi Toyota Corolla markalı, **-BX-*** nömrə nişanlı avtomaşının arxa oturacağına əyləşdi. X9 görüşdüyünü və iş bağlanandan sonra maddi cəhətdən atası Sənaninin köməklik göstərəcəyini söz verdiyini dediyini bildirdi. Anar da köməklik edə bilməyəcəyini və atasına bu məsələni deyə bilməyəcəyini bildirdi. Həmçinin Rahibə atasına bu barədə məsləhət edəcəyini deməyini xahiş etdi. O, da razılaşdı və sağollaşıb maşından düşdü. Bir qədər sonra isə Rahibi çayxanaya çağırdı və Rahibin Anara vaxt verməsini və atası ilə məsləhətləşdikdən sonra nə qədər pul köməkliyi edə biləcəyini deyəcəyini bildirdi. O, Anar Quliyevi öldürməklə hədələməmiş və pul tələb etməmişdir. Barəsində qərəzli olaraq şikayət etmişdir. xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda “Qızıltac” şadlıq sarayında toy mərasimində iştirak etmişdir. Həmin toy mərasimində sərxoş halda olarkən yanında əyləşən tanımadığı şəxs özü çəkdikdən sonra çəkmək üçün bir ədəd kağız bükümdə narkotik vasitə marixuananı ona vermişdi və elə orada o da onu çəkib istifadə etmişdir. Özü ikinci qrup əlildir. Hazırda əməlindən peşmandır, İİ qrup əlilidir, eləcə də bir daha bu kimi əməllərə yol verməyəcəyinə söz verir. Odur ki, məhkəmədən ona daha yüngül inzibati tənbeh təyin edilməsini xahiş edir. Məhkəmə, inzibati xəta törətmiş Şəxs və sahə rəisinin məhkəmə iclasında verdiyi izahatlarını, tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatları, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi məqsədilə aparılan xx.xx.2025-ci il tarixli, 1988/2025 saylı protokola əsasən, Şəxs götürülmüş sidik nümunəsində THC-narkotik vasitə olan marixuana aşkar edilmişdir. İş materiallarında olan Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2025-ci il tarixli, 884 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:30-da inzibati qaydada tutulmuşdur. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, lakin, onun əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün, qəbul edilmiş qərarın surəti Şəmkir rayon polis şöbəsinin İTB-yə göndərilmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edənhallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30-cu maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Göründüyü kimi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdir. Odur ki, məhkəmə inzibati tənbeh tətbiq edərkən bu halı nəzərə alır. X4 Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin, qeyd edir ki, Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2025-ci il tarixli, 884 nömrəli rəyi ilə Şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olmaması və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülsə də, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq ediləcəyindən, ona narkomaniyadan məcburi müalicə təyin edilməsi və narkoloji dispanserdə qeydiyyata alınması əsaslı və qanuni sayıla bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Göründüyü kimi qanunvericilik yalnız inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən inzibati xəta törətmiş və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məcburi müalicə təyin edilməsini nəzərdə tutmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, inzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalından dərhal azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 48-51, 114-117, 128-130, 206 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №3(076)-587/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-587/2025
02.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver