Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-588/2024 30.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir RPŞ-nin İTB-nin sahə rəisi: X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1982-ci ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 21:30 radələrində Şəmkir şəhəri, S.Vurğun küçəsində, polis əməkdaşlarına nalayiq söyüşlər söyməklə xırda xuliqanlıq etmiş, həmçinin, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrindən nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özü etiraf etməsədə, şahid ifadələri və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında qismən təqsirli bilərək məhkəmə iclası zamanı izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Şəmkir şəhəri, S.Vurğun küçəsində QAZ-3110 markalı, 57CX331 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Şəmkir RPŞ-nin DYP-nin YPBX-nin əməkdaşları ona saxla əmrini vermiş, o isə avtomobilində ailəsi və uşaqları olduğu üçün dərhal saxlamamış, gədecəyi ünvan yaxın olduğu üçün düşünmüşdür ki, ünvana çatıb ailəsini düşürüb, sonra polis əməkdaşlarının yanına qayıtsın. Lakin həmin vaxt polis əməkdaşlarının onun arxasınca gəldiyini görüb saxlamış, həmin vaxt polis əməkdaşları ona qarşı kobud rəftar etmiş və onun ailəsini təhqir etmişlər. Ona görə o əsəbləşmiş və həmin vaxtı polis əməkdaşlarına söymüşdür. Polis əməkdaşları onun dodaq nahiyyəsinə təpiklə, boynunun arxa nahiyyəsinə, eyni zamanda gözünün alt hissəsinə vurub xəsarət yetirərək döymüşlər. Daha sonra onu Şəmkir RPŞ-nə aparmışlar. Hazırda alkoqolu içki qəbul edib nəqliyyat vasitəsi idarə etdiyinə görə peşmandır. Odur ki, məhkəmədən ona daha yüngül inzibati tənbeh təyin edilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Şəmkir RPŞ-nin DYPB-nin Yol-Patrul Xidməti baş inspektoru vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Şəmkir şəhərində Şəmkir RPŞ-nin DYPB-nin YPX-nin inspektoru polis baş serjantı X2 ilə birlikdə xidmətdə olarkən Şəmkir şəhəri, S.Vurğun küçəsində gümüş rəngli QAZ- 3110 markalı, 57CX331 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin uzaq vuran işıqları düzgün istifadə etmədiyi üçün onlar tərəfindən saxla işarəsi verilmiş, lakin o saxlamamış və ara küçəyə girmişdir. Bundan 2-3 dəqiqə sonra isə digər ara küçədən çıxaraq ötmə qaydasının pozmuş və yenidən qayda pozuntusu törətdiyi üçün saxlanılmışdır. Onlar ona yaxınlaşıb özlərini təqdim edib onun qanun pozduğunu söyləmişlər. Lakin o sərxoş halında olduğu üçün nəqliyyat vasitəsindən düşüb onlara nalayiq söyüşlər söyməyə başladı. Onlar onu dəfələrlə sakitləşdirməyə çalışsalarda o davamlı olaraq onların ünvanına nalayiq söyüşlər söyməyə davam etmiş. Onlar onu Şəmkir RPŞ-nə dəvət etmiş. Lakin o gəlməkdən imtina etdi. Onlar onu məcburi qaydada Şəmkir RPŞ-nin növbətçi hissəsinə təhvil vermişlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şəmkir RPŞ-nin DYPB-nin YPXnin inspektoru polis baş serjantı X2 şahid X4 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. İşdə olan xx.xx.2024-cü il tarixli müayinə protokolundan görünür ki, Şəxs 0,516 pr. sərxoşluq vəziyyətində olmuşdur. Məhkəmə, inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatını, şahid ifadələrini, tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatları, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddələr ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs inzibati xəta hadisəsini sərxoş vəziyyətdə törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə -fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Azərbaycan Respublikası İXM-in 34.1-ci maddəsinə əsasən şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Ona görə də, məhkəmə hesab edir ki, Hüseynov X1 Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati qaydada həbs edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Şəxs xx.xx.2024-cü il tarixdə inzibati qaydada tutulduğundan, həbsə almanın əvvəli 29 may 2024-cü il tarixdən saat 21:30-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 29 may 2024-cü il tarixdən saat 21:30-dan hesablansın. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-588/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-588/2024
30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver