Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-589/2023 10.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X3 iclas katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə DİN-nin BDYP İdarəsinin Yol-Patrul Xidməti Alayının İX Tağımdan daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: DİN-nin BDYP İdarəsinin Yol-Patrul Xidməti Alayının İX Tağımı Baş YPX inspektoru, polis leytenantı X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələbini pozduğundan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* nömrəli protokol tərtib olunmuş və ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Şəmkir Rayоn Məhkəməsinə göndərilmişdir. Həmin protokolun tərtib edilməsinə əsas kimi, 15 mart 2023-cü il tarixdə saat 00:05 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir rayonu Könüllü kəndi ərazisindən keçən 385,6-cı km-də X2 idarə etdiyi Mercedes-Benz 1840LS/36 markalı 31- AVH-37 türk qeydiyyat nişanlı avtomobil ilə Şəxs idarə etdiyi CHEVROLET CRUZE markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə CHEVROLET CRUZE markalı avtomobildə sərnişin olan X4 yüngül bədən xəsarəti almışdır. Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələbini pozmaqla İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli olaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Barəsində inzibari icraat başlanılmış Şəxs məhkəməyə ərizə göndərərək, səhəti ilə bağlı məhkəmə iclasında iştirak edəbilməyəcəyini, onun iştirakı olmadan məhkəmə iclasınının keçirilməsini, heç bir etirazının olmadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə inzibati xəta törətmiş şəxsin, zərərçəkmiş şəxsin və protokol tərtib etmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş, məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 299 nömrəli rəyindən görünür ki, Şəxs bədən səthində aşkar edilmiş xəsarət – sağ gicgah nahiyəsinin əzilmiş yarası küt əşyanın təsirindən törəmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarına əlavə olunmuş, məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 300 nömrəli rəyindən görünür ki, X1 bədən səthində aşkar edilmiş xəsarət – sol gicgah nahiyəsinin və sol gözətrafı yumşaq toxumaların hematoması küt əşyanın təsirindən törəmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İşdə olan xx.xx.2023-cü il tarixli ekspertiza rəyindən görünür ki, 3a.təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Chevrolet Cruze markalı 20CZ073 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində tədqiq olunan şəraitdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 «Yol verin» yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin madaonin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 2,3b.təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes-Benz 1840LS/36 markalı 31AVH37 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində tədbir görülməsi üçün qərarın surəti DİN-nin BDYP İdarəsinin Yol- Patrul Xidmətinin İX Tağımına göndərilmişdir. İşdə olan BD107999 saylı sürücülük vəsiqəsindən görünür ki, həmin vəsiqə Şəxs məxsusdur və B kateqoriyalı nəqliyyat vasitələrinin idarə edilməsi üçün verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 76 nömrəli aktın surətindən görünür ki, sürücü Şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs İXM-nin 327.1-ci maddəsinin tələbini pozmaqla İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə görə bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-in 327.8.-ci maddəsinə görə İnzibati Xətalar Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınır. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini, zərərçəkmiş şəxslə barışmasını və ona qarşı şikayət və tələbinin olmamasına dair heç bir sübutun məhkəməyə təqdim edilməməsini nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, оnа istinad edilən mаddənin sаnksiyаsı həddində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibаti tənbehin təyin edilməsini məqsədə müvаfiq hesаb edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40,43, 115, 128-130 və 327.8-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs оğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ 09 (doqquz) ay müddətinə məhdudlaşdırılsın. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 gün müddətinə Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə şikаyət verilə bilər. Sədrlik edən. Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(076)-589/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-589/2023
10.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver