Məhkəmə qərarları › İş №3(076)-592/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-592/2023

16.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-592/2023 16.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Şərifova Səbinə Səvayuş qızının katibliyi, X3 barəsində Şamaxı Rayon YPX-nin TP ******* saylı 20 mart 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şamaxı rayon DYPİ-nin TP ******* saylı 20 mart 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 (altmış) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X1 rayon DYPİ-nin TP ******* saylı 20 mart 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X10 İdarəsinin TP ******* saylı, 20 mart 2023-cü il tarixli qərarına əsasən o, 60 (altmış) manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazıdır. Belə ki, qərar ona qarşı düzgün çıxarılmamışdır. Qərarı 18 aprel 2023cü il tarixdə əldə etmişdir. 2023-cü ilin iyun ayında onun avtomaşının saxta və ya mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə qaydaların pozulmasına görə Şamaxı rayon Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılan vaxt polis əməkdaşları ona dövlət qeydiyyat nişanları ilə qaydaları pozduğunu bildirmişdir. Lakin, o bu barədə polis əməkdaşlarına həmin qaydaların qanun çərçivəsində pozuntu kimi qəbul edilə bilmədiyini bildirmişdir. Polis əməkdaşları onun etirazlarına məhəl qoymamışlar və ona bununla bağlı protokol tərtib edib 60 manat məbləğində cərimə tətbiq etmişlər. Həmçinin, 4 bal sürücülük vəsiqəsinə cəza olaraq əlavə etmişlər. Həmin vaxt o yazılan protokolla razılaşmamış və bu barədə polis əməkdaşlarına da şifahi olaraq etirazını bildirmişdir. Lakin, Şamaxı rayonu Yol Patrul əməkdaşları onun etirazına məhəl qoymamışlar. Halbuki, tərtib edilmiş protokol tam əsassız və qanunsuz tərtib edilmişdir. Ona görə də, barəsində olan qərardan narazıdır. Odur ki, Şamaxı rayonu Yol Patrul Xidmətinin TP ******* saylı, 20 mart 2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Barəsində qərar çıxarılmış X4 və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Samir Sadıqov və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə barəsində qərar çıxarılmış X3 və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, TP ******* saylı 20 mart 2023-cü il tarixli qərar ləğv edilərək yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, iş materiallarında olan TP ******* saylı 20 mart 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan X6 xx.xx.2023-cü il tarixli İXP ******* saylı protokol əsasında Azərbaycan Respublikası İXMnin 342.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 60 (altmış) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Şamaxı RPŞ-nin xx.xx.2023cü il tarixli cavab məktubundan görünür ki, X6 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə müraciət etmiş və X4 müraciətində göstərdiyi xüsusatlar təsdiqlənmədiyindən və idarə etdiyi **-RN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dövlət nömrə nişanı mövcud standartlara uyğun olmadığından YPX-nin inspektoru həmin nömrədə olan uyğunsuzluqları müvəqqəti aradan qaldırılaraq barəsində AR İXM-nin 342.7-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edildiyi bildirilmişdir. Azərbaycan Respublikası İXM-nin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə yuxarıda qeyd edilənlər baxımından hesab edir ki, inzibati xəta haqqında qərardan şikayət vermiş Samir Sadıqovun şikayətində göstərdiyi dəlillərinin ətraflı araşdırılması zəruridir. Belə ki, şikayət vermiş şəxs X3 şikayətindən və şikayətə əlavə edilmiş onun xx.xx.2023-cü il tarixdə müraciəti əsasında Şamaxı rayon Polis Şöbəsi tərəfindən ona ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X6 onun barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolla razılaşmamışdır. Azərbaycan Respublikasının İXM-nin 124.4-cü maddəsinin tələbinə zidd olaraq Şamaxı rayonu Yol Patrul Xidmətinin inspektoru, polis serjantı X5 tərəfindən X3 Azərbaycan Respublikasının İXM-nin 342.7-ci maddəsi ilə 60 (altmış) manat məbləğində cərimə edilməsi barədə xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Halbuki, Azərbaycan Respublikasının İXM-nin 124.4-cü maddəsinin tələbinə uyğun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığından səlahiyyətli vəzifəli şəxs tərəfindən onun barəsində olan inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməli olduğu halda həmin maddənin tələbləri pozulmaqla barəsində Şamaxı rayonu Yol Patrul Xidmətinin inspektoru, polis serjantı X5 tərəfindən inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi vəya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şamaxı rayonu Yol Patrul Xidmətinin inspektoru, polis serjantı X2 xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Şamaxı rayonu Yol Patrul Xidmətinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilsin. Şamaxı rayonu Yol Patrul Xidmətinin inspektoru, polis serjantı X2 xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Şamaxı rayonu Yol Patrul Xidmətinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar