Məhkəmə qərarları › İş №3(076)-594/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-594/2023

23.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-594/2023 23.06.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi Barəsində qərar çıxarılmış şəxs: X2 iştirakı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin, fiziki şəxs X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541–ci maddəsi əsasında qəbul edilmiş xx.xx.2023–cü il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət vermə müddətinin bərpa edilməsi haqqında X4 tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin xx.xx.2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolundan əsasında tərtib edilmiş xx.xx.2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə fiziki şəxs X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 manat inzibati cərimə edilmişdir. X1 inzibati xəta haqqında iş üzrə qərardan apellyasiya şikayət vermə müddətinin bərpa edilməsi barədə məhkəməyə vəsatət təqdim edərək, apellyasiya şikayəti vermə müddətinin üzürlü buraxıldığını və bu səbəbdən müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində qərar çıxarılmış X4 məhkəmə iclası zamanı izahatında göstərdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin xx.xx.2023–cü il tarixli MN 1495743nömrəli inzibati xəta haqqında protokolundan əsasında tərtib edilmiş xx.xx.2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 manat inzibati cərimə edilmişdir. Həmin qərar ona təqdim edilmiş, lakin xəstə olması səbəbindən vaxtında şikayət verə bilməmişdir. Hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərarından şikayət vermə müddətini üzürlü buraxmışdır. Odur ki, həmin qərardan şikayət vermə müddətinin bərpa edilməsini məhkəmədən xahiş edir. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını və işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023–cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarından şikayət vermə müddəti X3 münasibətdə bərpa edilməlidir. Belə ki, işdə olan Şəmkir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cüil tarixli arayışından görünür ki, X4 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək “Kəskin respirator xəstəlik” diaqnozu ilə ambulator müalicədə olmuşdur. Göründüyü kimi xx.xx.2023–cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərar X3 təqdim edilsə də, sonuncu xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək xəstəxanada ambulator müalicədə olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, X2 ərizəsində göstərilən dəlillər əsaslıdır və həmin şəxsə münasibətdə şikayət vermə müddəti bərpa edilməlidir. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023–cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarından şikayət vermə müddəti X3 münasibətdə bərpa edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 432-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023–cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarından şikayət vermə müddəti X3 münasibətdə bərpa edilsin. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar