Məhkəmə qərarları › İş №3(076)-604/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-604/2024

03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-604/2024 03.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Mən, Şəmkir Rayon Məhkəməsinin hakimi Musayev Taleh Valeh oğlu Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib MÜƏYYƏN ETDİM: Şəmkir Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə, Şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2909/2023 saylı icra sənədi üzrə yaranmış 7.734 manat borcunu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu məhkəməyə göndərmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsində inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə dair zəruri tələblər göstərilmiş, həmin Məcəllənin 109.1.6-cı maddəsində yuxarıda göstərilən tələblərə əməl olunmamasına görə inzibati xəta haqqında protokolun baxılmadan onu vermiş orqana qaytarılması nəzərdə tutulmuşdur. İnzibati xəta haqqında material öyrənilərkən müəyyən olunmuşdur ki, inzibati xəta haqqında protokol İXM-nin 100.1.6-cı maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 100.1.6-cı maddəsinə əsasən şahidlərin və zərərçəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı haqqında məlumatların inzibati xəta haqqında protokolda göstərilməsi zəruri hesab edilmişdir. Buna baxmayaraq, hazırki inzibati xəta haqqında protokolda həmin məlumatlar qeyd edilmişdir. Zərərçəkmiş şəxs haqqında məlumatların inzibati xəta haqqında protokolda göstərilməməsi həmin protokolun natamamlığına dəlalət edir. Eləcə də, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin fərdi identifikasiya nömrəsi (FİN kodu) qeyd edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 100.1.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi inzibati xəta haqqında protokolda göstərilməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, borclu Şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2909/2023 saylı qətnaməsindən apelyasiya şikayəti, habelə həmin qətnamədən apelyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, onun ərizəsinə baxılması xx.xx.2024-cü il tarixə saat 10:30-a təyin edilmişdir. Belə ki, işdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, Şəxs tərəfindən verilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2909/2023 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə ərizəyə baxılması xx.xx.2024-cü il tarixə saat 10:30-a təyin edilmişdir. Buna baxmayaraq, icra məmuru həmin halı araşdırmamış, birbaşa borclunun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Bu hal isə hazırki vəziyyətdə cavabdeh Şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borcunu ödəməkdən yayınaraq Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi halını istisna edir. Hesab edirəm ki, qeyd olunan nöqsanların mövcudluğu şəraitində işə baxılması mümkün deyildir. Bu səbəbdən natamam tərtib olunduğuna görə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu məhkəməyə göndərmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsində qeyd edilmişdir ki, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, hakim inzibati xəta haqqında protokolu və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48–51, 114, 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar