Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-607/2023 10.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Şərifova Səbinə Səvayuş qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs (tələbkar) "xxxx" MMC-nin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1989-cu ildə Şəmkir rayonunun Təzəkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutuluş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Şəmkir rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Zaur Aslanov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2023-cü il tarixli protokol tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola görə, Əminov X4 Rayon Мəhkəməsinin 2(076)- 7733/2016 saylı, xx.xx.2016-ci il tarixli, Şəmkir Rayon Məhkəməsinin 2(076)-5076/2018 saylı, xx.xx.2018-ci il tarixli, Şəmkir Rayon Мəhkəməsinin 2(076)-1713/2021 saylı, xx.xx.2021-ci il tarixli, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1720/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədləri üzrə cəmi 2380 manat borcu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəmkir Rayon Мəhkəməsinin 2(076)-7733/2016 saylı, xx.xx.2016-ci il tarixli, Şəmkir Rayon Məhkəməsinin 2(076)-5076/2018 saylı, xx.xx.2018-ci il tarixli, Şəmkir Rayon Мəhkəməsinin 2(076)-1713/2021 saylı, xx.xx.2021-ci il tarixli, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1720/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar borclu Şəxs bildirişlər göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq sonuncu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək ümumilikdə 2380 manat borcunu ödəməkdən boyun qaçırmışdır. Ona görə də, Şəxs barəsində xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edərək, məhkəməyə təqdimat vermişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tələbkar "xxxx" MMC-yə olan 531 manat borcundan 40 manat ödəniş etmiş, qalan borcunu isə hər ay 50 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, məhkəmədən borclu Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o, borclarını ödəməkdən imtina etməmiş, lakin maddi imkanı ilə əlaqədar ödəyə bilməmişdir. O, hazırda tələbkar "xxxx" MMC-yə olan borcundan 40 manat ödəniş etmiş, qalıq borcunu isə hər ay 50 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, məhkəmədən barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs (tələbkar) "xxxx" MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi olduğu MMC-yə olan 531 manat borcundan hazırda 40 manat ödəniş etmiş, qalan 491 manat qalıq borcunu isə hər ay 50 manat ödəməyi öhdəsinə götürmüş, o, isə bununla razılaşmışdır. Odur ki, məhkəmədən hazırki vəziyyətdə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə izahatlarla və iş materialları ilə müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tələbkar "xxxx" MMC-nə olan 531 manat borcundan 40 manat ödəniş etmiş, qalan 491 manat borcunu isə hər ay 50 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüş, tələbkarın nümayəndəsi X3 bununla razılaşaraq etirazı olmadığını bildirmişdir. Belə olan halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi müəyyən edilmədiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də, məhkəmə hesab edir ki, borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikasынын İXM-in 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №3(076)-607/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-607/2023
10.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver