Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-61/2024 22.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Hüseynli Xəyal Azər oğlunun katibliyi, şikayət vermiş şəxsin nümayəndəsi (vəkili) Nümayəndə Hüseyn oğlunun, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan-X6 Xidmətinin Qazax-Tovuz regional şöbəsinin nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsi ilə inzibati tənbeh vermə haqda qərarından, barəsində qərar qəbul edilmiş şəxs Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri X7 tərəfindən verilmiş şikayət üzrə inzibati matariala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında iş üzrə qərarı ilə Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında iş üzrə qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini və iş icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qazax-Tovuz Regional Təhsil İdarəsi (bundan sonra - İdarə) Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli, 664 nömrəli Sərəncamına əsasən yaradılmışdır və Elm və Təhsil Nazirliyinin strukturuna daxil olan qurumdur. İdarə təhsil sahəsi üzrə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak edir və region üzrə tabeliyində olan məktəbəqədər, ümumi, məktəbdənkənar təhsil müəssisələrində təhsilin dövlət standartlarına uyğun təşkilinə, icbari ümumi orta təhsilin həyata keçirilməsinə nəzarət edir. X6 Xidmətinin Qazax-Tovuz regional şöbəsinin araşdırması nəticəsində guya Şahid əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verildiyi müəyyən edilmiş və bu barədə inzibati protokol tərtib edilmişdir (xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli). Daha sonra 26 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə qərarı ilə (qərar xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə idarəyə daxil olmuşdur) Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. Qeyd olunanlara əsasən X6 Xidmətinin Qazax-Tovuz Regional şöbəsinin 26 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli qərarının qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir və bu səbəbdən qərar ləğv edilməlidir. İlk öncə onu qeyd edirlər ki, Qazax-Tovuz Regional Təhsil İdarəsinin metodiki kabinetinin katibəmakinaçısı vəzifəsində çalışmış və Qazax-Tovuz Regional Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-29-39/3-1-481K/2023 nömrəli əmri ilə əmək müqaviləsinə xitam verilmiş Şahid 20 may 2022-ci il tarixdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli, K- 38 nömrəli əmri ilə metodiki kabinetin katibə-makinaçısı vəzifəsinə təyin edilmiş və onunla 7 ay 11 gün müddətinə əmək müqaviləsi bağlanılmışdır (Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən). Daha sonra onunla bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2022-ci il tarixdə bitməsinə baxmayaraq əmək müqaviləsinə xitam verilməmişdir. Əmək qanunvericiliyinin tələbinə uyğun olaraq işçi ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinin müddəti bitdiyi təqdirdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə və ya 73-cü Maddəsinə əsasən xitam verilə bilər. Əlavə olaraq 73-cü maddənin tələbinə uyğun olaraq müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Şahid ilə bağlanmış əmək müqaviləsinin müddəti bitməsinə baxmayaraq onunla əmək münasibətlərinə davam etmək istədikləri üçün əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilməmiş və Əmək Məcəlləsinin 73-cü maddəsinin tələbinə uyğun olaraq əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmışdır. Yuxarıda qeyd edilənləri Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X2 Qazax-Tovuz regional şöbəsində bildirməklərinə baxmayaraq Qazax- Tovuz Regional Təhsil İdarəsinin müdiri X7 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə 2000 (iki min) manat miqdarında cərimə tətbiq edilmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Lakin bu halda Regional Təhsil İdarəsinin müdiri X3 hansı əməli törətməsində təqsirli olması məlum deyil. Odur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Qazax–Tovuz regional şöbəsinin xx.xx.2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(076)-1307/2023 saylı qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6–cı maddəsi ilə təqsirli bilinib 2000 manat məbləğində inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Qazax– Tovuz regional şöbəsinin vəzifəli şəxsinin xx.xx.2023–cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6–cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(076)-1307/2023 saylı qərarından xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Qazax-Tovuz Regional şöbəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(104)-705/2023 saylı qərarı ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(076)-1307/2023 saylı qərarından verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(076)-1307/2023 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Şəmkir Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. İş Şəmkir Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixdə daxil olmuş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclası zamanı şikayət vermiş şəxsin nümayəndəsi (vəkili) Nümayəndə Hüseyn oğlu şikayətin dəlillərini müdafiə edərək göstərdi ki, Şahid xx.xx.2022–ci il tarixli əmrlə Qazax–Tovuz Regional Təhsil İdarəsinə metodiki kabinetin katibə–makinaçı vəzifəsinə təyin edilmiş və onunla 7 ay 11 gün müddətinə əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinin müddətinin xx.xx.2022–ci il tarixdə bitməsinə baxmayaraq, onunla əmək münasibətlərinin davam etdirilməsi məqsədilə əmək müqaviləsinə xitam verilməmiş və Əmək Məcəlləsinin 73–cü maddəsinə əsasən əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmışdır. Lakin müqavilənin müddətinin bitdiyi tarix texniki səhv olaraq sistemdə xx.xx.2023–cü il tarix kimi qeyd edilmiş, bundan sonra həmin hal aşkar edilmiş və texniki səhv dərhal aradan qaldırılmışdır. Belə ki, xx.xx.2023–cü il tarixdə Şahid ilə bağlanmış əmək müqaviləsinin bitdiyi tarix xx.xx.2023–cü il tarix olaraq sistemdə düzəliş edilmişdir. Həmin düzəliş barədə Şahid məlumat verilmiş və o, xx.xx.2023–cü il tarixədək öz vəzifəsini icra etmişdir. Belə olan halda işçinin hər hansı hüququ pozulmamış, işçi müqavilənin son müddətinədək işləmiş və müddət bitdikdə son gün haqq–hesabını almışdır. Buna baxmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsi heç bir araşdırma aparmadan, texniki səhvin aradan qaldırılmasını müəyyən etmədən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X3 barəsində xx.xx.2023–cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmiş, daha sonra həmin protokol əsasında tərtib edilmiş xx.xx.2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6–cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2.000 manat inzibati cərimə edilmişdir. Lakin qəbul edilmiş xx.xx.2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar əsaslandırılmamış, konkret olaraq hansı əməlin törədilməsi və ya hansı qanun pozuntusunun baş verməsi müəyyən edilməmişdir. xx.xx.2023-cü il tarixdə Şahid müqavilədə olan dəyişiklikdən məlumatlı olub ki, onun əmək müqaviləsi azaldılıb. Bu səbəbdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Qazax–Tovuz regional şöbəsinin vəzifəli şəxsinin xx.xx.2023–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan-X6 Xidmətinin Qazax-Tovuz regional şöbəsinin nümayəndəsi X4 protokolu və inzibati tənbeh vermə haqda qərarı müdafiə edərək göstərdi ki, vətəndaş Şahid öz işində 15 il işləyib, onun xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi imzalamasından məlumatı olub. Lakin onun müqaviləsinin uzadılmasından və dəyişiklik edilməsindən məlumatı olmayıb. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq” alt sisteminə baxış zamanı məlum olmuşdur ki, vətəndaşla bağlanılmış əmək müqaviləsinə birtərəfli qaydada dəyişiklik edilərək xx.xx.2023-cü il tarixdə xxxxxxx000202 saylı bildiriş nömrəsi ilə müqavilənin müddəti xx.xx.2023-cü il tarixədək uzadılmış, daha sonra isə həmin müqaviləyə xx.xx.2023-cü il tarixdə yenidən xxxxxxx000203 saylı bildiriş nömrəsi ilə dəyişiklik edilmiş və müqavilənin bitmə tarixi xx.xx.2023-cü il tarixə dəyişdirilmişdir. Şahid xəbəri olmadan əmək müqaviləsi bir tərəfli olaraq uzadılıb və daha sonra xitam verilib. Onlar tərəfindən Şahid işə bərpa edilməsi ilə bağlı göstəriş göndərilmişdir. Lakin buna əməl edilməmişdir. Qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o 16 ildir ki Qazax Regional Təhsil İdarəsində 2007-2008-ci illərdə kompyuter mühəndisi kimi işə başlamış və orada daimi işçi olmuşdur. 2022-ci ilin aprel ayında onlara kağız imzalatmışlar həmin kağızda daimi və ya müddətli müqavilə sözləri olmamışdır. O, xx.xx.2022–ci il tarixli əmrlə Qazax–Tovuz Regional Təhsil İdarəsinə metodiki kabinetin katibə–makinaçı vəzifəsinə təyin edilmiş və onunla 7 ay 11 gün müddətinə əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinin müddətinin xx.xx.2022–ci il tarixdə bitməsinə baxmayaraq, onunla əmək münasibətlərinin davam etdirilməsi məqsədilə əmək müqaviləsinə xitam verilməmiş və əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmışdır. Lakin müqavilənin müddətinin bitdiyi tarix sistemdə xx.xx.2023–cü il tarix kimi qeyd edilmiş və müqavilənin bitmə tarixini xx.xx.2023-cü il bilmişdir, daha sonra xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə dəyişiklik edilmiş, ona məlumat verilməmişdir. O ASAN loginə daxil olduqda görmüşdür ki, onun müqaviləsi xx.xx.2023-cü il tarixədək ondan xəbərsiz uzadılmışdır. Onun həmin müqavilədən də məlumatı olmamış, işlədiyi qrumun rəhbərliyi tərəfindən ona heç bir məlumat verilməmş, onun razılığını almamış və onun tərəfindən müqavilələr imzalanmamışdır. O əmək müfəttişliyinə müraciət etmiş, sonra onu dəvət etmişlər və izahatı alınmışdır. O xx.xx.2023-cü il tarixədək işə getmişdir. O, hesab edir ki, onun barəsində qanunvericiliyin tələbi pozulmuş və qanunsuz işdən çıxarılmışdır. İşdə olan xx.xx.2023–cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsində katibə–makinaçı işləyən Şahid əmək müqaviləsinə əmək qanunvericiliyin tələbləri pozularaq xitam verilmişdir. İşdə olan xx.xx.2023–cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, həmin qərar xx.xx.2023–cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6–cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 manat inzibati cərimə edilmişdir. İşdə olan xx.xx.2022–ci il tarixli K–38 saylı əmrdən görünür ki, Şahid xx.xx.2022–ci il tarixədək (7 ay 11 gün müddətinə) Qazax rayonu üzrə makinaçı vəzifəsinə təyin edilmişdir. İşdə olan xx.xx.2022–ci il tarixli əmək müqaviləsindən görünür ki, Şahid ilə Qazax- Tovuz Regional Təhsil İdarəsinin müdiri X7 arasında bağlanmış müqaviləyə əsasən Şahid Qazax rayonu üzrə makinaçı vəzifəsinə təyin edilmişdir. İşdə olan əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2022–ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Şahid Qazax rayonu üzrə makinaçı vəzifəsinə təyin edilmiş, onunla bağlanmış əmək müqaviləsinin qurtardığı tarix xx.xx.2022–ci il müəyyən edilmişdir. İşdə olan əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2023–cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Şahid ilə bağlanmış əmək müqaviləsinin qurtardığı tarix xx.xx.2023–cü il müəyyən edilmişdir. İşdə olan əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2023–cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Şahid ilə bağlanmış əmək müqaviləsinin qurtardığı tarix xx.xx.2023–cü il müəyyən edilmişdir. İşdə olan Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri X3 əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2023–cü il tarixli, 3-29-39/3-1-481K/2023 saylı əmrindən görünür ki, Şahid ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti bitdiyinə görə xx.xx.2023–cü il tarixdən xitam verilməsi əmr edilmişdir. İşdə olan 2023-cü ilin avqust ayı üçün əmək haqqı və son haqq hesab cədvəlinin surətindən görünür ki, Şahid 353.22 manat veriləsi məbləğ hesablanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2.-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3.-cü maddəsinə əsasən Bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İV hissəsində göstərilmişdir ki, əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsində əmək müqaviləsinin müddətindən bəhs edən 45-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Azərbaycan Respublikası Əmək Məcəlləsində əmək müqaviləsinin bağlanması və ona dəyişikliklərin edilməsi qaydasından bəhs edən 46-ci maddəsinin 6-cı bəndinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsində müddətli əmək müqaviləsinə xitam verilməsi qaydasından bəhs edən 73-cü maddəsinin 1-ci bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Məhkəmə iclasında tərəflərin izahatı və iş materialları ilə müəyyən edilir ki, işəgötürənlə işçi arasında xx.xx.2022-ci il tarixdə bağlanmış müqavilənin müddəti xx.xx.2023-cü il tarixdə bitdiyi üçün, tərəflər arasında xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək yeni müqavilə bağlanmışdır. Əmək qanunvericiliyinin tələbindən də göründüyü kimi tərəflər arasında xx.xx.2022-ci il tarixli müqavilənin müddətinin uzadılması üçün hər hansı əlavə müqavilənin yaranmasına ehtiyac yaranmamış, lakin tərəflər iradə sərbəstliyi əsasında müddəti xx.xx.2023-ci il tarixədək müəyyən etməklə xx.xx.2023-cü il tarixli müqaviləni bağlamış və işçinin bundan sonra xəbəri olsada həmin müqavilə ilə razılaşmış, daha sonra işçinin xəbəri olmadan işəgötürən tərəfindən xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə dəyişiklik edilmişdir. Belə ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri X7 tərəfindən xx.xx.2023-cü il tarixli əmək müaviləsinə edilmiş xx.xx.2023-cü il tarixli dəyişiklik Şahid tərəfindən imzalanmamış, məlumat verilməmiş və qanunvericiliyin tələblərinə müvafiq olaraq həmin dəyişikliyin edilməsinə dair razılığı alınmamış, Şahid özü bu halı müəyyən etmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər hallar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilmiş və məhkəmə iclasında öz təsdiqini tapmışdır. Məhkəmə şikayətin dəlillərini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti xx.xx.2023cü il tarixli, MN ******* saylı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında iş üzrə qərarı ilə haqlı olaraq Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilib 2000 (iki min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq etmişdir. Beləliklə iş üzrə araşdırılmış sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 İXM-in 192.6-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri tam sübuta yetdiyindən məhkəmə hesab edir ki, X3 şikayəti əsassız olduğundan təmin edilməməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: X7 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsi ilə inzibati tənbeh vermə haqda qərarı qüvvədə saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(076)-61/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-61/2024
22.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver