Məhkəmə qərarları › İş №3(076)-616/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-616/2023

12.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-616/2023 12.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X5, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx xxx 1978-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Şəmkir rayonu, Dəllər qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəmkir Rayon Polis Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqında protokol tərtib etmiş şəxs Şəmkir Rayon Polis Şöbəsinin sahə rəisi polis kapitanı X8 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Şəmkir rayonu Dəllər qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs, Şəxs vuraraq dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğuna və onun barəsində inzibati tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, onun barəsində şikayət edən Zərərçəkmiş şəxs onun qardaşı arvadıdır. Aralarında normal münasibətlər olmamışdır. xx.xx.2022-ci il tarixdə Əfsanə ilə aralarında mübahisə olmuş və barəsində Şəmkir Rayon Polis Şöbəsinə müraciət etmişdir. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə inzibati qaydada tədbir görülməsi üçün qərar qəbul edilmişdir. Bununla əlaqədar xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Şəmkir Rayon Məhkəməsinin qarşısına qızları Pərvanə və Rəqsanə ilə birlikdə gəlmişdir. Əfsanə də məhkəmənin qarşısında dayanmışdır. Onu görən kimi qızı Pərvanənin barəsində nalayiq ifadələr işlətmişdir. O bu təhqirlərə dözə bilməyib Əfsanəyə yaxınlaşıb onun saçından tutmuşdur. Həmin vaxt orada olan polis əməkdaşı və tanımadığı şəxslər onları aralayıb Əfsanədən uzaqlaşdırmışlar. Əmlindən peşmandır. Odur ki, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, barəsində şikayət etdiyi Şəxs onun baldızıdır. Pərvanə və Rəqsanə isə onun qızlarıdır. Aralarında normal münasibətlər olmayıb. Sosial şəbəkədə onun şəkillərini paylaşdığına görə aralarında narazılıqlar olmuşdur. xx.xx.2022-ci il tarixdə azyaşlı qızını X6 Bayramova döymüş və buna görə Şəmkir rayon Polis Şöbəsinə müraciət etmişdir. Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə inzibati qaydada tədbir görülməsi üçün qərar qəbul edilmişdir. Bununla əlaqədar xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Şəmkir Rayon Məhkəməsinin qarşısına gəlmişdir. Nahidə də qızları ilə birlikdə orada dayanmışdır. Bu vaxt qəfildən Nahidə onun saçından tutaraq dartmağa başlamışdır. Qızı Rəqsanə sağ qolundan tutub saxlayıb və digər qızı Pərvanə də həm saçından dartıb, həm də əli ilə kürək nahiyəsinə vurub onu döymüşlər. Həmin vaxt orada olan polis əməkdaşı və tanımadığı şəxslər onları aralamış və o da onlardan uzaqlaşmışdır. Odur ki, Şəxs barəsində inzibati qaydada cəza verilməsini xahiş edir. İş materiallarında olan MN ******* nömrəli 28 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Şəmkir Rayon Məhkəməsinin qarşısında Zərərçəkmiş şəxs döymüşdür. aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs döymüşdür. Araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 67 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində, eləcə də, baş və boyun nahiyəsində xəsarətin görünən hər hansı bir obyektiv əlaməti müəyyən edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Zərərçəkmiş şəxs, X2, X1 və Şəxs əməllərində cinayət tərkbi olmadığından barələrində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materialları ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi üzrə aparılmış araşdırma nəticəsində Şəxs əməlində cinayət tərkibinin olmaması və buna görə də cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir və həmin qərarın qəbul edilməsindən üç aydan artıq müddət keçmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 114.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar