Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-617/2023 17.06.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Məmmədova Ülviyyə Aydın qızının katibliyi, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Şəmkir rayonunun Muxtariyyat kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Şəmkir rayonu, Qədimqala kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutuluş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Şəmkir rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şamil Hacıyev tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 01 may 2023-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola görə, Şəxs Şəmkir Rayon Мəhkəməsinin 2(076)- 768/2020 saylı, xx.xx.2020-ci il tarixli və Şəmkir Rayon Мəhkəməsinin 2(076)-1015/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədləri üzrə borcu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 verdiyi izahatında göstərmişdir ki, Şəmkir Rayon Мəhkəməsinin 2(076)-768/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədində cavabdeh Şəxs 26000 (iyirmi altı min) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçı X1 verilməsi, Şəmkir rayon Мəhkəməsinin 2(076)-1015/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədində isə cavabdeh Şəxs 3200 (üç min iki yüz) manat və 53 (əlli üç) manat məbləğində pulun alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi göstərilmişdir. Borclu Şəxs dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq sonuncu Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədlərini icra etməkdən imtina edərək borcunu tələbkarlara tam ödəməmişdir. Оna görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək, məhkəməyə təqdimat vermişdir. Şəxs hətta məhkəmə prosesində də ödəniş edəcəyini qeyd etsə də, yayınaraq heç bir ödəniş etməmiş, bununla belə məhkəmə iclasına gəlmədiyi üçün barəsində məcburi gətirmə barədə qərar qəbul edilmişdir. Bu müddət ərzində də Şəxs tələbkarlara olan borcundan heç bir ödəniş etməmiş və borcunu ödəməkdən boyun qaçırmışdır. Odur ki, məhkəmədən borclu haqqında qanuni tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o, borcunun olduğundan məlumatlıdır. Borcunu ödəməkdən imtina etmir, lakin işləmədiyi və maddi imkanı olmadığı üçün borcunu ödəyə bilməmişdir. Ona üç gün vaxt verilərsə tələbkarlara olan borcundan ödəniş edəcəkdir. Odur ki, məhkəmədən göstərdiklərinin nəzərə alınaraq qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, onun özünün və icra məmurunun izahatı ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Şəmkir Rayon Мəhkəməsinin 2(076)- 768/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 26000 (iyirmi altı min) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı X1 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Мəhkəməsinin 2(076)-1015/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 3200 (üç min iki yüz) manat pulun və 53 (əlli üç) manat məbləğində pulun alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş icraata başlamaq haqqında qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-768/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi xx.xx.2020-ci il tarixdə icraata qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş icraata başlamaq haqqında qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1015/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi xx.xx.2022-ci il tarixdə icraata qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-768/2020 saylı, xx.xx.2020-ci il tarixli və 2(076)- 1015/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədlərini könüllü icra etməsi üçün borclu Şəxs tələbi könüllü icra etməsi üçün 10 gün müddətində vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş icra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-768/2020 saylı, xx.xx.2020-ci il tarixli və 2(076)-1015/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədləri xx.xx.2022-ci il tarixdə ümumi icraatda birləşdirilmişdir. İş materiallarından görünür ki, borclunun adına tələbin yönəldilə biləcəyi əmlakı, bankda pul vəsaiti aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 615.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qətnamələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş, icra sənədlərinin icrasına səhlənkar yanaşılmış və icra sənədləri üzrə borc ödənilməmişdir. Məhkəmə Şəxs borcunu maddi imkanı olmadığı üçün ödəməməsi kimi ifadələrini borcu ödəməkdən qəsdən yayınmaqla icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kimi qiymətləndirir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eyni zamanda qanuni qüvvəsini almış məhkəmə qətnaməsini qəsdən icra etməkdən boyun qaçırmasını nəzərə alır və onun barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 1615-1615, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara alır: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs həbsə alınmasının əvvəli 17 iyun 2023-cü il tarixdən, saat 12:30-dan hesablansın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №3(076)-617/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-617/2023
17.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver