Məhkəmə qərarları › İş №3(076)-618/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-618/2024

04.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-618/2024 04.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X4 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs Tələbkar: X2 və tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi X1 iştirakları ilə xx.xx.1985-ci ildə Şəmkir rayonu, Çinarlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Şəmkir rayonu, Yeni-Həyat kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1843/2022 saylı icra sənədi üzrə yaranmış cəmi 1700 manat borcunu, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-2208/2022 saylı icra sənədi üzrə yaranmış cəmi 2441 manat borcunu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1843/2022 saylı icra sənədinə əsasən, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, Şəxs, Zərərçəkmiş şəxs xeyrinə hər ay, hər uşağa görə 170 manat sabit pul məbləğində alimentin, mediasiya üçün ödənilmiş 50 manat məbləğində vəsaitinin ödənilməsi və 30 manat dövlət rüsumunun Şəmkir Rayon Məhkəməsinin hesabına ödənilməsi qət edilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)- 2208/2022 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs 2711 (iki min yeddi yüz on bir) manat pul və 30 (otuz) manat dövlət rüsumunun alınıb iddiaçı X3 verilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli qərar ilə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1843/2022 saylı və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-2208/2022 saylı icra sənədləri ümumi icraatda birləşdirilərək Şəxs bildiriş göndərilməsinə baxmayaraq, o borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək borclu borcunu ödəməmişdir. Hazırda Şəxs aliment tələbi üzrə 1700 manat, borc tələbi üzrə isə 2441 manat borcu vardır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Hazırda borclu aliment tələbi üzrə tələbkara 800 manat, borc tələbi üzrə isə tələbkara 400 manat ödəmişdir. İcra məmuru məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi, X5 ifadəsində və məhkəməyə təqdim etdiyi ərizəsində borclunun 800 manat ödəniş etdiyini, qalan borcundan isə hər ay 200 manat ödəyəcəyini və borclu barəsində şikayət və tələbinin olmamasını göstərərək yekun qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclası zamanı tələbkar X6 ifadəsində və məhkəməyə təqdim etdiyi ərizəsində borclunun ona 400 manat ödəniş etdiyini, qalan borcundan hissə-hissə ödəniş etməyi öhdəsinə götürdüyünü, borclu barəsində şikayətinin olmamasını göstərərək yekun qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclası zamanı borclu Şəxs ifadəsində bildirdi ki, həqiqətən, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1843/2022 saylı icra sənədinə əsasən, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, ondan, Zərərçəkmiş şəxs xeyrinə hər ay, hər uşağa görə 170 manat sabit pul məbləğində alimentin, mediasiya üçün ödənilmiş 50 manat məbləğində vəsaitinin ödənilməsi və 30 manat dövlət rüsumunun Şəmkir Rayon Məhkəməsinin hesabına ödənilməsinin qət edilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)- 2208/2022 saylı icra sənədinə əsasən, ondan 2711 (iki min yeddi yüz on bir) manat pul və 30 (otuz) manat dövlət rüsumunun alınıb iddiaçı X3 verilməsinin qət edilmişdir. Hazırda aliment borcu üzrə tələbkara 800 manat ödədiyini, əlavə olaraq hər ay 200 manat ödəyəcəyini, borc tələbi üzrə isə tələbkara 400 manat ödədiyini, əlavə olaraq hər 300 manat ödəyəcəyini göstərərək barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1843/2022 saylı icra sənədinə əsasən, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, Şəxs, Zərərçəkmiş şəxs xeyrinə hər ay, hər uşağa görə 170 manat sabit pul məbləğində alimentin, mediasiya üçün ödənilmiş 50 manat məbləğində vəsaitinin ödənilməsi və 30 manat dövlət rüsumunun Şəmkir Rayon Məhkəməsinin hesabına ödənilməsi qət edilmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-2208/2022 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs 2711 (iki min yeddi yüz on bir) manat pul və 30 (otuz) manat dövlət rüsumunun alınıb iddiaçı X3 verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1843/2022 saylı və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-2208/2022 saylı icra sənədləri üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra orqanı borcludan icra sənədlərində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. İş materiallarında olan tələbkarlar tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, borclu Şəxs, tələbkar Zərərçəkmiş şəxs olan ümumi borcundan 800 manat, tələbkar X3 olan ümumi borcundan 400 manat ödəniş etmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamış, əksinə Zərərçəkmiş şəxs olan ümumi borcundan 800 manat ödəniş etmiş, qalan borcunu isə qısa zamanda ödəməyi öhdəsinə götürmüş və X3 olan ümumi borcundan 400 manat ödəniş etmiş, qalan borcunu isə qısa zamanda ödəməyi öhdəsinə götürmüşdür. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar