Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-618/2025 23.06.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs Şəxs QSC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 00900-00133/25 saylı protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(125)-1615/2025 saylı qərardadı ilə inzibati xəta haqqında material aidiyyəti üzrə baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Protokol və ona əlavə olunmuş sənədlərdə qeyd olunmuşdur ki, Gömrük xidmətinin "X1 Sistem" xidmətindən əldə olunmuş məlumatlar əsasında ünvan 2 ünvanında qeydiyyatda olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixində **********6380, **********5603, **********6400 saylı gömrük bəyannamələri üzrə X2 göndərilmiş "Fresh Apple" yükünün müqabilində ödənilməli olan 8710.66 ABŞ dolları vəsaiti Azərbaycan Respublikasında müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməmiş və bununla da qeyd olunan hüquqi şəxs tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Bununla əlaqədar ünvan 2 ünvanında qeydiyyatda olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin bəyannamə üzrə göstərilmiş hüquqi ünvanına xx.xx.2025-ci il tarixli 1600-012/031 qeydiyyat nömrəli bildiris göndərilməsinə baxmayaraq, bu günə qədər yuxarıda adı qeyd olunan firma ixrac etdiyi yükə görə ödənilməli olan məbləğin müvəkkil bankda olan hesablarına köçürülüb köçürülməməsi barədə Gəncə Gömrük İdarəsinə heç bir sənəd təqdim etməmişdir Qeyd olunan faktla bağlı Gəncə Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə xx.xx.2025- ci il tarixdə, 00900-00133/25 saylı inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. Araşdırma ilə əlaqədar qeyd olunan gömrük bəyannaməsi üzrə ödənilməli olan 8710.66 ABŞ dolları məbləğində vəsaitin müvəkkil banka ödənilməsinin təmin olunmamasının səbəbinin aydınlaşdırılması məqsədilə hüquqi şəxs ünvan 3 ünvanında qeydiyyatda olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsinin izahat verməsi üçün xx.xx.2025-ci il tarixli 3-33- 1600/2-000406/2025 saylı məktubla müraciət olunmuşdur. Lakin bu günə kimi MMC-nin nümayəndəsi Gəncə Gömrük İdarəsinə gəlməmiş və qeyd olunan məsələ üzrə münasibət bildirməmişdir. Beləliklə ünvan 2 ünvanında qeydiyyatda olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixində **********6380, **********5603, **********6400 saylı gömrük bəyannamələri üzrə ixrac olunan yüklərin müqabilində ödənilməli olan 8710.66 ABŞ dolları məbləğində valyuta vəsaitinin ödənilməsi təmin olunmamışdır. "xxxx" QSC tərəfindən həmin tarixdə ixrac edilmiş yükə dair təsdiq olumuş gömrük bəyannamələrinin 23-cü qrafasında 1 ABŞ dollarının həmin tarixə Azərbaycan manatına olan nisbəti 1.7000 manatla ifadə edilmişdir və beləliklə ixrac olunmuş yüklərə dair qaytarılmalı olan məbləğ 14808,12 (on dörd min səkkiz yüz səkkiz manat on iki qəpik) manat hesablanmışdır. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs QSC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini və inzibati xəta haqqında iş üzrə xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq protokol tərtib etmiş Gəncə Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Gəncə Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsinin nümayəndəsinin və Şəxs QSC-nin nümayəndəsi iştirakı olmadan məhkəmə baxışının keçirilməsini mümkün hesab edir. "xxxx" QSC-nin həmin inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübut olundu. Belə ki, inzibati xəta haqqında materiallarda olan sənədlərdən görünür ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2024-cü il tarixli **********6400 nömrəli, xx.xx.2024-cü il tarixli **********5603 nömrəli və xx.xx.2024-cü il tarixli **********6380 nömrəli gömrük bəyannamələrinə əsasən xarici ölkəyə mal ixrac etmiş, Şəxs QSC tərəfindən ixrac edilən bəyannamə üzrə yüklərin ümumi dəyərinin 67993,34 ABŞ dolları ixracatçının hesabına geri köçürülmüş, qalan 8710,66 ABŞ dolları və yaxud 14808,12 manat olan valyuta vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir. Bu fakt barədə hüquqi şəxsə məlumat verilmiş, lakin uyğunsuzluq aradan qaldırılmamışdır. Nəticədə, ünvan 4 ünvanında qeydiyyatda olan Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixində **********6380, **********5603 və **********6400 saylı gömrük bəyannamələri üzrə ixrac olunan yüklərin müqabilində ödənilməsi tələb olunan 8,710.66 ABŞ dolları məbləğində valyuta vəsaitinin ödənilməsi təmin olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, "xxxx" QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Cəmiyyətin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə düzgün tövsif edilmişdir, o, həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin sanksiyasında inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə nəzərdə tutulmuşdur. İşin hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, "xxxx" QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə cərimə tənbehi tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyəti (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş 8710.66 (səkkiz min yeddi yüz on manat 66 sent) ABŞ dolları məbləğində xarici valyutanın Azərbaycan manatına olan məzənnəsi ilə 14808,12 (on dörd min səkkiz yüz səkkiz) manatın 30 (otuz) faizi miqdarında – 4442,43 (dörd min dörd yüz qırx iki manat qırx üç qəpik) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-618/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-618/2025
23.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver