Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-619/2025 20.06.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Yusifli Seymur Mübariz oğlunun sədrliyi, Quluyeva Zərnişan Firdovsi qızının katibliyi, Şəmkir rayon polis Şöbəsinin Dövlət yol polisi bölməsi yol patrul xidməti inspektoru X3 və şikayətçi X4 iştirakı ilə, Azərbaycan Respublikası DİN BDYPB-nin Şəmkir rayonu Polis X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası DİN BDYPB-nin Şəmkir rayonu YPX-nin polis X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X7 şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o idarə etdiyi **-AB-*** dövlət qeydiyyat nişanlı X12 markalı avtomobili ilə xx.xx.2025-ci il tarixdə Şəmkir rayonu Şiştəpə yolu istiqamətində hərəkətdə olarkən Yol Patrul Xidməti əməkdaşları onu saxlayaraq içkili olduğunu bildirib, daha sonra barəsində İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edərək 400 manat cərimə edilmişdir. Daha sonra həmin gün Gəncə şəhərində narkoloji dispanserdən müayinədən keçmiş və sərxoş olmamasına dair rəy almışdır. Ona görə də göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası DİN BDYPB-nin Şəmkir rayonu YPX polis X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X7 şikayətin məzmununa uyğun izahat verərək Azərbaycan Respublikası DİN BDYPB-nin Şəmkir rayonu YPX-nin Polis kapitanı tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şəmkir rayon polis Şöbəsinin Dövlət yol polisi bölməsi yol patrul xidməti inspektoru X6 şikayəti əsassız hesab edərək, izahatında bildirdi ki, o, xx.xx.2025-ci il tarixdə xidmətdə olan zaman, **-AB-*** dövlət qeydiyyat nişanlı Ford Transit markalı nəqliyyat vasitəsi saxlanılmış, sürücünün sərxoşluğu xüsusi texniki vasitə ilə yoxlanılan zaman sərxoşluq dərəcəsi 0.370 promilli müəyyən edilmişdir. Nəqliyyat vasitəsini idarə edən X2 içki qəbul etməsini sərxoşluğun müəyyən edilməsi üçün əlavə tibbi müayinəyə ehtiyacının olmadığını bildirmişdir. Bu səbəbdən də inzibati xəta haqqında protokol tərtib olunmuş və müvafiq qərar qəbul edilmişdir. Qərar tam qanunidir və ləğv edilməsi üçün heç bir əsas yoxdur. Odur ki, şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə, şikayətin dəlillərini iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlarla birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BDYPB-nin Şəmkir rayonu YPX polis X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 İXM-in 329.1 və 333.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş alkotestr qəbzindən görünür ki, X4 0.370 promilli sərxoşluq vəziyyəti vardır. Azərbaycan Respublikası İXM-in 329.1-ci maddəsinə əsasən Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. X7 şikayətində göstərmişdir ki, o, həmin gün heç bir spirtli içki qəbul etməmişdir. Lakin məhkəmə iclasında DVD diskdə olan yazıya baxan zaman şəxsin alkotestrin nəticəsi ilə tanış olması, spirtli içki qəbul etməsini bildirməsi və sərxoşluğun müəyyən edilməsi üçün əlavə tibbi müayinəyə getməkdən imtina etməsi müəyyən olunur. Məhkəmə, şikayətin dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası İXM-in 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Səlahiyyətli orqan tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş inzibati xəta hadisəsini əks etdirən DVD diskdə olan videoyazıdan görünür ki, X2 içki qəbul etməsini bildirmiş, xüsusi texniki vasitə ilə yoxlanılmış, 0,3 promillidən artıq, yəni 0.370 promilli olmuş, xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə tanış olmuş və tibbi müayinəyə getməkdən imtina etmişdir. Belə ki, şəxs nəqliyyat vasitəsini idarə edərkən sərxoş olması halı işə əlavə edilmiş videoyazı və işə əlavə edilmiş digər sübutlarla təsdiq olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X4 şikayəti təmin edilməməli, onun barəsində Azərbaycan Respublikası DİN BDYPB-nin Şəmkir rayonu YPX-nin polis X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: X7 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası DİN BDYPB-nin Şəmkir rayonu YPX-nin polis X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Seymur Yusifli
Məhkəmə qərarları › İş №3(076)-619/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-619/2025
20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver