Məhkəmə qərarları › İş №3(076)-626/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-626/2025

02.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-626/2025 02.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir Rayon Məhkəməsinin hakimi Məhəmmədi Həvayət Kəmaləddin qızının, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, X1 iştirakı ilə, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarlarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 vəsatətinə baxaraq, məhkəmə müəyyənetdi: Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4, 332.3-cü maddələri ilə təqsirli bilinərək 400 manat, xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4, 332.3-cü maddələri ilə təqsirli bilinərəl 400 manat və xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4, 332.3-cü maddələri ilə təqsirli bilinərək 400 manat X2 inzibati cərimə edilmişdir. X2 xx.xx.2025-ci il tarixdə həmin qərarlardan məhkəməyə şikayət vermişdir. Qərarlardan şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət buraxıldığına görə X2 şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 izahat verərək qeyd edilən qərarlardan vaxtında məlumat alsa da işləri ilə əlaqədar şikayət verilməsi müddətini ötürmüşdür. Qeyd edilənlərə əsasən vəsatətin təmin dilməsini xahiş etmişdir. İş materiallarında olan: Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4, 332.3-cü maddələri ilə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4, 332.3-cü maddələri ilə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4, 332.3-cü maddələri ilə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə, X1 vəsatətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarlarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 vəsatəti təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarlarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 vəsatəti təmin edilməsin. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar