Məhkəmə qərarları › İş №3(076)-627/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-627/2023

02.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-627/2023 02.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı иля Şəxs Azərbaycan Respublikası İXM–nin 529.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Şəmkir Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM–nin 529.1–ci maddəsi ilə inzibati material daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli qərarını qanuni qüvvəyə mindiyi gündən 03 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə iclası zamanı Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 protokolun dəlillərini müdafiə edərək, Şəxs haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı Şəxs protokol üzrə qanuni qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, təqsirlilik məsələsini müzakirə etmədən hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Şəxs ona istinad olunan inzibati xətanı 13 yanvar 2022-ci il tarixdə törətmiş, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə o, Azərbaycan Respublikası İXM–nin 243.0.1–ci maddəsi əsasında 1.500 manat məbləğində inzibati cərimə edilmişdir. Bundan sonra qərar qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Şəmkir rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə icra sənədi Şəmkir rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM–nin 529.1–ci maddəsinin dispozisyasindan görünür ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati tənbeh tətbiq edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi qeyd olunan maddədə “inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə” inzibati tənbeh tətbiq edilməsi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli qərarı üzrə xx.xx.2022-ci il tarixdə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və xx.xx.2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM–nin 529.1–ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan da görünür ki, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli qərarı 3 aydan çox müddətdir ki, qanuni qüvvəsini almasına baxmayaraq, inzibati xəta haqqında protokol xx.xx.2023-cü il tarixdə tərtib edilmiş və protokol həmin tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İXM–nin 38.1–ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0.6–cı maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38–ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış inzibati xəta haqqında icraata xitam verilir. Ona görə də məhkəmə hesab edir ki, inzibati xətanın törədildiyi gündən dörd aydan çox müddət keçdiyindən Şəxs barəsində olan Azərbaycan Respublikası İXM–nin 529.1–ci maddəsi ilə başlanımış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına, inzibati məsuliyyətə cəlb etmə müddəti keçməsinə görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar