Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-631/2025 14.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 430.4–cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Şəmkir Rayon Məhkəməsinə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM–nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC 1770000.00 rusiya rublu məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 1770000.00 rusiya rublu məbləğində vəsait hesabına alınan malları (xidmətləri) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə tərəflərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC xx.xx.2023-cü il tarixdə 1770000.00 rusiya rublu məbləğində vəsaiti Rusiya Federasiyasında olan “Помор-Лес” şirkətinə “Kontrakt № PRO-RUB xx.xx.2019” və “10 nömrəli commercial invoice” əsasında köçürmüş, lakin həmin vəsait hesabına alınan malları (xidmətləri) ölkəyə idxal etməmişdir. İşdə olan Gömrük bəyannamələrdən görünür ki, göndərən ixracçısı “Помор-Лес” tərəfindən malı qəbul edən idxalçısı Şəxs MMC-yə: 1) xx.xx.2023-cü il tarixdə «Про-РУБ» müqaviləsinə (kod 4011), “MBM MÜQAVİLƏSİ 232/22” (kod 4041) əsas müqaviləsinin əlavəsinə əsasən, 2324000,00 rusiya rublu invoys dəyərində, 2) 24.04.2023-cü il tarixdə «Про-РУБ» müqaviləsinə (kod 4011), “MBM MÜQAVİLƏSİ 232/22” (kod 4041) əsas müqaviləsinin əlavəsinə əsasən, 1160040,00 rusiya rublu invoys dəyərində, 3) 21.08.2023-cü il tarixdə «Про-РУБ» müqaviləsinə (kod 4011), “MBM MÜQAVİLƏSİ 232/22” (kod 4041) əsas müqaviləsinin əlavəsinə əsasən, 1190000,00 rusiya rublu invoys dəyərində, 4) 09.08.2023-cü il tarixdə «Про-РУБ» müqaviləsinə (kod 4011), “MBM MÜQAVİLƏSİ 232/22” (kod 4041) əsas müqaviləsinin əlavəsinə əsasən, 1204000,00 rusiya rublu invoys dəyərində, 5) 30.10.2023-cü il tarixdə «Про-РУБ» müqaviləsinə (kod 4011), “MBM MÜQAVİLƏSİ 232/22” (kod 4041) əsas müqaviləsinin əlavəsinə əsasən, 1174460,00 rusiya rublu invoys dəyərində, 6) 30.10.2023-cü il tarixdə «Про-РУБ» müqaviləsinə (kod 4011), “MBM MÜQAVİLƏSİ 232/22” (kod 4041) əsas müqaviləsinin əlavəsinə əsasən, 1191540,00 rusiya rublu invoys dəyərində, 7) 09.08.2023-cü il tarixdə «Про-РУБ» müqaviləsinə (kod 4011), “MBM MÜQAVİLƏSİ 232/22” (kod 4041) əsas müqaviləsinin əlavəsinə əsasən, 1204000,00 rusiya rublu invoys dəyərində, 8) xx.xx.2023-cü il tarixdə «Про-РУБ» müqaviləsinə (kod 4011) əsasən, 2358580,00 rusiya rublu invoys dəyərində, 9) 13.04.2024-cü il tarixdə «Про» müqaviləsinə (kod 4011), “MBM MÜQAVİLƏSİ 232/22” (kod 4041) əsas müqaviləsinin əlavəsinə əsasən, 1461830,00 rusiya rublu invoys dəyərində mal idxal olunmuşdur. Beləliklə, məhkəmə, inzibati xəta haqqında protokola iş üzrə olan və təqdim edilmiş materiallar əsasında baxaraq, qeyd edir ki, Şəxs MMC tərəfindən Rusiya Federasiyasında olan “Помор-Лес” şirkətindən ******* rusiya rublu məbləğində vəsait hesabına alınan malların (xidmətlər) ölkəyə idxal edilməməsi halı müəyyən edilməmişdir. Əksinə işdə olan gömrük bəyannamələri ilə müəyyən edilmişdir ki, Ros-Les” MMC tərəfindən Rusiya Federasiyasında olan “Помор-Лес” şirkətindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək tərəflərin arasında xx.xx.2019-ci il tarixli «Про-РУБ» adlı bağlanmış müqaviləsinə və əsas müqavilənin əlavələrinə əsasən 11806620,00 rusiya rublu məbləğində vəsait hesabına alınan mallar (xidmətlər) ölkəyə idxal edilmişdir. Bu hal isə Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4– cü maddəsinin tərkibi olmasını istisna edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4– cü maddəsinin əsas məqsədi ölkəyə idxal üçün avans ödənişi edilmiş valyuta vəsaitlərinin qarşılığında nəzərdə tutulan malların, işlərin və ya xidmətlərin müəyyən edilmiş müddətdə həyata keçirilməsini təmin etməkdir. Maddə, valyuta vəsaitlərinin xaricə ödənilməsi və bu vəsaitlərə uyğun mal, iş və ya xidmətin vaxtında və tam şəkildə yerinə yetirilməməsi hallarını cəzalandırmaqla, idxal əməliyyatlarının şəffaf və qanuni aparılmasını təşviq edir. Bu, həm iqtisadi təhlükəsizliyi qorumaq, həm də valyuta axınlarının düzgün tənzimlənməsi üçün zəruridir. Məqsəd, valyuta vəsaitlərinin xaricə köçürülməsi zamanı qanun pozuntularının qarşısını almaq və idxalın real həyata keçirilməsini təmin etməkdir. Hazırda görünür ki, Şəxs MMC-nin xx.xx.2023-cü il tarixdə 1770000.00 rusiya rublu “Помор-Лес” şirkətinə “Про-РУБ” müqaviləsinə əsasən avans ödəniş etmiş, xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixinədək qeyd olunun müqavilə üzrə 11806620,00 rusiya rublu məbləğində vəsait hesabına alınan mallar (xidmətlər) ölkəyə idxal edilmiş, həmin hal malların (xidmətlərin) ölkəyə idxal edilməməsi kimi qiymətləndirilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4–cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM–nin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində protokol tərtib edilmiş Şəxs MMC-nin təqsirli olunması sübut olunmamışdır. Ona görə də onun əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM–nin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM–nin 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 105.1–ci maddəsinə əsasən bu Məcəllənin 53–cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d i: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4–cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-631/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-631/2025
14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver