Məhkəmə qərarları › İş №3(076)-637/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-637/2025

08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-637/2025 08.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1999-ci il tarixdə Gədəbəy rayonu, Arıxdam kənində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Gədəbəy rayonu, Arıxdam kənində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 333.1-1-ci maddəsi ilə Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Şəmkir Rayon Polis Şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Şəmkir rayon, Yol patrul xidməti inspektoru, polis serjant X2, tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə «LADA 21214 URBAN » minik markalı **-GK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 329.3-cü və 333.1-1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə saxlanmış və yoxlama zamanı 2224/2025 saylı tibbi müayinə protokoluna əsasən sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi müəyyən olmuşdur. Bununla o, İXM-in 333.1-1-ci maddəsində ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs törətdiyi inzibati xəta ilə bağlı təqsirini etiraf edərək öz izahatında bildirib ki, etibarnamə əsasında idarə etdiyi avtomobili Şəmkir rayonu ərazisində sərxoş vəziyyətdə idarə etmişdir. Yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmış və tibbi müayinə üçün narkoloji dispanserə aparılmışdır. Müayinə zamanı onun narkotik vasitədən istifadə etdiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs inzibati xətanı törətdiyinə görə peşman olduğunu bildirmiş və bir daha belə hallara yol verməyəcəyini qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli 2224/2025 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs sərxoşluq müayinəsindən keçmiş və siydikdə narkotiklər olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-1-ci maddəsinə əsasən, Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə –altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Şəxs xx.xx.2025-ci il tarixdə «LADA 21214 URBAN MİNİK» minik markalı **-GK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə saxlanılmış və yoxlama zamanı 2224/2025 saylı tibbi müayinə protokoluna əsasən sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi müəyyən olunmuşdur. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 333.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünü təqsirli bilməsi ilə yanaşı işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri iş üzrə xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətini təyin edən akt, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəlişəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati tənbehini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Abbasov X1 Xətalar Məcəlləsinin 333.1-1-ci maddəsinin sanksiyası çərçivəsində 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar