Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-642/2024 21.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir Rayon Polis X11 Polisi Bölməsinin inspektoru: X5 iştirakı ilə Azərbaycan Respublikası DİN Baş X13 idarəsinin Şəmkir Rayon Polis X11 Polisi Bölməsinin vəzifəli şəxsinin, fiziki şəxs X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 333.1–ci maddələri əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası DİN Baş X13 idarəsinin Şəmkir Rayon Polis X11 Polisi Bölməsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə fiziki şəxs X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 333.1–ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış fiziki şəxs X2 RPŞ–nin DYPB–nın vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X6 şikayətini onunla əsaslandırmışdır ki, Changan F70 markalı 77–YC–951 dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. xx.xx.2024–cü il tarixdə Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən kafedə dostları ilə oturub pivə içən zaman Şəmkir RPŞ–nin DYPB–nın əməkdaşı onu avtomobilinin yanına dəvət etmiş və içkili olub–olmamasını soruşmuşdur. O, bir bakal pivə içməsini bildirmiş, polis əməkdaşı isə ona sərxoşluq müayinəsindən keçməsini tələb etmişdir. O, sükan arxasında olmadığını və avtomobil idarə etmədiyini bildirsə də, polis əməkdaşı ona alkotestr yoxlamasından keçməsini, əks halda onu şöbəyə aparıb polisə tabe olmama hərəkətləri ilə sənədləşdirəcəklərini bildirmişdir. O da söhbətin uzanmaması üçün alkotestr yoxlamasından keçmişdir. Bundan sonra Şəmkir RPŞ–nin DYPB–nın inzibati binasına gəlmiş, onun avtomobilini cərimə meydançasına salmışlar. Sonradan ona məlum olmuşdur ki, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 333.1–ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, həmçinin xx.xx.2024– cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarla 400 manat inzibati cərimə edilmişdir. Hazırda həmin protokolu və qərarı tam əsassız hesab edir. Belə ki, o, sərxoş halda avtomobil idarə etməmiş, polis əməkdaşı onu avtomobil idarə edərkən saxlamamışdır. O, kafedə oturan zaman polis əməkdaşı onu avtomobilinin yanına dəvət etmiş, hədə–qorxu gələrək alkotestr yoxlamasından keçirmişdir. Belə olan halda onun tərəfindən hər hansı inzibati xəta hadisəsi törədilməmişdir. Odur ki, Şəmkir RPŞ–nin DYPB–nın vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Şəmkir RPŞ–nin DYPB–nin YPX–nin baş inspektoru X9 izahatında göstərdi ki, 20 may 2024–cü il tarixdə saat 23:30 radələrində xidməti vəzifələrini yerinə yetirərkən Şəmkir şəhəri, 20 Yanvar küçəsində hərəkətdə olan Changan F70 markalı 77–YC–951 dövlət nömrə nişanlı minik avtomobilinin sürücüsünü saxlatmış, ona, hüquq və vəzifələrini izah etmiş, lakin həmin vaxt sürücüdən spirt qoxusu gəlmiş və onun avtomaşını sərxoş halda idarə etdiyini görmüşdür. Bundan sonra adı ona məlum olan X6 alkotestr yoxlamasından keçirilməsi üçün dəvət edilmiş, sürücü alkotestr yoxlamasından keçirilikdən sonra onun sərxoşluq dərəcəsinin 0,488 promil olduğu müəyyən olunmuşdur. Həmin vaxt X6 alkotestr yoxlamasının nəticəsinə etiraz etməmiş, bu səbəbdən də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 333.1–ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan sonra Şəmkir RPŞ–nin DYPB–nin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə X6 400 manat məbləğində inzibati cərimə edilmişdir. Baş vermiş hadisənin əks olunduğu videogörüntülərə baxış keçirəndə də, şəxsin sərxoş olması və alkotestr yoxlamasından keçdikdən sonra sərxoşluğunun müəyyən edilməsi aydın şəkildə müəyyən edilir. Bu səbəbdən hazırda şikayətin dəlillərini qəbul etmir və Şəmkir RPŞ–nin DYPB–nin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarını qanuni və əsaslı hesab edir. Odur ki, məhkəmədən şikayətin təmin edilməməsini xahiş edir. X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını və iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, işdə olan Yol polisi əməkdaşında olan sərxoşluq vəziyyətinin ölçü cihazı kimi istifadə edilən xüsusi texniki vasitə ilə ölçülmüş və iş materiallarına əlavə edilmiş sərxoşluq qəbzindən görünür ki, X6 20 may 2024–cü il tarixdə 0,488 % sərxoşluq vəziyyətində olmuşdur. İşdə olan xx.xx.2024–cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X6 20 may 2024–cü il tarixdə saat 23:30 radələrində Şəmkir şəhəri, 20 Yanvar küçəsində Changan F70 markalı 77–YC–951 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 333.1–ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 333.1–ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, X6 20 may 2024–cü il tarixdə saat 23:30 radələrində Changan F70 markalı 77–YC–951 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Şəmkir şəhəri, 20 Yanvar küçəsində hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 333.1–ci maddələrinin tələblərini pozmaqla inzibati xəta törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs X3 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə, həmçinin müəyyən etdi ki, Şəmkir RPŞ–nin X13 Bölməsi inzibati xəta haqqında işə baxarkən, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 124.2–ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmn Məcəllənin 124.4–cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort–kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1–ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3–cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2–ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə, şikayətin dəlilərini araşdırarkən, həmçinin müəyyən etdi ki, vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Eləcə də, inzibati xəta haqqında protokol tərtib edilərkən və protokola baxılarkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmiş, barəsində protokol tərtib edilmiş şəxsə hüquq və vəzifələri izah edilmiş, habelə ona iş üzrə icraat zamanı təsbit edilmiş hüquqlarının həyata keçirilməsinə kifayət qədər imkan yaradılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X6 şikayət ərizəsində sərxoş halda avtomobil idarə etməməsini göstərsə də, bu hal polis əməkdaşı tərəfindən məhkəməyə təqdim edilmiş CD diskdəki videogörüntülərlə təkzib edilmişdir. Belə ki, məhkəmə iclası zamanı Şəmkir RPŞ–nin DYPB–nin inspektoru tərəfindən məhkəməyə təqdim edilmiş CD diskə baxış keçirilmiş və videogörüntüdən müəyyən edilmişdir ki, polis əməkdaşı X4 içkili vəziyyətə avtomobil idarə etməsini irad bildirən zaman İbrahim İbrahimov “içib sürmüşəm” – deyərək özü sərxoş vəziyyətdə avtomobil idarə etməsini etiraf etmişdir. Həmçinin, CD diskdəki videogörüntüdən müəyyən edilmişdir ki, polis əməkdaşı X4 tibbi müayinədən keçməyi təklif etmiş, lakin sürücü həkim müayinəsinə getməmiş, habelə alkotestrin nəticəsinə etiraz etməmişdir. Azərbaycan Respublikası İXM-nin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olubolmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Odur ki, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası DİN Baş X13 idarəsinin Şəmkir Rayon Polis X11 Polisi X1 barəsində Azərbaycan Respublikası İXM–nin 327.2 və 333.1–ci maddələri əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Bu səbəbdən X3 şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120–126 və 133–136–cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X3 Azərbaycan Respublikası DİN Baş X13 idarəsinin Şəmkir Rayon Polis X11 Polisi Bölməsinin vəzifəli şəxsinin xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN Baş X13 idarəsinin Şəmkir Rayon Polis X11 Polisi Bölməsinin vəzifəli şəxsinin, fiziki şəxs X3 inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 333.1–ci maddələri əsasında tərtib edilmiş xx.xx.2024–cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-642/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-642/2024
21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver