Məhkəmə qərarları › İş №3(076)-644/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-644/2024

04.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-644/2024 04.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Barəsində qərar çıxarılmış şəxs: X3 Qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndələri: Azərbaycan Respublikası Qida X1–X6 İnzibati işlər və təsərrüfat sektorunun məsləhətçisi X5 və həmin regional bölmənin bitki sağlamlığı və fitosanitar nəzarəti sektorunun aparıcı məsləhətçisi X2 iştirakı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3–cü maddəsi ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Qida X1–X6 vəzifəli şəxsinin 14 may 2024–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Qida X1–X6 vəzifəli şəxsinin 14 may 2024–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.500 manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X7 Azərbaycan Respublikası Qida X1–X6 vəzifəli şəxsinin 14 may 2024–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Qida X1–X6 vəzifəli şəxsinin 14 may 2024–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.500 manat məbləğində inzibati cərimə edilmişdir. Belə ki, o, "xxxx"xxxx"xxxx" ASC ilə icarəyə verən X8 arasında xx.xx.2021–ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" ASC Elxan Heydərova məxsus Şəmkir şəhərində yerləşən, ümumi sahəsi 1744 kv.m olan qeyri–yaşayış sahəsini (anbarı) icarəyə götürmüşdür. Lakin icarəyə verən müqavilə bağlandığı zaman icarə obyektinin bütün çatışmamazlıqları barədə icarəçini xəbərdar etməmiş, icarə obyektinin əsaslı təmirini həyata keçirməmiş, icarə obyektində təyinatına uyğun istifadəsinə mane olan çatışmamazlıqları aradan qaldırmamış, bununla da icarəyə verən müqavilədə göstərilən vəzifələrini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Qida X1–X11 tərəfindən 02 may 2024–cü il tarixdə "xxxx" ASC–yə məxsus bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin saxlanma anbarında keçirilmiş yoxlama zamanı istifadə müddəti bitmiş solucros (15 ədəd 25 kq–lıq) aqrokimyəvi maddə və dagronorm (10 ədəd 1 litrlik) pestisid aşkar edilmişdir. Həmin aqrokimyəvi maddələr digər satış nöqtələrindən anbara gətirildikdən sonra ayrı saxlanılır, daha sonra həmin aqrokimyəvi maddələr məhv edilir. Qeyd edir ki, Azərbaycan Respublikası Qida X1–X11 tərəfindən yoxlama nəticələri üzrə qərar 30 may 2024–cü il tarixdə, inzibati tənbeh vermə haqqında qərar isə ondan əvvəl, yəni 14 may 2024–cü il tarixdə qəbul edilmişdir. Bu isə inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə, yoxlama nəticələri üzrə qərarın etibarsız sayılmasına əsasdır. Həmçinin, hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyekti malların istehsalı və satışı prosesində istehlakçılarla istehsalçılar və ya satıcılar arasında yaranan ictimai münasibətlərdən ibarətdir. Belə ki, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edərsə, onda həmin əməl inzibati xəta kimi qiymətləndirilə bilər. Bununla da, Azərbaycan Respublikası Qida X1–X11 tərəfindən inzibati məsuliyyət müəyyən edən qanun norması düzgün tətbiq edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Qida X1– X11 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3–cü maddəsi ilə, həmin Məcəllənin 444–cü maddəsi tətbiq edilməli idi. Çünki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3–cü maddəsi tələb edir ki, hansısa istehlakçı ona müraciət etsin və o, vaxtı keçmiş malı satsın. Halbuki, o, heç kimə vaxtı keçmiş mal satmamışdır. Odur ki, Azərbaycan Respublikası Qida X1–X6 vəzifəli şəxsinin 14 may 2024–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış X7 şikayətin dəlillərini müdafiə edərək göstərdi ki, "xxxx" ASC–də anbardar vəzifəsində işləyir. Azərbaycan Respublikası Qida X1–X11 tərəfindən anbarda yoxlama keçirilməmişdən 1 gün əvvəl mağazalarda satılmayan məhsullar anbara geri qaytarılmışdır. Qeyd edir ki, belə məhsullar anbara daxil olduqdan sonra çeşitlənir və məhv ediləsi məhsullar məhv edilir. Bu səbəbdən şirkətin çeşitləmə şöbəsinə müraciət etmiş və vaxtı keçmiş məhsulların ayrılmalı olmasını bildirmişdir. Lakin həmin günü səhəri Azərbaycan Respublikası Qida X1–X6 əməkdaşları tərəfindən şirkətdə növbədənkənar yoxlama aparılmış, yoxlama zamanı istifadə müddəti bitmiş 15 ədəd 25 kq–lıq solucros aqrokimyəvi maddəsi və 10 ədəd 1 litrlik dagronorm pestisid aşkar edilmişdir. Bundan sonra o, Azərbaycan Respublikası Qida X1–X6 vəzifəli şəxsinin 14 may 2024–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.500 manat məbləğində inzibati cərimə edilmişdir. Hazıra həmin qərarı qanunsuz və əsasız hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3–cü maddəsində standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Buna baxmayaraq, Azərbaycan Respublikası Qida X1–X6 əməkdaşları hərtərəfli araşdırma aparmamış və onun tərəfindən vaxtı keçmiş məhsulların istehsalı, satılması, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi halının mövcud olmamasını aşkar etməmişdir. Bu isə onu deməyə əsas verir ki, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3–cü maddəsinin tərkibi olmamışdır. Çünki vaxtı keçmiş məhsullar yoxlamadan sadəcə bir gün əvvəl anbara daxil olmuş və çeşitləmə üçün gözlədilmişdir. Bu isə onun həmin məhsulları satması halını özündə ehtiva etmir. Göründüyü kimi Azərbaycan Respublikası Qida X1–X6 əməkdaşları hərtərəfli araşdırma aparmamış və əsassız şəkildə onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Odur ki, Azərbaycan Respublikası Qida X1–X6 vəzifəli şəxsinin 14 may 2024–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Qida X1–X6 İnzibati işlər və təsərrüfat sektorunun məsləhətçisi X9 məhkəmə iclası zamanı şikayətin dəlillərini qəbul etməyərək göstərdi ki, xx.xx.2024–cü il tarixli “yoxlama aparılması haqqında” qərara və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”a əsasən Şəmkir şəhəri, Nizami küçəsində yerləşən "xxxx" ASC–yə məxsus bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin saxlanma anbarında xx.xx.2024–xx.xx.2024–cü il tarixdə plandankənar (növbədənkənar) yoxlamanın aparılması qərara alınmışdır. Bundan sonra bölmənin əməkdaşları tərəfindən xx.xx.2024–cü il tarixdə anbara baxış keçirilmiş, bir sıra nöqsanların olması müəyyən edilmişdir. Belə ki, yoxlama zamanı 2 fərqli adda istifadə müddəti keçmiş aqrokimyəvi maddə, həmçinin 125 ton omonium nitrat maddəsi aşkar edilmişdir. Qeyd edir ki, həmin omonium nitrat maddəsi partlayıcı xassəyə malikdir və onun yaşayış yerlərinə yaxın ərazidə saxlamaq qadağandır. Belə ki, həmin maddə yaşayış məntəqələrindən 500 metr, su hövzələrindən 2000 metr məsafədə saxlanılmalıdır. Buna baxmayaraq, həmin maddə yaşayış məntəqəsində, habelə yaxınlığında ailəvi istirahət mərkəzi olan anbarda saxlanılmışdır. Həmçinin, istifadəyə yararlı məhsullarla istifadə müddəti keçmiş məhsulların eyni yerdə saxlanılması müəyyən edilmişdir. Halbuki, istifadə müddəti keçmiş məhsullar ayrılmalı, daha sonra məhvetmə üçün müvafiq orqana müraciət edilməlidir. Bütün qeyd olunan nöqsanlara görə şirkətin anbardarı X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3–cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, daha sonra o, 14 may 2024–cü il tarixli qərarla 1.500 manat inzibati cərimə edilmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Qida X1–X6 vəzifəli şəxsinin 14 may 2024–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslıdır. Odur ki, məhkəmədən barəsində qərar çıxarılmış X3 şikayətinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Qida X1–X6 bitki sağlamlığı və fitosanitar nəzarəti sektorunun aparıcı məsləhətçisi X4 məhkəmə iclası zamanı şikayətin dəlillərini qəbul etmədi, Natiq Alızadə ilə eyni məzmunlu izahat verərək, şikayətinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, həmçinin iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Qida X1–X6 vəzifəli şəxsinin 14 may 2024–cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalıdır. Belə ki, işdə olan xx.xx.2024–cü il tarixli YPK–037 saylı “yoxlama aparılması haqqında” qərardan və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”dan görünür ki, Azərbaycan Respublikası Qida X1– X11 tərəfindən Şəmkir şəhəri, Nizami küçəsində yerləşən "xxxx" ASC–yə məxsus bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin saxlanma anbarında xx.xx.2024–xx.xx.2024–cü il tarixdə planlı yoxlamanın aparılması qərara alınmışdır. İşdə olan xx.xx.2024–cü il tarixli sahibkar obyektinə baxış keçirilməsi haqqında aktdan görünür ki, Şəmkir şəhəri, Nizami küçəsində yerləşən "xxxx" ASC–yə məxsus bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin saxlanma anbarına baxış zamanı bir sıra nöqsanların olması, habelə istifadə müddəti bitmiş solucros (15 ədəd 25 kq–lıq) aqrokimyəvi maddə və dagronorm (10 ədəd 1 litrlik) pestisid, eləcə də, partlayıcı təsirə malik maddələrin ayrı bölmədə saxlanılmaması müəyyən edilmişdir. İşdə olan xx.xx.2024–cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ASC–in anbardarı X7 tərəfindən standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalı, satılması, işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi faktı aşkar edilmişdir. İşdə olan xx.xx.2024–cü il tarixli yoxlama aktından görünür ki, Şəmkir şəhəri, Nizami küçəsində yerləşən "xxxx" ASC–yə məxsus bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin saxlanma anbarında istifadə müddəti bitmiş solucros (15 ədəd 25 kq–lıq) aqrokimyəvi maddə və dagronorm (10 ədəd 1 litrlik) pestisid saxlanması müəyyən edilmişdir. İşdə olan xx.xx.2024–cü il tarixli “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” qərardan görünür ki, "xxxx" ASC–yə məxsus anbarda yararlılıq müddəti bitmiş 15 ədəd 25 kq–lıq solucros və 10 ədəd 1 litrlik dagronorm pestisid kimyəvi maddələrin satışı (istifadəsi) qadağan edilmişdir. İşdə olan Azərbaycan Respublikası Qida X1–X6 vəzifəli şəxsinin 14 may 2024–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.500 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Məhkəmə tərəfindən işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Qida X1–X6 əməkdaşları tərəfindən Şəmkir şəhəri, Nizami küçəsində yerləşən "xxxx" ASC–yə məxsus bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin saxlanma anbarında xx.xx.2024–cü il tarixdə plandankənar (növbədənkənar) yoxlama aparılmış, yoxlama zamanı anbarda yararlılıq müddəti bitmiş 15 ədəd 25 kq–lıq solucros və 10 ədəd 1 litrlik dagronorm pestisid kimyəvi maddələrin olması aşkar edilmişdir. Bundan sonra şirkətin anbardarı X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3–cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, daha sonra o, 14 may 2024–cü il tarixli qərarla 1.500 manat inzibati cərimə edilmişdir. Məhkəmə, işin araşdırılmış hallarına əsasən qeyd edir ki, Azərbaycan Respublikası Qida X1–X6 əməkdaşları tərəfindən Şəmkir şəhəri, Nizami küçəsində yerləşən "xxxx" ASC–yə məxsus bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin saxlanma anbarına baxış zamanı istifadə müddəti keçmiş məhsullar aşkar edilsə də, həmin məhsulların çeşitləmə, yoxsa satış məqsədilə anbarda saxlanılması hərtərəfli və əsaslı şəkildə araşdırılmamış, birbaşa şəxs–şirkətin anbardarı inzibati məsuliyyətə cəlb edilmişdir. Həmçinin, şirkətin anbardarı X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3–cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilsə də, anbardarın səlahiyyətli olub– olmaması müəyyən edilməmişdir. Belə ki, Şəmkir şəhəri, Nizami küçəsində yerləşən "xxxx" ASC–də yoxlama aparılaraq nöqsanlar aşkar edilsə də, qeyd olunan nöqsanların anbardarın və ya digər şəxslərin səlahiyyətinə aid olub–olmaması hərtərəfli araşdırılmamış, birbaşa anbardar inzibati məsuliyyətə cəlb edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Azərbaycan Respublikası Qida X1–X6 əməkdaşları yuxarıda qeyd olunan xüsusatları araşdırmamış, "xxxx" ASC–nin anbardarı X3 təqsirli olub–olmamasını konkret əsaslarla müəyyən etməmiş və birbaşa onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Bundan başqa qeyd edilməlidir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3–cü maddəsində standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Qida X1–X6 əməkdaşları isə istifadə müddəti keçmiş məhsulların həqiqətən istehsal, satılma, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi halını hərtərəfli araşdırmamış, sadəcə anbarda istifadə müddəti keçmiş məhsulları aşkar etdikdən sonra formal şəkildə inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1–ci maddəsinə əsasən inzibati xətanın olub–olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi qanunverici sadalanan hüquq normlarında yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini, şəxsin təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin mövcudluğunun isə yalnız mötəbərliyi şübhə doğurmayan sübutlar əsasında müəyyən olunmasını, şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə, onun barəsində qanuni qüvvəyə minmiş qərar olmadıqda, onun təqsirsiz sayılmasını, həmçinin şəxsin təqsirli olmasını sübut etmək onun barəsində qərar qəbul etmiş şəxsin vəzifəsi olmasını, icraat zamanı mövcud şübhələrin isə şəxsin xeyrinə həll edilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Məhkəmə, verilmiş şikayətə baxılması ilə bağlı toplanmış sübutların məcmusuna müəyyən edilmiş hallara uyğun qiymət verərək belə qənaətə gəlir ki, "xxxx" ASC–nin anbardarı X3 İnzibati Xətalar Məcəlləsinin 447.0.3–cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olmasını mötəbər sübutlara əsasən müəyyən etməmiş, əsassız olaraq X3 barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar qəbul edilmişdir. Bu hal isə ona dəlalət edir ki, inzibati xəta haqqında protokol natamam şəkildə tərtib edilmişdir. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, X3 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol natamam olmasına, Azərbaycan Respublikası İXM–in tələblərinin əhəmiyyətli dərəcədə pozulması baxmayaraq, vəzifəli şəxs tərəfindən həmin protokol əsasında X3 inzibati cərimə edilməsinə dair inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM–in 134.1.4–cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6–cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1–ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, inzibati xəta haqqında qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6–cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən nəticəyə gəlir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3–cü maddəsində ilə təqsirli bilinib 1.500 manat məbləğində inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası Qida X1–X6 vəzifəli şəxsinin 14 may 2024–cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və hazırki qərarın əsaslandırıcı hissəsində qeyd olunan xüsusatların araşdırılması məqsədilə inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli vəzifəli şəxsə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133–136–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3–cü maddəsi ilə təqsirli bilinib 1.500 manat məbləğində inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası Qida X1–X6 vəzifəli şəxsinin 14 may 2024– cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3–cü maddəsi ilə tərtib edilmiş 01 may 2024–cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol yenidən araşdırılması üçün Azərbaycan Respublikası Qida X1–X6 səlahiyyətli vəzifəli şəxsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan 10 (on) gün müddətində Şəmikr Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar