Məhkəmə qərarları › İş №3(076)-646/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-646/2024

25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-646/2024 25.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Azərbaycan Respublikası, X1 Gəncə regional Reklam İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 428.7.3–cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının X1 Gəncə regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: "xxxx" MMC müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişləri və qərarları vaxtında və tam yerinə yetirməmişdir. Bu hərəkətləri ilə "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 428.7.3–cü maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. "xxxx" MMC-nin inzibati xəta əməlini törətməsi işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası, X1 Gəncə regional Reklam İdarəsinin nümayəndəsi X4, məhkəmə iclası zamanı protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Gəncə regional Reklam İdarəsi tərəfindən 06 aprel 2024-cü il tarixdə "xxxx" MMC-nin açıq məkanda qanunvericiliyin tələblərinin pozulmaqla yayımladığı reklam təsvir olunmaqla, bu barədə akt tərtib edilmişdir. Buna görə də, "xxxx" MMC-yə qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə yazılı göstəriş göndərilməklə, reklam yayımının dərhal dayandırılması və müvafiq icazənin alınması üçün 5 gün müddətində Gəncə regional Reklam İdarəsinə müraciət etməsi tələb edilmiş, əks halda isə barəsində Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 428.7.3–cü maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndəriləcəyi bildirilmişdir. xx.xx.2024-cü il tarixdə açıq məkanda qanunvericiliyin tələbləri pozulmaqla yayımlanan reklamlarla bağlı tərtib olunmuş yazılı göstərişin tələblərinə əməl olunması vəziyyətinin yoxlanılması zamanı, "xxxx" MMC-nin qanunvericilik aktlarının tələblərini icra etmədiyi və fasad 31.78 m2 növdə və ölçüdə reklamları yayımlamaqda davam etməsi müəyyən olunaraq bu barədə akt tərtib edilmiş, pozuntunun fotoşəkilləri çəkilmişdir. Qeyd etdiyi hallara görə "xxxx" MMC barəsində Gəncə regional Reklam İdarəsi tərəfindən 31 may 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və protokolun tərtib edilməsində iştirak etməsi üçün, "xxxx" MMC-yə 14 may tarixində rəsmi məlumat verilsə də, rəsmiləşdirmə prosesində iştirak etməmiş və bu hal barədə akt tərtib edilmişdir. Bütün bunlara görə "xxxx" MMC-nin inzibati məsuliyyətə cəlb edilərək barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək, habelə tədqiq edilmiş digər sübutları "xxxx" MMC-nin qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. Belə ki, işdə olan, 06 aprel 2024-cü il tarixli, 893 nömrəli aktın surətindən görünür ki, Gəncə regional Reklam İdarəsi tərəfindən, "xxxx" MMC-nin açıq məkanda qanunvericiliyin tələblərinin pozulmaqla yayımladığı 31.78 m2 növdə və ölçüdə reklam təsvir olunmaqla, bu barədə akt tərtib edilmişdir. İşdə olan, 06 aprel 2024-cü il tarixli, 11-3-3/2-518/2024 nömrəli “Açıq məkanda reklam yayımının həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə” yazılı göstərişdən görünür ki, "xxxx" MMC-yə qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə yazılı göstəriş göndərilməklə, reklam yayımının dərhal dayandırılması və müvafiq icazənin alınması üçün 5 gün müddətində Gəncə regional Reklam İdarəsinə müraciət etməsi tələb edilmiş, əks halda isə barəsində Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 428.7.3–cü maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndəriləcəyi bildirilmişdir. İşdə olan, xx.xx.2024-cü il tarixli, 1264 nömrəli aktın surətindən görünür ki, açıq məkanda qanunvericiliyin tələbləri pozulmaqla yayımlanan reklamlarla bağlı tərtib olunmuş yazılı göstərişin tələblərinə əməl olunması vəziyyətinin yoxlanılması zamanı, "xxxx" MMC-nin qanunvericilik aktlarının tələblərini icra etmədiyi və 31.78 m2 növdə və ölçüdə reklamları yayımlamaqda davam etməsi müəyyən olunmuşdur. İşdə olan, xx.xx.2024-cü il tarixli, 1568 nömrəli aktın surətindən görünür ki, "xxxx" MMC barəsində Gəncə regional Reklam İdarəsi tərəfindən 31 may 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və protokolun tərtib edilməsində iştirak etməsi üçün, "xxxx" MMC-yə 14 may tarixində rəsmi məlumat verilsə də, rəsmiləşdirmə prosesində iştirak etməmişdir. İşdə olan, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestrindən çıxarışdan görünür ki, "xxxx" MMC xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyat nömrəsi (VÖEN) ********** göstərilməklə kommersiya qurumu olaraq hüquqi şəxs kimi qeydiyyata alınmışdır. Göründüyü kimi "xxxx" MMC müvafiq icazə olmadan, 31.78 m2 növdə və ölçüdə reklamları yayımlamış, aidiyyəti orqan tərəfindən rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərinə davam etmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3–cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, "xxxx" MMC-nin törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3–cü maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş hüquqi şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, "xxxx" MMC-yə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R A A L D İ: "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 5000 (beş min) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar