Məhkəmə qərarları › İş №3(076)-649/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-649/2024

16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-649/2024 16.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1992–ci il tarixdə Ağcabədi rayonunda, anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM–nin 232–1–ci maddəsi ilə təqsirləndirilməsinə dair daxil olmuş inzibati xəta haqqında protokollara açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM–nin 232–1–ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. Şəxs xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Şəmkir rayonu, Əliyaqublu kəndində həmkəndlisi Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin üç ədəd şüşələrini qəsdən daşla vuraraq sındırmaqla ona 40 (qırx) manat dəyərində ziyan vurmuşdur. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilməyərək izahatında göstərdi ki, Şəmkir rayonu, Əliyaqublu kəndi, Sabir küçəsi, ev 13-də ailəsi ilə birgə yaşayır, Zərərçəkmiş şəxs onun qayınıdır, 2023-cü il sentyabr ayından başlayaraq əri X1 yaşadıqları dəmir vaqondan çıxıb, ev tikdirməsini tələb etmişdir. Sərvaz həmin vaxt onun tələbini yerinə yetirmədiyi üçün Sərvazdan boşanmaq qərarına gəlmişdir. Həmin vaxtdan başlayaraq Sərvaz ilə aralarında ailə məişət münasibətləri zəminində mübahisələr yaranmağ başlamış və bir neçə dəfə Sərvazın onu döyməsi və təhqir etməsi barədə polisə şikayətlər etmişdir. O, Sərvazın barəsində polisə şikayətlər etdikdən sonra Sərvaz ondan boşanmaq üçün Şəmkir Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə Sərvaz telefonda onu öldürməklə hədələyib, nalayiq söyüşlərlə təhqir etdiyi üçün, Şəmkir RPŞ-yə gəlib Sərvazın barəsində şikayət ərizəsi yazmışdır. xx.xx.2024-cü il tarixdə yenidən Sərvazın barəsində Şəmkir RPŞ-də şikayət ərizəsi yazdıqdan sonra Şəmkir RPŞ-dən çıxıb, yaşadığı evə getmişdir. Qayını Zərərçəkmiş şəxs onun barəsində dedikləri şər və böhtandır. Belə ki, 08 04.2024-cü il tarixdə saat təxminən 20:00 radələrində Sərdarın yaşadığı evin qarşısına gedib yaşadığı evin damına, darvazsına və pəncərələrinə daş atıb, Sərdara məxsus evin pəncərələrinin şüşələrini qəsdən sındıraraq maddi ziyan vurmamışdır. O, xx.xx.2024-cü tarixdə saat təxminən 20:00 radələrində yaşadığı evdə olmuşdur. Hazırda Zərərçəkmiş şəxs böhtan xarakterli danışır, onun qardaşı Sərvaz ilə boşanacaq buna görə də onu evdən çıxarmaq istəyirlər və bu cür hərəkətlərə yol verirlər. Odur ki qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, təxminən 13 il müddətdir ki, qardaşı X4, Şəxs ilə birgə nikaha daxil olmuşlar, Sərvaz ilə Mətanətin birgə nikahlarından üç az yaşlı övladları var, 2023-cü ilin sentyabr ayından başlayaraq Mətanət mütəmadi olaraq polisə Sərvaz barəsində şər və böhtan xarakterli şikayətlər edir. Sərvaz Mətanətin şər və böhtan xaraketerli şikayətlərindən sonra, Mətanətdən boşanmaq qərarına gəlib, Şəmkir Rayon Məhkəməsinə əriz ilə müraciət etmişdir, Sərvaz Mətanətdən boşanmaq üçün ərizə verdikdən sonra Mətanət onunla da prinsip aparmağa başlamış və bir-neçə dəfə yaşadı evə gəlib onunla mübahisə edərək münaqişə yaratmışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 20:00 radələrində yaşadığı evdə olan zaman evinin darvazasına, damına və pəncərələrinə daş atıldığını hiss etmişdir. O, həmin vaxt küçəyə çıxdıqda Mətanətin evini daşladığını görmüşdür. Həmin vaxtı qonşusu X5 da küçədə Mənatənin evini daşladığını görmüşdür. Mətanət evinin küçəyə baxan pəncərələrinə qəsdən daş atıb şüşələri sındırdıqdan sonra çıxıb getmişdir, o isə həmin vaxt Azərbaycan Respublikası DİN-in 102 zəng mərkəzinə bu barədə məlumat vermişdir. Mətanətin ona məxsus evin 3 ədəd pəncərə şüşələrini qəsdən daşla vurub sındırması nəticəsində ona ümumilikdə 100 manat məbləğində maddi ziyan dəymişdir. O, Mətanətə qarşı heç bir böhtan xarakterli ifadə vermir, hətta, qonşusu Həmid də baş verənlərin şahidi olub və Şəmkir RPŞ-də izahatında hadisə barədə məlumat vermişdir. Odur ki qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alıb Şəxs məsuliyyətə cəlb edilməsini xahiş etdi. Şəmkir Rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Şəmkir Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilməsi və törətdiyi əməldə inzibati xəta tərkibinin əlamətləri müəyyən edildiyinə görə haqqında inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Şəmkir RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan vətəndaş X5 tərəfindən Şəmkir RPŞ-də ilkin yoxlama aparılan zaman vermiş olduğu izahatdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 20:00 radələrində Şəxs Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evini daşlamasını gördüyünü, bu zaman Sərdarın da küçədə olduğunu və bundan sonra Şəxs evin pəncərələrinə daş atıb şüşələri sındıraraq getdiyini bildirmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən Şəmkir RPŞ-yə göndərilmiş xx.xx.2024-cü il tarixli məktubda üç ədəd 40 sm x 1 metr ölçüdə pəncərə şüşələrinin xx.xx.2024-cü il tarixə olan müddətə orta bazar satış qiymətinin ümumilikdə 40 (qırx) manat təşkil etdiyi bildirilmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan Şəxs, həmçinin zərər çəkmiş Zərərçəkmiş şəxs izahatlarını, şahid X2 izahatını, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubunu, tədqiq edilmiş digər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edərək inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi izahatını məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə və özünü müdafiə xarakterli verilmiş izahat olması qənaətinə gəlir və inzibati xəta haqqında işin materialları onun Zərərçəkmiş şəxs məxsus evin üç ədəd şüşələrini sındıraraq sonuncuya az miqdarda yəni 40 (qırx) manat məbləğində ziyan vurmasını bir daha təsdiq edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən Özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurmaqla törədilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. Həmin maddənin qeyd hissəsində “Az miqdar” dedikdə beş min manatdan yuxarı olmayan məbləğin başa düşülməsi göstərilmişdir. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Onun törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X3 törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən X3 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edərək hesab edir ki, ona cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 40 (qırx) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar