Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-653/2025 15.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 333.1-ci maddəsi ilə Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Şəmkir Rayon Polis Şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında iş materialları tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Şəmkir rayonu Yol Patrul Xidməti inspektoru polis serjantı X1 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə “CHEVROLET CRUZE” minik markalı **-FY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə saxlanmış və yoxlama zamanı 2336/2025 saylı tibbi müayinə protokoluna əsasən sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi müəyyən olmuşdur. Bununla o, İXM-in 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs törətdiyi inzibati xəta ilə bağlı təqsirini etiraf etməyək hadisə günü spirtli içki içsə də avtomobili onun idarə etmədiyini, avtobili həyat yoldaşının idarə etdiyini, onun özünün isə avtomobildən yalnız yük boşaltdığını bildirərək barəsində olan inzibati protokolun təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şəmkir rayonu Yol Patrul Xidməti inspektoru polis serjantı X1 protokolu müdafiə edərək bildirdi ki, şəxs xx.xx.2025-ci il tarixdə tərəfindən qayda pozuntusu olduğu üçün saxlanılmış, sərxoşluq müəyyən edilməsi üçün alkotestrə üfürməsini bildirmişdir. Alkotestri üfürməkdən imtina etdiyindən onu həkim müayinəsinə aparmış, orada isə Sərxoşluq dərəcəsi 0.833 promilli olduğu müəyyən edilmişdir. Məhkəməyə video görüntü təqdim edərək video görüntülərdə avtomobilin Şəxs tərəfindən idarə olunması müəyyən edildiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli 2336/2025 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs sərxoşluq müayinəsindən keçmiş və orta dərəcəli alkoqol sərxoş olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən, Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin maddənin qeydinin 1-ci bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin Məcəllənin 96.2-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Şəxs xx.xx.2025-ci il tarixdə “CHEVROLET CRUZE” minik markalı **-FY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən saxlanılmış və yoxlama zamanı sərxoş olması müəyyən edilmiş, alkostestrdən keçədiyindən həkim müayinəsindən keçirilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi işin digər materialları ilə yanaşı protokol tərtib etmiş şəxs tərəfindən təqdim edilmiş video yazı ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəmkir rayonu Yol Patrul Xidməti inspektoru polis serjantı X1 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnizibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azad etmək üçün əsaslar məhkəmə baxışında müəyyən edilməmişdir. Məhkəmə baxışında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Əsgərov X2 Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyası çərçivəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 8 (səkkiz) ay müdətinə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-653/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-653/2025
15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver