Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-654/2023 16.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barələrində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, 10 oktyabr 1985-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəmkir Rayon Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim olunmuş İXP ******* saylı inzibati xəta haqqında protokolda Şəxs Şəmkir-Yeni Həyat yolunda avtomaşını yüksək sürətlə, yəni saatda 90 km sürətlə idarə edərkən qarşısında manevrə edən VAZ 21154 markalı **-BR-*** nömrəli avtomaşınla toqquşub. Hadisə zamanı yüngül bədən həsarətləri almışlar. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq Şəmkir Rayon Polis X3 Polis Xidəmtinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati xəta haqqında işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Ona məxsus VAZ 21041 markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı var. Avtomobili etibarnamə əsasında idarə edir, avtomobili idarə etmək üçün hər bir sənədi var. 18 sentyabr 2022-ci il tarixdə saat 12 radələrində idarə etdityi avtomobillə X5 Çinarlı yolu ilə Gəncə şəhərinə gedirmiş. Həmin vaxt yanında dostu X2 olmuşdur. İdarə etdiyi avtomobillə Qala kafesini keçdikdən sonra qarşı hərəkət zolağı ilə hərəkətdə olan VAZ 21154 markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs xəsarət almışdır. Bir müddət sonra yanlarına təcili yardım avtomobili gəlmşdir. Zərərçəkmiş şəxs təcili yardım avtomobili Şəmkir rayon mərkəzi xəstəxanasına aparmışlar. Xəstəxanadan çıxdıqdan sonra polis şöbəsinə gələrək ərizə ilə müraciət etmişdir. Odur ki, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Şəxs izahatında göstərdi ki, 18 sentyabr 2022-ci il tarixdə saat 12 radələrində Şəxs idarə etdiyi VAZ 21041 markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobillə X5 yolunda hərəkətdə olan zaman yol hərəkət qaydalarını pozaraq onun idarə etdiyi VAZ 21154 markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri almışdır. Odur ki, Şəxs barəsində inzibati qaydada cəza verilməsini xahiş edir. İş materiallarında olan AP ******* nömrəli 16 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, oğlu Şəmkir-Yeni Həyat yolunda avtomaşını yüksək sürətlə, yəni saatda 90 km sürətlə idarə edərkən qarşısında manevrə edən VAZ 21154 markalı **-BR-*** nömrəli avtomaşınla toqquşub. Hadisə zamanı yüngül bədən həsarətləri almışlar. Araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50 –cmaddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməklə hadsisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixlicinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs və Zərərçəkmiş şəxs əməllərində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 114.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikasın İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-654/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-654/2023
16.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver