Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-661/2024 20.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin rəisi: X2, Tələbkar: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs və onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, xx.xx.1996-cı ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Şəmkir rayonu, Muxtariyyat kəndində, qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəmkir rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-1196/2021 və xx.xx.2021-ci il tarixli, 2(076)-392/2021 saylı icra sənədləri üzrə yaranmış cəmi 5470 manat və 2300 ABŞ dolları məbləğində borcu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin rəisi, X3, məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin, xx.xx.2021-ci il tarixli, 2(076)-1196/2021 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs 3500 (üç min beş yüz) manat məbləğində pul, oğurlanan qızıl əşyalarını ümumi dəyəri olan 1610 (bir min altı yüz on) manat məbləğində pulun və 2300 (iki min üç yüz) ABŞ dolları ödənildiyi günə Azərbaycan manatına olan məzənnəsi üzrə pul və 30 (otuz) manat dövlət rüsumu alınıb iddiaçılar Zərərçəkmiş şəxs və X4 verilməsi qət edilmişdir. Həmçinin, Şəmkir Rayon Məhkəməsinin, xx.xx.2021-ci il tarixli, 2(076)- 392/2021 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs 600 (altı yüz) manat pul və 30 (otuz) manat dövlət rüsumunun alınıb iddiaçı X1 verilməsi qət edilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırkı vaxtadək borclu borcunu ödəməmişdir. Hazırda Şəxs hər iki icra sənədi üzrə 5470 manat və 2300 ABŞ dolları məbləğində borcu vardır. Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək borcun ödənilməsindən boyun qaçırır. Ona görə də hazırkı protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, həqiqətən, Şəmkir Rayon Məhkəməsinin, xx.xx.2021-ci il tarixli, 2(076)-1196/2021 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs 3500 (üç min beş yüz) manat məbləğində pul, oğurlanan qızıl əşyalarını ümumi dəyəri olan 1610 (bir min altı yüz on) manat məbləğində pulun və 2300 (iki min üç yüz) ABŞ dolları ödənildiyi günə Azərbaycan manatına olan məzənnəsi üzrə pul və 30 (otuz) manat dövlət rüsumu alınıb iddiaçılar Zərərçəkmiş şəxs və X4 verilməsi qət edilmişdir. Həmçinin, Şəmkir Rayon Məhkəməsinin, xx.xx.2021-ci il tarixli, 2(076)-392/2021 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs 600 (altı yüz) manat pul və 30 (otuz) manat dövlət rüsumunun alınıb iddiaçı X1 verilməsi qət edilmişdir. Lakin, həbsxanadan yeni çıxdığı üçün iş tapmaqda çətinlik çəkir, maddi vəziyyəti yaxşı olmadığından borcunu ödəməkdə çətinlik çəkir. Buna görə də qətnamənin icrasına möhlət verilməsinə dair Şəmkir Rayon Məhkəməsinə də müraciət etmişdir. Odur ki qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Şəmkir Rayon Məhkəməsinin, xx.xx.2021-ci il tarixli, 2(076)-392/2021 saylı icra sənədi üzrə tələbkar X1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə, Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı tələbkar Zərərçəkmiş şəxs, izahatında göstərdi ki, bəzi maddi problemləri var. Borclu isə məhkəmə qətnaməsi ilə təyin edilmiş borcunu ödəməkdən yayınır. Borclu mövcud borcunu ödəməkdən qəsdən yayınır, ondan şikayətçidir və barəsində qanuni tədbir görülməsini və icra məmurunun protokolunun təmin edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan, Şəmkir Rayon Məhkəməsinin, xx.xx.2021-ci il tarixli, 2(076)- 1196/2021 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs 3500 (üç min beş yüz) manat məbləğində pul, oğurlanan qızıl əşyalarını ümumi dəyəri olan 1610 (bir min altı yüz on) manat məbləğində pulun və 2300 (iki min üç yüz) ABŞ dolları ödənildiyi günə Azərbaycan manatına olan məzənnəsi üzrə pul və 30 (otuz) manat dövlət rüsumu alınıb iddiaçılar Zərərçəkmiş şəxs və X4 verilməsi qət edilmişdir. İş materiallarında olan, Şəmkir Rayon Məhkəməsinin, xx.xx.2021-ci il tarixli, 2(076)- 392/2021 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs 600 (altı yüz) manat pul və 30 (otuz) manat dövlət rüsumunun alınıb iddiaçı X1 verilməsi qət edilmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin, xx.xx.2024-cü il tarixli, 8(076)- 311/2024 saylı qərardadından görünür ki, Şəxs məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizəsi məhkəmə tərəfindən təmin edilməmişdir. İş materiallarında olan, xx.xx.2022-ci il tarixli, “İcra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında” qərarın surətindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-1196/2021 və xx.xx.2021-ci il tarixli, 2(076)-392/2021 saylı icra sənədləri bir icraatda birləşdirilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli, “Tələbin könüllü icrası” haqqında bildirişlərdən görünür ki, icra orqanı borcludan icra sənədlərində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Məhkəmə icra sənədinin icrası ilə bağlı qeyd edir ki, Şəmkir Rayon Məhkəməsinin, xx.xx.2021-ci il tarixli, 2(076)-1196/2021 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs 3500 (üç min beş yüz) manat məbləğində pul, oğurlanan qızıl əşyalarını ümumi dəyəri olan 1610 (bir min altı yüz on) manat məbləğində pulun və 2300 (iki min üç yüz) ABŞ dolları ödənildiyi günə Azərbaycan manatına olan məzənnəsi üzrə pul və 30 (otuz) manat dövlət rüsumu alınıb iddiaçılar Zərərçəkmiş şəxs və X4 verilməsi qət edilmişdir. Həmçinin, Şəmkir Rayon Məhkəməsinin, xx.xx.2021-ci il tarixli, 2(076)-392/2021 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs 600 (altı yüz) manat pul və 30 (otuz) manat dövlət rüsumunun alınıb iddiaçı X1 verilməsi qət edilmişdir. Borclu icra sənədi üzrə öhdəliyi yerinə yetirməmiş, icra sənədinin icrasından yayınmışdır. Məhkəmə barəsində inzibati icraat aparılan Şəxs və tələbkarın, həmçinin, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin rəisinin izahatlarını, tədqiq edilmiş digər sübutları ayrıayrılıqda və məcmu halında təhlil edərək inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında, borcunu ödəmək imkanının olmadığını bildirməsinə dair verdiyi izahatını məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilmiş izahat olması qənaətinə gəlir və inzibati xəta haqqında işin materialları Şəxs məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədini icra etməməsinin həqiqətən də heç bir üzürlü səbəblərlə əlaqədar olmadığını və qərəzli olduğunu bir daha təsdiq edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. О, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini və Şəxs şəxsiyyətini xarakterizə edərək hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 20 iyun 2024-cü il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №3(076)-661/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-661/2024
20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver