Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-663/2025 10.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Şəmkir rayonu, Keçili kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Şəmkir rayonu, Xuluf kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəmkir Rayon Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. xx.xx.2025-ci il tarixli MN ******* saylı protokola və ona əlavə edilmiş sənədlərə əsasən, müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs Şəmkir RPŞ-nə ərizə ilə müraciət edərək 2025-ci ilin mart-aprel aylarında Şəmkir rayonu, Xuluflu kənd sakini Şəxs onu Şəmkir rayonu ərazisində yerləşən Hərbi qospitalda işə düzəltmək adıyla onu aldadaraq 498 (dörd yüz doxsan səkkiz) manat pulunu alıb etibarnamədən sui-istifadə edərək ona qarşı dələduzluq etməsini bildirmişdir. xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs 498 manat pulun dələduzluq yolu ilə ələ keçirilməsi barədə bölməyə müraciət etmişdir. Daha sonra müraciət ilə əlaqədar Şəmkir RPŞ-də araşdırma aparılmış, aidiyyəti şəxslərin izahatları alınmış və nəticədə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Bundan sonra həmin qərar Şəmkir RPŞ-in İTB-yə göndərilmiş və qərara əsasən vətəndaş Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində toplanmış material baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahat verərək göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır və 2 il əvvəl tanış olmuşlar. Aralarında dost münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs ilə “TİK- TOK” sosial şəbəkəsində tanış olmuşlar və o özünü Şəmkir rayonu Şiştəpə kənd sakini olan imkanlı İlknur Zeynalov kimi tanıtmışdır. Sonradan isə mobil nömrə ilə Whatsapp vasitəsilə danışmışlar. 2025-ci ilin mart ayında Zərərçəkmiş şəxs işsiz olmasını bildirib iş tapmağa kömək istədikdə ona yalandan guya Şəmkir Hərbi Qospitalında tanışı olmasını və orada tibb bacısı kimi işə düzəldəcəyini söyləmişdir. Zərərçəkmiş şəxs 2000 manat pulu bu məqsədlə istədikdə Samirə imaknının zəif olmasını bildirmişdir. O etiraz etməmiş və 2025-ci ilin mart-aprel aylarında Zərərçəkmiş şəxs onun istəyi ilə hissə-hissə olmaqla ümumilikdə 498 manat pulu ona məxsus nömrəsini xatırlamadığını ABB bak hesabına göndərmişdir. Lakin o vədinə əməl etməmiş və Zərərçəkmiş şəxs zənglərinə cavab verməmişdir. Həmin 498 manat pulu o özü üçün xərcləmişdir. O Zərərçəkmiş şəxs işə düzətlmək vədi ilə aldadaraq 498 manat maddi ziyan vurmuşdur. Həyat yoldaşı vəfat etdiyindən birgə nikahdan doğulmuş azyaşlı uşaqları özü təkbaşına böyüdür. Qeyd edilənlərə əsasən barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, Gəncə şəhəri, “Ləziz Çərəz” firmasında işçi işləyir. Qeyd edir ki, Şəxs tanıyır. Şəxs “TİK-TOK” sosial şəbəkəsində tanımışdır. “TİK-TOK” sosial şəbəkəsində adının İlknur Zeynalov olduğunu bildirmiş və həmin adda profili vardır. Qeyd edir ki, Şəxs ilə tanış olandan sonra istifadəsində olan mobil nömrəsini istəmiş və o istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini vermişdir. Onlar birlikdə həmin nömrənin Whatsapp sosial şəbəkəsi ilə danışmağa başlamışlar. Şəxsı Şəmkir rayonu, Şiştəpə kəndində yaşayan imkanlı bir şəxs kimi tanımağa başlamışdır. Aralarında dostluq münasibətləri yaranmışdır və o Whatsapp sosial şəbəkəsində danışan zaman iş axtardığını və ona iş tapmasında köməklik etməsini bildirmişdir. Özünü ilk olaraq İlknur Zeynalov kimi təqdim edən və sonradan adının Şəxs olduğunu bildiyi şəxs Şəmkir rayonu ərazisində yerləşən Hərbi Qospitalda tanışı olduğunu və onu həmin qospitalda tibb bacısı düzəlməyində köməklik edəcəyinə söz vermişdir. O həmin vaxt sevinmişdir ki, işi olacaq. Şəxs ilə aralarında Whatsapp telefon danışıqları davam etməyə başlamışdır. Şəxs ona bildirmişdir ki, həmin müəssiədə olan tanışı ilə danışıb bir söz deyəcəyini bildirmişdir. O gözləməyə başlamışdır. 2025-ci ilin mart ayının dəqiq yadında qalmayan günündə Şəxs Whatsapp sosial şəbəkəsində danışan zaman ona bildirmişdir ki, Hərbi Qospitalda olan tanışı ilə danışıb , işə düzəlməyi ilə bağlı ümumilikə 2000 manat pul verməyini bildirdi. O isə hazırda o qədər pulunun olmadığını və hissə-hissə olaraq verə biləcəyini bildirmişdir. 2025-ci ilin mart-aprel aylarında ümumilikdə Şəxs göndərdiyi plastik kartına 498 manat pul göndərmişdir. Pulu göndərəndən sonra Şəxs telefonları bağladı və onu telefonda blok etdi. O neçə dəfələrlə Şəxs mobil nömrəsinə zəng etməsinə baxmayaraq onun telefonlarını açmamışdır. Sonradan ona məlum olmuşdur ki, həmin şəxs Şəmkir rayonu, Xuluflu kəndində yaşayan Şəxsdir, özünü ona İlknur Zeynalov kimi təqdim edərək 498 pulunu işə düzəltmək adı ilə alaraq ona qarşı dələduzluq etmişdir. Dəymiş ziyan ödənilməmişdir. İş materiallarına əlavə edilmiş 10 iyul 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs ərizə ilə Şəmkir RPŞ-nə müraciət edərək 2025-ci ilin mart-aprel aylarında Şəmkir rayonu, Xuluflu kənd sakini Şəxs onu Şəmkir rayonu ərazisində yerləşən Hərbi qospitalda işə düzəltmək adıyla onu aldadaraq 498 (dörd yüz doxsan səkkiz) manat pulunu alıb etibarnamədən sui-istifadə edərək ona qarşı dələduzluq etməklə AR İXM-nin 227-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətmiş, əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü Kamilli Qəribə Tamerlan qızı və xx.xx.2019 Kamilli Hikmət Tamerlan oğlu adlı uşaqları vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 227-ci maddəsinin qeyd hissəsinə əsasən bu məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, özünün izahatı, eləcə də inzibati xəta haqqında materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati xətaya görə məsuliyyəti istisna edən, eləcə də məsuliyyətdən azad edilmə üçün əsaslar müəyyən edilməmişdir. Həmçinin, Şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi ilə əlaqədar izahatında göstərdiyi xüsusatlar, özünü müdafiə xarakteri daşıyır, heç bir əsaslı və mötəbər dəlillərə əsaslanmır, onun yalnız formal mülahizələrlə çıxış edərək tətbiq ediləcək inzibati məsuliyyətdən yayınmaq məqsədini ehtiva edir, lakin, işdə olan sənədlər və digər sübutlar onun inzibati xəta hadisəsində təqsirli hesab edilməsi üçün kifayət edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən ictimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 28.3-cü maddəsinə əsasən İctimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayətdir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona 200 (iki yüz) saat ictimai işlər növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Şəxs yaşayış yeri üzrə Şəmkir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-663/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-663/2025
10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver