Məhkəmə qərarları › İş №3(076)-666/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-666/2023

19.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-666/2023 19.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi ilə, Zərərçəkmiş (tələbkar) X2, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7 və barəsində inzibati xəta haqqında icraat aparılan X3 iştirakları ilə, xx.xx.1980-ci ildə Şəmkir rayonu, Qədimqala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəmkir rayonu Qədimqala kəndində yaşayan X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir rayon İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2023-cü il tarixdə Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X11 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 2512/2020 saylı və 2(076)-366/2021 saylı icra sənədlərini icra etmir. Aliment işi üzrə 4998 manat və əmlak işi üzrə 2450 manat borcu var. Məhkəmə iclasında Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X10 izahatında bildirdi ki, icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş təqdim edilmiş, icra sənədinin icra edilməsi tələb edilmiş, lakin borclu icra sənədində göstərilən maneələri aradan qaldırmamışdır. Belə ki, borclu X3 əməli Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan X8 izahatında bildirdi ki, məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədinin icrası ilə bağlı tələbin könüllü icrası barədə bildirişlər ona təqdim edilmişdir. O, borcunu ödəməkdən imtina etmir, borcunu ödəmək üçün məhkəmədən vaxt istəmişdir. xx.xx.2023-cü il tarixdə X1 hesabına 1000 manat ödəniş etmişdir. Qalıq borcundan isə hər ay 300 manat ödəyəcəyinə söz verir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) X9 verdiyi izahatında bildirdi ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2512/2020 saylı xx.xx.2020-ci il tarixli və 2(076)- 366/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədləri üzrə borclu X8 ona olan borcundan 1000 manat ödəniş etmişdir. Qalıq borcundan isə hər ay ona 300 manat ödəyəcəyinə söz verir. Odur ki, icra sənədi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə, iş materiallarına və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı X3 əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-2512/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, hazırki qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq xx.xx.2006-cı ildə anadan olmuş Aynur və xx.xx.2008-ci ildə anadan olmuş Elnur adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Şəmkir rayon Məhkəməsinin 2(076)-670/2010 saylı xx.xx.2010-cu il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşağa 130 manat sabit pul məbləği həddində müəyyən edilmiş və Şəxs alınıb X5 verilməsi qərar alınmışdır. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-366/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 1 ədəd 420 manat dəyərində çəkisi 6 qram olan qızıl qolbağı, 1 ədəd 280 manat dyərində 4 qram çəkidə ağ qaşlı qızıl üzük, 1 ədəd 560 manat dəyərində 8 qram çəkidə göy qaşlı sırğa, 1 ədəd 350 manat dəyərində 5 qram çəkidə göy qaşlı qızıl üzük, 1 ədəd 420 manat dəyərində 6 qram çəkidə ağ qaşlı qızıl sırğa, 1 ədəd 280 manat dəyərində 4 qram çəkidə ağ qaşlı qızıl üzük və 1 ədəd 140 manat dəyərində 2 qram çəkidə ağ qaşlı qızıl üzükdən ibarət qızıl əşyaları, həmin əşyalar mövcud olmadıqda isə onların dəyəri alınıb iddiaçı X4 verilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2512/2020 nömrəli 21 sentyabr 2020-ci il tarixli icra sənədi üzrə icraata xx.xx.2020-ci il tarixdə başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilmişdir. İş materiallarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 366/2021nömrəli, 15 fevral 2021-ci il tarixli icra sənədi üzrə icraata xx.xx.2021-ci il tarixdə başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə iclasında borclunun və tələbkarın izahatları ilə müəyyən edilmişdir ki, X8 tələbkar X6 borcundan ödəniş etdiyinə görə hər ikisi iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda X3 əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, X3 əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar