Məhkəmə qərarları › İş №3(076)-666/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-666/2025

11.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-666/2025 11.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim: Heydərova Nazlı Azər qızının sədirliyi Katib: Həşimov Ağaxan Habil oğlunun katibliyi Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi: X4 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.2000-ci il tarixdə Şəmkir rayonu, Mahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Şəmkir rayonu, Mahmudlu kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs qanunsuz olaraq narkotik vasitə istehlak etmişdir. Belə ki, Gəncə şəhər Narkoloji Dispanser tərəfindən tərtib edilmiş 11 iyul 2025-ci il tarixli, 2544/2025 saylı protokola əsasən Şəxs götürülmüş sidik nümunəsinin tərkibində narkotik vasitə olan marixuana aşkar edilmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şəmkir RPŞ-nin İTB-nin polis sahə rəisi, X7 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Şəmkir rayonu, Mahmudlu kəndində yaşayan, Şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması və istifadə etməsi barədə Şəmkir RPŞ-nin Kür polis rəisinə rəsmi məlumat verilmişdir və keçirilmiş tədbirlər nəticəsində eləcə də, aparılmış yoxlama zamanı müəyyən edilmişdir ki, Şəxs 11 iyul 2025-ci il tarixdə sərxoşluq hallarının bütün növlərinin təyin edilməsi məqsədi ilə Gəncə şəhər narkoloji dispanserdə aparılan tibbi müayinə zamanı, onun sidik nümunəsinin tərkibində narkotik vasitə olan, THC (marixuana) aşkar olunmuşdur. Buna görə də, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, lakin, onun əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün, qəbul edilmiş qərarın surəti Şəmkir rayon polis şöbəsinin İTB-nin sahə rəisinə göndərilmişdir. Odur ki məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, narkotik vasitə olan qurudulmuş marixuanadan siqaretə doldurma yolu ilə qəbul edir. xx.xx.2025-ci il tarixdə o, Kür qəsəbə yolunun Mahmudlu kəndi ərazisindən keçən hissəsində yolun kənarında avtomobil təmiri məntəqəsinə daxil olan zaman polis əməkdaşları onu Şəmkir RPŞ-nin Kür polis bölməsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə Kür polis bölməsinə gəlmişdir. Həmin vaxt o, Kür polis bölməsinə gələrkən onun əvvəllər narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyalardan istifadə edib-etməməyi barədə xəbər almışlar. Bu zaman o, əvvəllər yəni xx.xx.2025-ci il tarixdə siqaretə doldurma yolu ilə yaşadığı kəndin girişində olan avtobus dayanacağında olan zaman qurudulmuş marixuana qəbul etdiyini etiraf etmişdir. Bundan əlavə o, həmin qurudulmuş marixuana olan narkotik vasitəni həmin çəkdiyi günü avtobusda ayaqaltından tapmışdır. Bunun üçün də onun könüllü razılığı əsasında barəsində narkoloil ekspertizadan keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərar əsasında o, könüllü olaraq narkololi ekspertizadan keçmiş, ona və polis əməkdaşlarına məlum olmuş ki, sidik nümunəsindən nümunə götürülərkən narkotik vasitə olan marixuanadan istifadə etdiyi aşkar edilmişdir. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən ona daha yüngül inzibati tənbeh təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, Şəmkir Rayon Polis X11 Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Şəmkir rayonu, Mahmudlu kəndində yaşayan Şəxs barəsində 11.07 2025-ci il tanxdə sərxoşluq hallarının butün növlərinin təyini məqsədi ilə Gəncə şəhər narkololi dispanserdə aparılan tibbi muayinə zamanı tərtib olunmuş 2540/2025 saylı protokolda sidik nümunəsinin tərkibində manxuana aşkar olunduğundan sonuncunun dəqiq məlum olmayan vaxtda narkotik vasitə olan marixuana istifadə etdiyi məlum olduğundan, Şəxs əməlində Cinayət tərkibi olmadğından barəsində cinayət işinin başlanması rədd edilərək Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-ci maddasinin terkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Şəmkir rayon pols şöbəsinin Kür PB-nin polis sahə rəisinə göndərilmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X1 Telman Fikrət oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Məhkəmə, inzibati xəta törətmiş Şəxs, sahə rəisinin və şahidlərin məhkəmə iclasında verdiyi izahatlarını, tədqiq edilmiş sənədələri ayrı-ayrılıqda və məcmu halında təhlil edərək həmin izahatları, habelə tədqiq edilmiş digər sübutları Şəxs qeyd edilən inzibati xətanı törətməsini təsdiq edən sübut növü kimi qiymətləndirir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi məqsədilə aparılan 11 iyul 2025-ci il tarixli, 2544/2025 saylı protokola əsasən, Şəxs götürülmüş sidik nümunəsində THC-narkotik vasitə olan marixuana aşkar edilmişdir. İş materiallarında olan Gəncə şəhər Narkoloji Dispanserinin 11 iyul 2025-ci il tarixli, 1090 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 10 iyul 2025-ci il tarixdə saat 23:55-də inzibati qaydada tutulmuşdur. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, lakin, onun əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün, qəbul edilmiş qərarın surəti Şəmkir rayon polis şöbəsinin İTB-yə göndərilmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1-ci və 32.2-ci maddələrinə əsasən, əməlindən səmimi peşman olmasını, hərbi əməliyyatlarda iştirak edərək “Müharibə veteranı” statusu əldə etməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin, qeyd edir ki, Gəncə şəhər Narkoloji Dispanserinin 11 iyul 2025ci il tarixli, 1090 nömrəli rəyi ilə Şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olması və narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülsə də, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq ediləcəyindən, ona narkomaniyadan məcburi müalicə təyin edilməsi və narkoloji dispanserdə qeydiyyata alınması əsaslı və qanuni sayıla bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Göründüyü kimi qanunvericilik yalnız inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən inzibati xəta törətmiş və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məcburi müalicə təyin edilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsində qeyd edilmişdir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tədbiri tətbiq edilməli, eyni zamanda o, inzibati qaydada tutulduğu üçün həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri də nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar