Məhkəmə qərarları › İş №3(076)-667/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-667/2025

11.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-667/2025 11.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə, Şəmkir Rayon Polis Şöbəsinin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Sumqayıyt şəhəri, 17 mikrorayon dom 7 mənziı 10 ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəmkir Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 11 iyul 2025-ci il tarixdə Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Şəmkir Rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərəfindən tərtib olunmuş 11 iyul 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə polis əməkdaşlarının qanuni göstərişlərinə tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəmkir Rayon Polis Şöbəsinin polis sahə rəisi X2 izahatında göstərdi ki, Şəxs ictimai qaydanı pozmuş, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs barəsində yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 11 iyul 2025-ci il tarixdə saat təxminən 15:00 radələrində Şəmkir rayonundan keçən ipək yolu adlanan yoldan keçib Gürcüstana yük aparırmış. Yol patrul xidməti maşını ona saxla əmri vermişdir. O kənara verib saxlamışdır. Yol polisi maşına yaxınlaşıb özünü təqdim etmiş və qoşqunun etibarnaməsi olmadığını bildirib maşının duracağa təmin olunacağını bildirmişdir. O maşının sahibi Cavidə zəng edib bu məsələ barədə məlumat vermişdir. Cavid də ona həmin yol polisinin maşınının şəklini çəkməsini sosial şəbəkə ilə atmağını söyləmişdir. O maşının videosunu və şəklini çəkmişdir. Yol polisi onun qanuni tələblərini pozduğunu bildirərək post patrul işçilərinin köməyilə onu Şəmkir Rayon Polis Şöbəsinə gətirmişlər. Əməlindən peşmandır, o özü maşının sahibi Cavidin sözü ilə avtomobili çəkmiş və həmin şəkili yalnız Cavidə göndərmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Bakı-Qazax yolunun 401-ci km-də Man markalı **-BH-*** dqn-lı yük maşınının qoşqusunun **-ZK-*** dqn-lı yarım qoşqusunun ödənilməmiş cərimə borcu olduğu üçün saxlanılmışdır. Yoxlama zamanı aşkar etmişlər ki, sürücü Şəxs qoşquya etibarnaməsi yoxdur. Sürücüyə dəfələrlə maşını duracağa sürməyi tələb etsə də sürücü polisin qanuni tələbine tabeçilik göstərməmişdir. Ona görə də sürücünü Şəmkir Rayonu Polis Şöbəsinə gətirmişlər. Ona qeyd edir ki, sürücü onu telefon vasitəsilə video çəkiliş edirdi. Odur ki, həmin sürücü barəsində qanuni tədbir görülməsi üçün aidiyyatı üzrə göstəriş verilməyini xahiş etmişlər. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların isə müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəri ilə təqsirli bilinməli və ona İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək ona 200 (iki yüz) manat cərimə tənbehi tətbiq edilsin. Qərarın icrası Şəmkir rayon İcra və Probasiya Şöbəsinə həvаlə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar