Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-670/2025 29.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, X1 iştirakı ilə, Daxili İşlər Nazirliyinin BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X3 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, X7 İdarəsinin Şəmkir rayonu ərazisində, Bakı-Qazax magistral yolunun 372-ci kilometrliyində yerləşən stasionar postuna tabe olan xidməti avtomobildə xidmət aparan polis əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında barəsində xx.xx.2025-ci il tarixli, TP7353458 nömrəli inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Bu barədə vətəndaşa SMS vasitəsilə xx.xx.2025-ci il tarixində məlumat verilmişdir. Onun telefonuna gələn sms-də İXP ******* nömrəli protokol üzrə xx.xx.2025-ci il tarixdən etibarən icra qərarının qüvvəyə mindiyi bildirilib. Daha sonra xx.xx.2025-ci il tarixində vətəndaş şəxsən gedərək Şəmkir rayon üzrə X7 İdarəsindən qərarın surətini götürmüşdür. Qeyd olunan inzibati xətanın törədilməsi ilə bağlı qəbul edilmiş qərarla razı olmadığını bildirir və inzibati xətanın törədilməsinə dair qərarı tamamilə əsassız hesab edir. Belə ki, xx.xx.2025-ci il tarixində X7 İdarəsinin Şəmkir rayonu ərazisində yerləşən stasionar postuna tabe olan xidməti avtomobildə xidmət aparan polis əməkdaşları tərəfindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı İXP ******* saylı protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixindən İXP ******* saylı protokol üzrə icra qərarı qüvvəyə minmişdir. Polis əməkdaşlarının müəyyən etdiyinə görə guya ki, vətəndaş xx.xx.2025-ci il tarixində, saat 15:41-də Bakı-Qazax yolunun 399-cu kilometrliyində, Şəmkir rayonu ərazisində "Şərq Ulduzu” MMC-nin (şərab zavodunun) önündən keçən zaman "X6" markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfiqi nişanlanma xətlərinin tələblərinə əməl etməyərək əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuşdur. Buna görə də onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Lakin qeyd edilir ki, vətəndaş həmin yolda AR İXM-nin 327.2-ci maddəsində göstərilən 1.1, 1.3 və 1.11 üfiqi nişanlanma xətlərinin tələblərinə əməl etmiş, ötmə əməliyyatını isə 1.6 üfiqi nişanlanma xətti başladıqdan sonra həyata keçirmişdir. Nəticə etibarilə, vətəndaş hesab edir ki, onun barəsində AR İXM-nin 327.2-ci maddəsi ilə inzibati protokolun tərtib edilməsi və TP7353458 nömrəli qərarın qəbul edilməsi tamamilə əsassızdır və qanuna ziddir. Məhkəmə iclasında iştrirak edən şikayətçi X3 şikayətini təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: DİN BDYPİ qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X3 xx.xx.2025-ci il tarixdə, saat 15:41 Bakı Qazax yolunda idarə etdiyi “X6 ” minik markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi üzrə təqsirli bilinib 100 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası (115.1-ci maddə); İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır (124.2-ci maddə); Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir (124.3-cü maddə). Məhkəmədə müəyyən edilir ki, Daxili İşlər Nazirliyinin BDYPİ tərəfindən hazırkı inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, işin bütün halları tədqiq edilmədən, barəsində icraat aparılan şəxsin iştirakı təmin olunmadan, zəruri araşdırma aparılmadan, barəsində icraat aparılan şəxsin təqsirliliyinə dair hər hansı görüntü və ya başqa bir təkzibedilməz dəlil olmadan inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul olunmuşdur. Həmçinin qərarda sadəcə olaraq yol nişanlarının tələblərinə riayət edilməməsi vurğulanaraq xətanın mahiyyətinin nədən ibarət olması, konkret olaraq harada quraşdırılmış və hansı yol nişanının adı göstərilməmiş, barəsində icraat aparılan şəxsin izahatında qeyd etdiyi hala qiymət verilməmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə qərarda göstərilən məlumatlardan biri də işə baxılarkən müəyyən edilmiş hallardır. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Daxili İşlər Nazirliyinin BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Daxili İşlər Nazirliyinin BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №3(076)-670/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-670/2025
29.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver