Məhkəmə qərarları › İş №3(076)-671/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №3(076)-671/2024

21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 3(076)-671/2024 21.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Mən, Şəmkir Rayon Məhkəməsinin hakimi Musayev Taleh Valeh oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib MÜƏYYƏN ETDİM : Şəmkir Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Zərərçəkmiş şəxs evində kirayə qalarkən ev əşyalarını sıradan çıxarmaqla Zərərçəkmiş şəxs maddi ziyan vurmuşdur. Hesab edirəm ki, inzibati xəta haqqında material natamam olduğundan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu məhkəməyə göndərmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, işdə olan sənədlərdə Şəxs Zərərçəkmiş şəxs məxsus olan, ünvan 1 ünvanında yerləşən evdə kirayədə qalarkən evdəki bəzi əşyaları yararsız hala salması, nəticədə Zərərçəkmiş şəxs maddi ziyan dəyməsi qeyd olunmuşdur. Halbuki iş materialları ilə zərərçəkmiş şəxsə konkret olaraq hansı məbləğdə ziyan dəyməsi müəyyən edilmir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarda yararsız hala salınmış əşyalara görə zərərçəkmiş şəxsə 1.500 manat məbləğində ziyan dəyməsi qeyd edilsə də, mötəbər mənbədən əldə edilmiş sübutlar, o cümlədən ziyanın məbləği ilə bağlı ekspert rəyi iş materiallarına əlavə edilməmişdir. Bu hal isə ona dəlalət edir ki, Zərərçəkmiş şəxs məhz 1.500 manat məbləğində ziyan dəyməsi mötəbər sübutlarla təsdiq edilməmiş və həmin halı təsdiq edəcək sübutlar, o cümlədən mütəxəssis rəyi və ya ekspert rəyi iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən - özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək cərimə edilir. Belə olan halda dəymiş ziyanın məbləği konkret olmadığından hazırki işə baxılması və Şəxs barəsində inzibati tədbir görülməsi istisna edilir. Hesab edirəm ki, dəymiş ziyanın məbləği barədə müvafiq ekspert rəyi təqdim edilməməsi həmin protokolun natamamlığına dəlalət edir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsində inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə dair zəruri tələblər göstərilmiş, həmin Məcəllənin 109.1.6-cı maddəsində yuxarıda göstərilən tələblərə əməl olunmamasına görə inzibati xəta haqqında protokolun baxılmadan onu vermiş orqana qaytarılması nəzərdə tutulmuşdur. Bundan başqa, inzibati xəta haqqında material öyrənilərkən müəyyən olunmuşdur ki, inzibati xəta haqqında protokol İXM-nin 100.1.6-cı maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 100.1.6-cı maddəsinə əsasən şahidlərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı haqqında məlumatların inzibati xəta haqqında protokolda göstərilməsi zəruri hesab edilmişdir. Buna baxmayaraq, hazırki inzibati xəta haqqında protokolda həmin məlumatlar qeyd edilməmişdir. Hesab edirəm ki, şahidlər haqqında məlumatların inzibati xəta haqqında protokolda göstərilməməsi həmin protokolun natamamlığına dəlalət edir. Eləcə də, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin fərdi identifikasiya nömrəsi qeyd edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 100.1.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi inzibati xəta haqqında protokolda göstərilməlidir. Hesab edirəm ki, qeyd olunan nöqsanların mövcudluğu şəraitində işə baxılması mümkün deyildir. Bu səbəbdən də, natamam tərtib olunduğuna görə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu məhkəməyə göndərmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsində qeyd edilmişdir ki, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, hakim inzibati xəta haqqında protokolu və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48–51, 114, 128–130–cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM : Şəxs Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəmkir Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Şəmkir Rayon Polis Şöbəsinə geri qaytarılsın. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar