Məhkəmə qərarları › İş №3(076)-673/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-673/2024

21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-673/2024 21.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs və onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, xx.xx.1990-cı ildə Kəlbəcər rayonu, Zəylik kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Kəlbəcər rayonu, Zəylik kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU-nun 6 saylı yataqxanası ətrafında fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-1277/2023 saylı icra sənədi üzrə yaranmış cəmi 7055 manat borcu ödəməyərək, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Аzərbaycan Рespublikası İnzibati Хətalar Мəcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-1277/2023 saylı icra sənədinə əsasən, 493 manat dəyərində, 5.8 qram çəkidə, 583 əyarlı 1 ədəd nişan üzüyü, 527 manat dəyərində, 6.2 qram çəkidə, 583 əyarlı 1 ədəd sadə qaşlı üzük, 408 manat dəyərində, 4.8 qram çəkidə, 583 əyarlı 1 ədəd sadə qaşlı üzük, 323 manat dəyərində, 3.8 qram çəkidə, 583 əyarlı 1 ədəd sadə qaşlı üzük, 357 manat dəyərində, 4.2 qram çəkidə, 583 əyarlı 1 ədəd sadə qaşlı üzük, 476 manat dəyərində 5.6 qram çəkidə, 583 əyarlı 1 ədəd sadə qaşlı üzük, 476 manat dəyərində 5.6 qram çəkidə, 583 əyarlı 1 ədəd kişi üçün, brilyant üzük, 1530 manat dəyərində 18 qram çəkidə, 583 əyarlı 1 ədəd boyunbağı, 689 manat dəyərində 8 qram çəkidə 583 əyarlı 1 ədəd qızıl boyunbağı, 1190 manat dəyərində 14 qram çəkidə 583 əyarlı 1 ədəd qolbaq, 595 manat dəyərində 7 qram çəkidə 583 əyarlı 1 cüt sırğa, cəmi 7055 manat dəyərində qızıl-zinət əşyaları, həmin əşyalar naturada mövcud olmadıqda isə onların dəyəri olan 7055 (yeddi min əlli beş) manat məbləğində pulun cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırkı vaxtadək borclu borcunu ödəməmişdir. Hazırda Şəxs 7055 manat borcu vardır. Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək borcun ödənilməsindən boyun qaçırır. Ona görə də hazırkı protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə, Azərbaycan Respublikası İXM–nin 62.4–cü maddəsinə əsasən işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, həqiqətən, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-1277/2023 saylı icra sənədinə əsasən, 493 manat dəyərində, 5.8 qram çəkidə, 583 əyarlı 1 ədəd nişan üzüyü, 527 manat dəyərində, 6.2 qram çəkidə, 583 əyarlı 1 ədəd sadə qaşlı üzük, 408 manat dəyərində, 4.8 qram çəkidə, 583 əyarlı 1 ədəd sadə qaşlı üzük, 323 manat dəyərində, 3.8 qram çəkidə, 583 əyarlı 1 ədəd sadə qaşlı üzük, 357 manat dəyərində, 4.2 qram çəkidə, 583 əyarlı 1 ədəd sadə qaşlı üzük, 476 manat dəyərində 5.6 qram çəkidə, 583 əyarlı 1 ədəd sadə qaşlı üzük, 476 manat dəyərində 5.6 qram çəkidə, 583 əyarlı 1 ədəd kişi üçün, brilyant üzük, 1530 manat dəyərində 18 qram çəkidə, 583 əyarlı 1 ədəd boyunbağı, 689 manat dəyərində 8 qram çəkidə 583 əyarlı 1 ədəd qızıl boyunbağı, 1190 manat dəyərində 14 qram çəkidə 583 əyarlı 1 ədəd qolbaq, 595 manat dəyərində 7 qram çəkidə 583 əyarlı 1 cüt sırğa, cəmi 7055 manat dəyərində qızıl-zinət əşyaları, həmin əşyalar naturada mövcud olmadıqda isə onların dəyəri olan 7055 (yeddi min əlli beş) manat məbləğində pulun cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Lakin, maddi imkanı olmadığından borcunu ödəməkdə çətinlik çəkir. Aylıq cəmi 379 manat gəliri var, heç bir daşınar, daşınmaz əmlakı yoxdur, bütün gəlirlərini alimentə verir, ayda 420 manat aliment ödəyir, gələcəkdə maddi vəziyyəti yaxşılaşdıqda bütün borcunu ödəyəcək Odur ki qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi (vəkili) Vəkil borclu, Şəxs məhkəmə iclasında qeyd etdiyi xüsusatları bir daha bildirərək onun barəsində tərtib edilmiş protokola xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-1277/2023 saylı icra sənədinə əsasən, 493 manat dəyərində, 5.8 qram çəkidə, 583 əyarlı 1 ədəd nişan üzüyü, 527 manat dəyərində, 6.2 qram çəkidə, 583 əyarlı 1 ədəd sadə qaşlı üzük, 408 manat dəyərində, 4.8 qram çəkidə, 583 əyarlı 1 ədəd sadə qaşlı üzük, 323 manat dəyərində, 3.8 qram çəkidə, 583 əyarlı 1 ədəd sadə qaşlı üzük, 357 manat dəyərində, 4.2 qram çəkidə, 583 əyarlı 1 ədəd sadə qaşlı üzük, 476 manat dəyərində 5.6 qram çəkidə, 583 əyarlı 1 ədəd sadə qaşlı üzük, 476 manat dəyərində 5.6 qram çəkidə, 583 əyarlı 1 ədəd kişi üçün, brilyant üzük, 1530 manat dəyərində 18 qram çəkidə, 583 əyarlı 1 ədəd boyunbağı, 689 manat dəyərində 8 qram çəkidə 583 əyarlı 1 ədəd qızıl boyunbağı, 1190 manat dəyərində 14 qram çəkidə 583 əyarlı 1 ədəd qolbaq, 595 manat dəyərində 7 qram çəkidə 583 əyarlı 1 cüt sırğa, cəmi 7055 manat dəyərində qızıl-zinət əşyaları, həmin əşyalar naturada mövcud olmadıqda isə onların dəyəri olan 7055 (yeddi min əlli beş) manat məbləğində pulun cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclunun icra sənədində qeyd olunmuş ünvanına göndərilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-1277/2023 saylı icra sənədi üzrə tələbi könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan Şəxs və onun nümayəndəsinin, həmçinin, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun izahatlarını, tədqiq edilmiş digər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edərək inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında borcunu ödəmək imkanının olmadığını bildirməsinə dair verdiyi izahatını məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilmiş izahat olması qənaətinə gəlir və inzibati xəta haqqında işin materialları Şəxs məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədini icra etməməsinin həqiqətən də heç bir üzürlü səbəblərlə əlaqədar olmadığını və qərəzli olduğunu bir daha təsdiq edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. О, həmin maddə ilə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, tələbkarın şikayətçi olmasını və Şəxs şəxsiyyətini xarakterizə edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 21 iyun 2024-cü il tarixdən saat 16:55-dən hesablansın. Qərarın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar