Məhkəmə qərarları › İş №3(076)-675/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №3(076)-675/2025

29.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 3(076)-675/2025 29.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə Azərbaycan Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidməti 9 saylı X1 daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidməti 9 saylı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 262.3-cü maddəsi ilə 15 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokola əsasən Şəmkir rayonu Natəvan küçəsində Şəmkir şəhərini içməli su ilə təmin edən borudan ayrılan ayrıca boruya 15 iyul 2025-ci il tarixdə Şəxs tərəfindən qanunsuz qoşulma faktı aşkar edilmişdir. Azərbaycan Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidməti 9 saylı X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirak etməməsinin səbəbi barədə hər hansı məlumat verməmişdir. Məhkəmə inzibati işə Azərbaycan Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidməti 9 saylı X2 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, həyətində balıq saxlamaq məqsədi ilə hovuzu su ilə təmin etmək üçün boruya qoşulmuşdu. Protokol tərtib edilməsindən məlumatlı olmuş, protokolun tərtib edilməsində iştirak etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, 001803 saylı aktdan görünür ki, 9 Saylı X2 xx.xx.2025-ci il tarixli, 0004 saylı Sərəncamına əsasən, 9 saylı X7 üzrə mühəndis X3 məlumatına uyğun olaraq, X15 Sisteminin İstehsalat İdarəsinin nümayəndəsi Cəmilli Tural Qanım oğlunun iştirakı ilə Şəmkir rayonu, Natəvan küçəsində, 40°50'00"N, 46°02'29"E koordinatlarında, Şəmkir şəhərini içməli su ilə təmin edən D=110 mm borudan ayrılan D=32 mm boruya, D=25 mm rezin boru ilə qanunsuz qoşulma yeri aşkar edilmişdir. Araşdırma zamanı qanunsuz birləşməni edən şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Şəxs izahatında şəxsi həyətyanı sahəsində olan beton hovuzda balıq saxlamaq məqsədilə su götürdüyünü bildirmişdir. Beton hovuzun uzunluğu 8 metr, eni 4 metr, dərinliyi isə 1 metr təşkil edir. Hovuzdan axan su həyətyanı sahədə qazılmış arx vasitəsilə axıdılır. Nəticədə, Şəxs tərəfindən “Su Məcəlləsi”nin 103-cü maddəsi və “Su təchizatı və tullantı suları haqqında” Qanunun 67-ci maddəsinin tələbləri pozulmuşdur. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, X6 tərəfindən Şəmkir şəhəri, Natavan küçəsində Şəmkir isməli ilə təmin edən D=110 mm olan borudan ayrılan D=32 mm boruda D=25 mm rezin boru ilə qanunsuz qoşulma halı aşkar edilmişdir. X15 Sistemlərinin İstismarı İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs Şəmkir şəhəri Natavan küçəsində Şəxs oluna məxsus X15 Sistemləri İstismarı İdarəsinin istismarında olan küçəsində yerlə.ən əhalini içməli su ulə təmin edilən su şəbələsində D=32 mm boru ilə ayrılaraq D=25 mm-lik boru ilə müdaxilə edərək sudan qayri-qanuni istifadəyə görə suyun talanması nəticədə 873 manat ziyan vurmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, səlahiyyətli orqanın nümayəndəsinin izahatı ilə sübuta yetirilmişdir ki, Şəxs AR İXM-nin 262.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 262.3-cü maddəsinə əsasən Su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, səlahiyyətli orqanın nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları, iş materiallarına əlavə edilmiş fotoşəkillər ilə sübuta yetirilmişdir ki, Şəxs AR İXM-nin 262.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində AR İXM-nin 262.3-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində işə baxan Şəmkir Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar